Sözün sehrinə səyahət – Baba Vəziroğlu “Kitabçılar”ın Qonağı Oldu
Ədəbiyyatın və sənətin bir araya gəldiyi unudulmaz təqdimat…
Esmira Abdullayevanın rəhbərlik etdiyi “Kitabçılar” qrupunun bu dəfəki xüsusi qonağı söz sənətinin unudulmaz ustadı, xalq şairi Baba Vəziroğlu oldu.
Bu görüşdə şeirin, musiqinin və teatrın sehri hər kəsi öz təsiri altına aldı. Əməkdar artist Qurban Məsimov quruluşçu rejissoru olduğu teatrın dram və kino aktyorları Firuzə İsmayıl və Rahib Allahquliyev, Baba müəllimin dillər əzbəri olan “Ayrılığa dözərəm mən” mahnısını ifa edərək tədbirə bənzərsiz bir ovqat qatdılar. Bununla yanaşı, Əliağa Hüseynli və “Kitabçılar” ın üzvlərindən olan Elif Ağalı Baba müəllimin şeirlərini səsləndirərək söz sənətinin gücünü bir daha nümayiş etdirdilər.
Gecənin ən yaddaqalan anlarından biri isə, oxu klubunun üzvlərinin Baba Vəziroğlunun kitablarını ona imzalatması oldu. Bu, təkcə bir imza deyil, eyni zamanda ədəbiyyata və söz sənətinə olan böyük sevginin ifadəsi idi.
Sonda xatirə fotoları çəkildi və bu gözəl görüş yaddaşlarda iz qoyan bir hadisəyə çevrildi. Tədbirin geniş işıqlandırılması MTV kanalına məxsusdur.