Tanınmış yazar Aysel Fikrətin “Qəmin tərifi” adlı yeni kitabının təqdimatı keçirilib
Fevralın 14-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdiirlmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında yazıçı, publisist, Azərbaycan Milli Konservatoriyasının (AMK) mətbuat katibi, Balaca Yazarlar Birliyinin rəhbəri Aysel Fikrətin “Qəmin tərifi” adlı yeni kitabının təqdimatı keçirilib.
Təqdimatda ziyalılar, yazıçı və şairlər, kitabxana əməkdaşları iştirak ediblər.
Tədbirdə Aysel Fikrət yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub, onun çoxşaxəli yaradıcılığından danışılıb və poeziya nümunələri səsləndirilib, yeni kitabları barədə ətraflı məlumat verilib.
Sonda sevilən yazar oxucuların çoxsaylı suallarını cavablandırıb və müəllifi olduğu kitablarını hədiyyə edib.