YARADICI İNSANDA BƏDİİ TƏSVİR, RUHUN AYNASIDIR…
Ruhu gözəl insanlar, bunu yalnız yaradıcılıqlarında əks etdirə bilərlər…
Maraqlı və mükəmməl bədii təsvir insan düşüncəsinə hakim kəsilir, onu şirin xəyallara salır, ruhən sakitləşdirir. Həllə illər öncə oxuduqlarım içərsində, mənim qəlbimi fəth edən bir çox bədii əsər olsada, ruhuma yaxın, məni illərlə təsirində saxlayan Viktor Hüqonun “Səfillər”i, Məmməd Səid Ordubadinin “Dumanlı Təbriz”i və eləcədə “Qılınc və Qələm” romanları olub. Düzdü, Maksim Qorkinin “Ana” romanı da mənim üçün gözəl bir əsər kimi dəyərli olub. Ancaq, söyləyə biləcəklərim başqa mövzuda olduğu üçün bu yanaşmamı, yazacaqlarımla müqaisədə çox uyğun saydım.
Bəli, istər dünya ədəbiyyatında, istərsə də təmsil olunduğumuz milli ədəbiyyatımızda yetərincə mükəmməl əsərlər yazılıb və bu gündə öz aktuallığını qoruyub saxlayır, yüzlərlə belə yaradıcılıq nümunələri yenə yaranır…
Sadəcə yazacağım mövzu haqqında fikirləşəndə, Məmməd Səid Ordubadi ilə Viktor Hüqonun adın yuxarıda çəkdiyim əsərləri gəlib gözlərim qarşısında durdu. Düşüncəmə görə mənim üçün mükəmməl yaradıcılıq nümunəsi olan bu əsər, bəlkədə başqası üçün o qədərdə maraqlı olmaya bilər. Amma, bu istinadımda qərarlı idim…
Hər iki yazıçı, adın çəkdiyim əsərlərində elə gözəl bədii təsvir yaradıblar ki, oxucunu düşünməyə vadar edir…
“Qoşma” Ədəbi Məclisinin həmtəsisçisi, “Ağsu Yazarlar” Ədəbi Birliyinin üzvü Əzizə xanım Ağahüseynqızı birliyin qrup paylaşmasında, eləcədə Fb səhifəsində oxucusu olan dəyərli dostların ixtiyarına verdiyi, – “BURDA BİR PAYIZ VAR…, MƏNƏ BƏNZƏYİR…” şeiri, yuxarıda adın çəkdiyim həmin əsərləri xatırlamağa məni məcbur qoydu. Müqaisə nə qədər doğrudu, yanlışdır deyə bilmərəm, ancaq bu mənim öz düşüncə qənaətim idi. Əvvəlcədən deyim ki, bu qənaət heç də hamı üçün məcburi deyil…
Başa düşdüyümə görə yaradıcılıq təkcə o deyil ki, sözü, sözün dalıyca düzüb, heca üçün barmaq sayıb, qafiyə tapıb yerinə qoyub, misralar düzəldib, bənd edsən, deyəsən bu şeirdir, məndə şair. Mənim qənaətimə görə yaradıcılıqda gözəl bədii təsvir nə qədər çox olarsa, oxucunu düşündürər, düşündürdüyü qədər də müəllifi sevdirər…
Məsələn, şair Əzizə Ağahüseynqızı bu şeirində təbiət təsvirini o qədər orjinal və maraqlı verib ki, sanki payız öz ahıl ömrünü yaşayan , dərdlər əlindən naçar qalan bir insan obrazındadı. Hər bir misrada bədiilik, insanın tale qismətinə düşən acıları yaşantılarını təbiətə xas bədiliklə çox gözəl təsvir edib…
“Xəyala qərq olub, qucub dizini…,”
– Küskün bir insanın, onu əzən əzabdan qovularaq, yumağa dönüb, dizin qucaqlayıb xəyala getməsi səhnəsi gözəçarpacaq dərəcədə aydın təsvir olunub. Yəni şair, təbiətin payız fəslinə bu kimi bədilik verməsi, deyərdim ki ən gözəl bir tapıntı, bəlkədə nümunəvi bir bədiilikdir. Şair, həmin payız fəslini bütün detalları ilə özünə bənzədərək – “Burda bir payız var…, mənə bənzəyir.” – deyir. Sonra isə, – “Sarı əlləriylə tutub üzünü”, – deyərək, həyatdan küskün insanın hansı cür formalaşdığını gözəl verməklə, müəllif acı-acı özünün halının ağrısını dilə gətirib, misralara çevirir.
Xəyala qərq olub, qucub dizini,
Burda bir payız var mənə bənzəyir.
Sarı əlləriylə tutub üzünü,
Burda bir payız var mənə bənzəyir…
Bənzətmənin təbiliyi insanı o qədər valeh edir ki, misraları oxuduqca düşünürsən ki, bu bir həyat acisnı yaşayan insan obrazıdır. Şair bunu payız timsalında verib.
Hönkürür, harayı, hayı duyulmur,
Səngimir, kirimir, sözlə ovunmur,
Yağan yağışlarla dərdi yuyulmur,
Burda bir payız var mənə bənzəyir…
Doğurdan da, hər bir insan ömrünün zamanında itirdiyi doğmalarından, əzizlərindən sonra, qovularaq, elə bil dediyi bir ağıdı, hardaydı sanki.
Qəminə qərq edib ömrün bu çağın,
Leyləyi tərk edib isti ocağın,
Bir həsrət bürüyüb qoynun, qucağın,
Burda bir payız var mənə bənzəyir…
Bəli, çox orjinal, çox möhtəşəm. İnsan qismətinə düşən itirdikilərdən sonra, onu yandıran ötən şirin çağların xəyalın qursada o, ona heç də bir təsəlli vermir. Eynən bu bənddəki təsvir kimi.
Uçulyb, sökülüb nəm divarları,
Ona şirin gəlir ötən çağları,
Bir təsəlli yeri qalmayıb barı..!
Burda bir payız var mənə bənzəyir…
Payız fəslinə xas keçən havaların küləyinin, çovğununun, özünəməxsus ilıq, həzin havasının hər birinin öz ritmik notları var. İnsanı sızıladan dərdləri kimi.
Nəğməsi qırıqdı, həzin, ahəstə,
Şeir ovqatlıdı dodağı püstə,
Oxuyur aramla “Şikəstə” üstə,
Burda bur payız var mənə bənzəyir…
İnsan solub, saralandan sonra, bir payız yarpağı kimi tökülməsi zamanında İllahiyə üz tutub, barmızın bəhrəsini görməyimizə qismət diləyən kimi, şairdə bununla insan ömrünü bax belə olduğunu anladır, onu düşünməyə vadar edir.
Yarpağı şabaş tək tökülür yerə,
Nə ola daşları bircə zər verə…!!!
Tanrı qismət edə bəhrəsin dərə,
Burda bir payız var mənə bənzəyir…
Şair çox gözəl ritmik notlarla payız tablosu üzərində insan obrazı yaradır. Onun narahatlıqlarını təbiətə xas uyğun təsvirlə çatdırır.
Bir az ərköyündü, bir az çılğındı,
Bir az qüssəlidi, bir az dalğındı,
Xətrinə dəyiblər qəlbi qırğındı,
Burda bir payız var mənə bənzəyir …
Payız fəslin ömürün qışa üz tutduğu məqam olduğun çatdıran şair, bu ərköyünlüyü, çılğınlığı “baharın” gəlişinə ümüdlü olmasıdır.
Bürüyüb talanı ahı, amanı,
Səngimir başından həsrət dumanı,
Təkcə baharadı ən son gümanı,
Burda bir payız var mənə bənzıyir.
Bir insan ömrünə sarı xal düşdüyü kimi keçirdiyi narahatçılıqlar, bir payız ömrünün keçdiyi yolda yaşantılarıdı.
Köksünə sarı xal düşəndən bəri,
Darayır saçını xəzan yelləri,
Xatirə şəklidi sarı əlləri,
Burda bir payız var mənə bənzəyir..
Bəli, naümüd, əlacsız bir payız ömürü. Qışın gəlişin gözləyən bir payız ömürü. Eynən, ömrünün payızın yaşayan insan kimi.
Misra – misa susur, baxıb kövrəlir,
Ruhuma bənd olub axıb, kövrəlir,
Başını köksünə sıxıb, kövrəlir,
Burda bir payız var mənə bənzəyir…
Şair, bu şeirinin son bəndi ilə, eynən onun taleyin yaşayan – “Payızı özüm tək görüb ağladım…” – deyərək oxşar taleyin acısını çatdırır.
Gördüm oxşarı var qərib ağladım,
Qəmini könlümə sərib, ağladım..
Payızı özüm tək görüb ağladım…
Burda bir payız var mənə bənzəyir…
Burda bir payız var mənə bənzəyir..
Gözəl şairimiz Əzizə Ağahüseynqızı yaradıcılığında ən çox müraciət etdiyi payız lövhələrində mükəmməlliyi və orjinalığı qoruyub saxladığı kimi, bu şeirində də saxlaya bilib.
Ona, bahar ətirli təravətli ömür arzulayıb, gözəl yazıları ilə bizi sevindirməsini diləyirəm.
Böyük səmimiyyətlə,
Elxas Comərd.
“İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü.