Elə günlər olur ki, yaddaşda sənə özəl, gözəl, doğma gün kimi möhürlənib qalır…
Hər ilin o günü həm sevinirsən, həm kədərlənirsən…
Eyni ilə dekabrın 15 -i kimi.
Sevinirsən, çünki bu ilin, bu günün Ramizi var, qəmlənirsən, çünki Ramizin qocalır…
Qocalıq da bir ucalıqdır, zirvədir, dağdır, amma yenə də için qəribsəyir, qəribələşir…
“Toyda ağlamaq tutan adamlar kimi”..
Bu gün Azərbaycanın xalq şairi, kinossenarist Ramiz Rövşənin doğum günüdür.
Ramiz Rövşən 1946-cı il dekabrın 15 -də Bakının Əmircan kəndində anadan olub.
“Bu ağlamalı, gülməli dünyada “yaşamaq, iz qoymaq, xalqın sevimlisi olmaq hər insana nəsib olmur…
“Bu şəhərdə ən gözəl iş” Ramiz Rövşənin şeir yazmağıdır.
Bütün “yiyəsiz qəmlərin ” yükünü, ağırlığını şeirlərində daşımaq, o qəmləri əzizləmək, sevmək təkcə Ramiz Rövşənə məxsusdur.
Bu qədər kədər yüklü şerlərin içində yenə də
“Şükür hər ötən axşama” deyib kədərin ağırlığına şükr edib əlini Allahın dərgahına açan şair.
“Mən də dəyişkənəm “
Dəyişmək yeni bir şeirin doğuluşuna aparan yoldur.
Heç vaxt şeirlərinə açıqlama verməyən şairləri sevirəm.
Şeri izah etmək məncə yersizdir.
Şeiri ruhunla dinlə, qulaqlarınla deyil.
“Yaşamaq doğrudan çox gözəl işdir” Bir insan ömrünü şeirlə yaşamaq “başdan-başa ” anaların dünyaya gətirdiyi “şeir adamlarıdr”
“Ağaclar soyunanda, adamlar qalın geyinir”, çünki ağacların çılpaqlığı adamları üşüdür.
Vətəni uca tutan Vətən şair.
“Bu kartları dəyişmə, Allah
Sən bu ömrü uduzmadın”
Nə yaxşı ki, mən sizinlə “Bu şəhərdə üz-üzə gəldim”
Sizinlə yanaşı əyləşmək, doya -doya səsinizi dinləmək sizi sevməkdir.
Əlləri, saçları, barmaqları şeir adam!
“Ürəyi ağrıyan gecə gəlib kiminsə qapını döyməyi” yox, heç vaxt ürəyinizin ağrımamağını arzu edirəm.
Kaş “ağlamağı bacarsaydın, mənə gün ağlayardın”
Gününüz mübarək, Xalqın şairi!!!
FİRƏNGİZ
