.....

.....

“Səfillər” romanından seçilmiş fikirlər.

“Səfillər” romanından seçilmiş fikirlər.

“Səfillər” romanından seçilmiş fikirlər.
Hazırladı: Əhmədova YEGANƏ

Yer üzündə vicdan dərinliklərinə tamaşa etməkdən dəhşətli bir şey ola bilməz. Mənəviyyatın gözləri heç bir zaman insan qəlbindəki parlaq bir nur və dərin bir qaranlığa təsadüf edə bilməz. Bu gözlər nəyə baxırsa baxsın, insan qəlbi qədər dəhşətli, mürəkkəb və hüdudsuz bir aləm görə bilməz.

Ölüm qarşısında göstərilən şücaət insanı həmişə valeh edir.

İnsan qəlbi bir parça çörəyə satılır. Səfalət təklif edir, cəmiyyət isə bu təklifi qəbul edir.

Dərdli adamlar geriyə baxmazlar. Onlar öz qara talelərinin arxalarınca gəldiyini çox gözəl bilirlər.

Bəzən insanın heç bir hissi sevinc qədər dəhşət törədə bilmir.

Sevginin ən düzgün əlaməti – riqqətdir. Bu bəzən az qala əzabverici bir şəkildə olur.

İnsan ehtiyacın müəyyən dərəcəsində kütləşərək bədxahlığa qarşı daha şikayətlənmir, xeyirxahlıq üçün də təşəkkür etmir.

Şəhərlərdə də meşələrdə olduğu kimi cəngəlliklər var; ən hiyləgər, ən dəhşətli şeylər burada gizlənir. Şəhərdə gizlənənlər amansızdır, rəzildir, alçaqdır, başqa bir sözlə- çirkindir; meşələrdə gizlənənlər- amansızdır, vəhşidir, əzəmətlidir, başqa sözlə- gözəldir…

Bütün fəlakətlərin ən dəhşətlisi ruh düşkünlüyüdür.

Qəlb eşqdən kədərlənəndə nə qədər həzin olur. Öz varlığı ilə bütün dünyanı dolduran məxluqun meydanda olmaması böyük bir boşluq əmələ gətirir.

Ən yüksək fədailik – adamların öz varlığını təsdiq etməsidir… İfrat qətiyyət ifrat vasitəyə əl atır.

Qəlbi sağaltmaq olar, taleyi dəyişmək olmaz. Taleyin hökmü dəhşətdir.

O yerdə ki kişi cahildir, ümidsizlik içindədir, o yerdə ki qadın özünü bir parça çörəyə satır, o yerdə ki uşaq məlumat verən kitabdan, onu isidən ailədən məhrum olduğu üçün əzab çəkir, mənim “Səfillər” im “Açın, biz sizə gəlmişik” sözləri ilə qapıları döyür.
Bizim dövrümüzdə, mədəniyyətin tənəzzülü hələ də davam etdiyi bir dövrdə səfilə insan deyilir; bu insan dünyanın hər yerində dəhşətli əzab çəkir, yer üzünün bütün dillərində şikayət edir.
*