1971 inci ilin bayram ayini ilk günündə Xoy şəhərində dünyaya göndərilib.
ilk və orta məktəbi habelə bilim yurdunu həmən şəhərdə bitirib və ədəbiyyat sahəsində təhsil aldı.
14 yaşından şer və nəsr yazıb.
24 yaşından öyrətmən olub və miyana şəhristaninin müxtəlif oxullarında oyrənciləri fars ədəbiyyatı kəndində türkcə yazıb və oxumağa örnək olub.
1995 də zəngan şerinin bilim yurdunu daxil olub və yüksək lisans alıb.
2000 inci ildən 2006 kimi miyana ədəbi dərnəginin tənqid çisi olub.
həmin illərdə kültür və ənənəvi sərgilər açıb örnək olaraq bayram, çərşənbə, çllə quruğu kimi sərgiləri dayir eliyib.
nəsr yazıları “sənsizlik lərim səninlə” dinda və şerləri ” qırmızı kəpənək ” adıyla yaydı. Canay xanım Əslı Kərəm nağılın “Almadan Oda” adıyla və Leyli Məcnun nağılın “Arzudan tamarzıya” adıyla və Xosrovla Şirin “Qərənfilli şirin” nağılın yayım evinə verib. Bu kitabların özəlliyi nəsr olmağıdır. Bir şeyir toplusu Fərs dilindən Azərbaycan dilinə tərcümə eləyib.
Canay xanım müxtəlif dərnəglərdə çalışmaq dadır :
Şəhriyarşünaslıq
Nizamişünaslıq
Xaqanişünaslıq
Müxtəlif tənqidi yazıları jurnal və saytlarda yayılıb.
***
Gözlərindən bir şəkil çək
Arxasında duman olsun
O şəkildə axşam çağı
Sevişməgə zaman olsun
Saçlarını tök üzünə
Qaşlarını at yuxarı
Ürəyinə qurban olum
Gözaltı bax mənə sarı
Sevgi dolu dünyamızın
Adını sənə çıxmışam
Əlini qoy ürəyimə
Belə yaman darıxmışam
Gözlerimin qarasında
Yazdım adın silinməsin
Yasaq olmuş bu sevgidə
Elə sev ki bilinməsin
Canay