Xuraman Muradovanın Başqanlığı altında Türk Dünyası Şair Qadınlar Birliyi genişlənməyə davam edir!
2025-ci il – Türk dünyasında qadın şairlərin yaradıcılığını və mədəni əməkdaşlığını gücləndirmək məqsədilə təsis edilən Türk Dünyası Şair Qadınlar Birliyi fəaliyyətini böyük uğurla davam etdirir.
Birliyin ümumi başqanı – Xuraman Muradova, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Türkiyə Yazarlar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvüdür. Onun rəhbərliyi ilə birlik qısa müddətdə çoxsaylı ölkələri əhatə etməklə geniş coğrafiyada mədəniyyət və ədəbiyyat körpüləri qurmağı bacarmışdır.Xuraman Muradova həm səhiyyə, həm də ədəbiyyat sahəsində nüfuzlu və tanınmış bir şəxsiyyətdir. O, “Vip Milan Hospital”ın təsisçisi və baş direktoru kimi uzun illərdir sağlamlıq sektorunda uğurla fəaliyyət göstərir. Tibb müəssisəsi yüksək səviyyəli xidmətləri ilə yanaşı, şəhid ailələri və qazilər üçün pulsuz tibbi yardım aksiyaları keçirməsi ilə də tanınır.
Peşəkar ixtisası memar-mühəndis olan Xuraman Muradova eyni zamanda ədəbi mühitdə də seçilən bir simadır. O, Azərbaycan, Türkiyə və Özbəkistanda nəşr olunmuş bir neçə şeir kitabının müəllifidir. Yazdığı əsərlərdə vətənpərvərlik, insanlıq və sevgi mövzularını poetik dillə ifadə edir. Onun “Əsrə bərabər 20 il” və “Əsrin qəhrəmanı olan komandan” kitabları isə Prezident İlham Əliyevə həsr olunmuş xüsusi layihələrdəndir.
Xuraman Muradova bir çox beynəlxalq yazıçılar birliklərinin üzvüdür və Türk Dünyası Onur medalı, “Humay” mükafatı, “Altın Yıldız” və “Çingiz Aytmatov” kimi nüfuzlu medallarla təltif olunub.
Xuraman Muradova bu gün Azərbaycan cəmiyyətində həm xeyriyyəçi bir sahibkar, həm də millətə bağlı bir şair kimi tanınır.
Türk Dünyası Şair Qadınlar Birliyi Başqanlıq Katibliyi- Katib Dr. Xəyale Əfəndiyeva (Xəyalə Zərrabqızı) xeyale.efendiyeva88@mail.ru
Ölkələr üzrə başqan yardımçıları:
Türkiyə – İnci xanım Okumuş
Azərbaycan – Aysel xanım Xanlarqızı
Özbəkistan – Nargiz xanım Asadova
Qırğızıstan – Nurkız xanım Riskul qızı
Kıbrıs – Feyzan xanım Korur
Makedoniya – Leyla xanım Şerif Emin
Kərkük – Gülzar xanım Bayatlı
Qazaxıstan – Assel Ospan
Başkurdistan – Tenzilia Davletberdina
Tatarıstan – Şemsiye Cihangirova
Türk Dünyası Şair Qadınlar Birliyinin əsas hədəfi Türk dünyasının qadın şairlərini bir araya gətirmək, ədəbi-mədəni dəyərləri yaşatmaq, dostluq və qardaşlıq əlaqələrini gücləndirməkdir.