.....

.....

ŞUŞADA EMİL ƏFRASİYABIN ETNOCAZ KONSERTİ -Aysel Fikrət

ŞUŞADA EMİL ƏFRASİYABIN ETNOCAZ KONSERTİ -Aysel Fikrət

Heydər Əliyev Fondunun , Azərbaycan Mədəniyyət Nazirliyinin, Yazıçılar Birliyinin təşkil etdiyi Vaqif Poeziya Günləri bu dəfə çox fərqli idi. Bir- birindən rəngarəng proqramın içində və şövqündə duracaq qədər möhtəşəm. Etnocaz konserti isə Şuşanın gecəsinə rəng qatdı. Bu barədə bir az ətraflı.
Emil Əfrasiyab Azərbaycan Caz mədəniyyətinin zirvəsində olan musiqi əsərləri ilə Vaqif Poeziya Günlərinə rəng qatdı. Söz ilə ifadəsi olmayan tərzdə Şuşanın gecəsini bəzəyən bir konsertdən söz açıram.
Emil Əfrasiyab Azərbaycan Milli Konservatoriyasının Populyar musiqi və caz ifaçılığı kafedrasının müdiri Əməkdar artist, Prezident təqaüdçüsüdür. Berkli Universitetinin ilk Azərbaycanlı məzunu, bir çox beynəlxalq yarismaların qalib sənətkarıdır. Yalnız mən bu gün bu möcüzəvi konsertin təəssüratlarını sizinlə bölüşmək istəyirəm.
Əvvəla Müqəddəs torpağımızda Şəhidlərimizin qanı bahasına qədəm qoyduğumuz torpaqda, bu tarixi və unudulmaz məkanda
Azərbaycan bəstəkarlarının musiqi əsərlərini Emil Əfrasiyabın ifasında dinləmək böyük sevinc və qürur hissi aşıladı. Bir əməkdaş olaraq, Mətbuat katibi kimi onun bütün konsert fəaliyyətini bərabər olaraq izləyirəm.
Azərbaycandan kənar xarici ölkələrdə və Azərbaycanın bölgələrində olan konsertlərini nəzərdə tuturam. Yalnız həmişə iştirak etmək istəsəm də alınmayıb. Allahın lütvü ilə bu möhtəşəm ifanı dinləmək müqəddəs məkana təsadüf etdi. Əvvəl çəkiliş etmək istəyi ilə
önə keçdim. Yalnız musiqi məni alıb öz dünyasına apardı.
Emil Əfrasıyab sənətin zirvəsində olan bir sənətkardır .
Onun bəstələri Azərbaycan bəstəkarlarının əsərlərini ecazkar musiqisini dünyaya tanıtmaq missiyası daşıyır.
Emil Əfrasiyab Azərbaycan musiqisinin kökünü tarıxini yaşadan sənətkarlardandır. Onun konsert zamanı hər musiqi nömrəsindən qabaq verdiyi şərhlər də hədsiz dərəcədə maraqlıdır və onun nə qədər savadlı və səlist nitqə sahib olduğunu da bizlərə çatdırır.
Aman Allah bundan böyük xoşbəxtik olar. Şuşa sakinləri, Laçın sakinləri bu günki konsertdə tamaşaçıdır. Böyükdən kiçiyə uşaqlar, gənclər çox böyük maraqla konserti izləyirlər.
Sənətkarın “Ataya məktub” əsəri isə insanları kövrəldir, məni də. Bütün gözəl atalara həsr olunmuş bu əsəri hamı ayaqda alqışlayır. Emil Əfrasıyab dahi Üzeyir Hacıbəyovun əsərlərindən ibarət parafraz əsərini də ifa etdi. Şuşa torpağında Üzeyir bəyin əsərləri mistik gözəlliklə hər tərəfə səs salır.
Bu il çox fərqli idi Şuşa gecələrində küçələrdə eşidilən caz ifası. Konsert bitir hamı hər kəs Emil bəyi təbrikə tələsir. Yazıçılar, aktyorlar, Mədəniyyət Nazirliyinin işçiləri, Mədəniyyət Könüllü gəncləri,və Şuşa sakinləri.
Onu izləyib yaxınlaşıram. Təbrik edirəm.
Emil Əfrasiyab, sizinlə qürur duyuram. Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çox gözəl bir missiyanın daşıyıcısıdır. Əslində o Azərbaycan musiqisinin irsini, ənənəsini qoruyur yalnız bunun müasir çalarlarda etməyin tərəfdarıdır. Məsələn bir caz ifasının timsalında. Muğam və təsniflərimiza yeni nəfəs, yeni rəng gətirməklə nə gözəl . Azərbaycanın bir birindən istedadlı sənətkarlarını mirvari incisi kimi dənləyib təhsil ocağna gətirir və dayanmadan irəliləyir.
Emil Əfrasiyab Azərbaycan musiqisində nadir tapılan inci sənətkarlarındandır. Onu ayaqda alqıçlayan Xalq yazlçları, Mədəniyyət Nazirliyinin əmkdaşları və sevimli Şuşa sakinlərinə qoşuldum, yalnız bir az fərqli. Çünki mən öz sevimli iş yoldaşım, qardaşımla fəxr edirdim. Sanki bu alqışlar və təbriklərdə mənim də payım vardı.
Emil Əfrasiyab bütün titullardan uca Allahın başına sığal çəkdiyi bir musiqiçi, bir sənətkardır.

Aysel Fikrət