.....

.....

“Türk Dünyası Levkoşa Şeir Axşamları” Şimali Kiprdə keçirildi

“Türk Dünyası Levkoşa Şeir Axşamları” Şimali Kiprdə keçirildi

“Türk Dünyası Levkoşa Şeir Axşamları” Şimali Kiprdə keçirildi

1-4 avqust 2025-ci il tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinin paytaxtı Levkoşada “Türk Dünyası Levkoşa Şeir Axşamları” adlı beynəlxalq ədəbiyyat festivalı keçirilib. “Yavru Vətən”də baş tutan bu mötəbər tədbirdə müxtəlif türk topluluqlarından nümayəndələr və tanınmış yazarlar bir araya gəliblər.
Azərbaycanı bu ədəbi platformada Milan hospitalın təsisçi direktoru, Azərbaycan, Türkiyə və Özbəkistan Yazıçılar birliyinin üzvü, şair Xuraman Muradova və Vətəndaş Həmrəyliyi Partiyasının Qadınlar Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair Aysel Xanlarqızı təmsil ediblər.
Tədbirdə Şimali Kipr Türk Cümhuriyyətinin cümhurbaşqanı Ersin Tatar da iştirak edərək tədbir iştirakçılarını salamlayıb, səsləndirilən şeirləri dinləyib və seçilən şairlərə mükafatlar təqdim edib.