İyulun 23-ü AYB-nin “Natavan” klubunda şair-tərcüməçi Afaq Şıxlının tərcüməsində Moskva şəhərində yaşayan Səidə Rəhimlinin “Мне вновь хочется сказки” (“Yenə nağıl istəyirəm”) adlı kitabının təqdimatı keçirilib. Təqdimatda Xəyal Rza, İbrahim İlyaslı, şair-publisist Nəcibə İlkin, Əzizə Ağahüseynqızı (şairə), Nargilə Yusifqızı (şair), Səadət Sultan (tərcüməçi), Zərifə Mikayılova(şair), Lamiyə Zülfüqarova, Nabat Əzizova, Tofiqə Əhmədova və digərləri iştirak edib, müəllif və tərcüməçini təbrik etmişlər. ADU-nun tələbəsi Nuranə Kərimova və orta məktəb müəllimi Sevinc Kərimova tərəfindən müəllifin şeirləri səsləndirilib. Sonda çox maraqlı və yaddaqalan bir gün üçün Səidə Rəhimli gələn qonaqlara və iştirakçılara öz minnətdarlığını bildirmiş və bir neçə şeirlərini söyləmişdir.