Tanınmış uşaq yazıçısı Sevinc Nuruqızının “Qadın – zərif və güclü” kitabında Azərbaycanın tarixində xüsusi yeri olan 15 qadın haqqında hekayə yer almışdır. Mədəniyyətimizin, səhiyyəmizin, ədəbiyyatımızın, incəsənətimizin, azadlıq uğrunda mübarizəmizin əvəzsiz öncülləri olan bu qadınların hər birinin özünəxas çətin, keşməkeşli, ağrı və mərhumiyyətlərlə dolu həyatı var. Yazıçının sevə-sevə qələmə aldığı həyat hekayələri uşaq və yeniyetmələrə kitabın qəhrəmanı olan qadınların yüksəliş və mübarizə yollarını bütün incəliklərini çatdırmağa çalışır. Talelər bir-birini əvəz edir. Bu qadınların eyni anda necə zərif və güclü olduqları göz önündə canlanır.
Kitab “Təhsil” nəşriyyatında işıq üzü görüb.
Rəssamı Nigar Mustafayeva, redaktoru Bəhram Orucludur.