.....

.....

Sevinc Nuruqızının yeni kitabı çap olunub

Sevinc Nuruqızının yeni kitabı çap olunub

Sevinc Nuruqızının “Meyvələrin söhbəti” adlı kitabı dahi şair Məhəmməd Füzulinin “ Söhbətül əsmar” alleqorik poemasının motivləri əsasında uşaqlar üçün işlənmişdir. Azərbaycan ədəbiyyatında ilk uşaq şeiri hesab edilən “Söhbətül əsmar” da dahi Füzuli yersiz qürur, faydasız özünüöyməni lovğalıq və təkəbbürlülük kimi dəyərləndirmişdir. “Meyvələrin söhbəti”ndə bütün bu xasiyyətlər pislənməklə yanaşı, həm də meyvə və tərəvəzlərin insan orqanizminə faydası sadalanır. Kitab meyvələrin dili ilə əyləncəli və yumoristik tərzdə meyvələrin həyatımızdakı rolunu diqqətə çatdırır.
Kitab “Təhsil” nəşriyyatında işıq üzü görüb.