.....

.....

“ƏLVİDA” DEMƏYƏ TƏLƏSMƏ – Bahar Bəxtiyarqızı (romandan 1-hissə)

“ƏLVİDA” DEMƏYƏ TƏLƏSMƏ – Bahar Bəxtiyarqızı (romandan 1-hissə)

BAHAR BƏXTİYARQIZI
“ƏLVİDA” DEMƏYƏ TƏLƏSMƏ

Xəyalların səni ölümdən xilas edib!
Aleksandra KAVELİUS

Əlvida” deməyə tələsmə / 5
Məni ruhlandıran xəyallar idi, Ürəyim çox şeyə ümidvar idi. Mənim sevgidolu dünyam var idi, Bu dünya onu da aldı əlimdən.
Cansız dörd divar içində belə, Könlüm bənzəyirdi ətirli gülə. Yaşayırdım şirin yalanlar ilə, Bu dünya onu da aldı əlimdən.
Nə bir saxtakarlıq, nə də bir hiylə, Görməzdim kimsənin təbəssümündə. Bir körpə saflığı vardı içimdə,
Bu dünya onu da aldı əlimdən.
Elə xoşbəxt idim öz aləmimdə, Əyrilik bilməzdim düz aləmimdə. Gülərdi bir cüt şən göz aləmimdə, Bu dünya onu da aldı əlimdən.
Elsevər QƏLBİQƏM

Mən onda anladım ki, insan həmişə se- çim etmək qüdrətinə malik olmur. Bəzən insa- nın seçimi seçimsizlik olur!
Rövşən ABDULLAOĞLU

MÜƏLLİFDƏN
“Əlvida” deməyə tələsmə / 11
Bu hekayədə xəyalpərəst, həyat dolu qızın nakam məhəbbətindən bəhs edilir. Mə- cazi eşqin necə həqiqətə çevrildiyini, təsadüfi tanışlığın necə çılğın, odlu-alovlu sevgiyə yol açdığını görəcəksiniz.
Real faktlar əsasında yazdığım hekayə- də vüsala çatmamış qapısını hicran döyən məhəbbətin şahidi olacaqsınız. Əminəm ki, hekayəni oxuyanların hamısı iç dünyasına sə- yahətə çıxacaq və hekayədə bir az da olsa, özünü görəcək.
İçimizdən ən azı on nəfəri sevgi adlı əsarətin qurbanı olub. Kimisi qovuşmasa, ta- leyi ilə barışıb yaşasa da, daim qəlbində sax- layıb, kimisi isə həsrətinə dözməyib, canına qəsd edib, yaxud sevgidən dəli olub, ağlını itirib.
Qısası, sevginizə vaxtında sahib çıxın və lap başdan dürüst olun. Necə deyərlər: “Ən böyük biclik düzlükdür”. Bir münasibətin təmə- lində yalan, gizlin nəsə oldusa, əvvəl-axır sar- sılacaq və nəhayət, yıxılacaq, heç addım at- mağa da macalı qalmayacaq!
Gəlin sevgimizə sahib çıxmağı bacaraq!

I HİSSƏ

Anası həmişə olduğu kimi Lunanı danla- yır, hey gileylənirdi:
– Luna, artıq gənc qızsan. Bu qədər xə- yalpərəst olmağın özünə də ziyandır. Anla- yıram, gəncsən, bu dəqiqə gözlərinə hər şey çox gözəl görünür, amma çalış, bir az realist olasan.
– Ana, axı niyə elə deyirsən? Xə- yalpərəst olmağın nəyi pisdir ki? Çox yox, bircə gün xəyal qurmasam, özümü pis hiss edərəm. Məni həyata bağlayan xəyallarım- dır.
Ana cavabında Lunaya bir söz demədi. Sadəcə, tellərini tumarlayıb gülümsədi.
Luna iyirmi üç yaşında ortaboy, inanıl- maz dərəcədə zərif, kövrək, uzun, sarı saç- lı, əsmər bənizli qızdır. Bu həyatsevər qızın çox gözəl, sirayətedici gülüşü var. Güləndə badamı gözləri kiçilir, qəhvəyi rəngli gözlə- ri par-par parlayır, lap ətrafa nur saçır. Luna çox istedadlı qızdır. Həm gözəl rəsm çəkmək qabiliyyəti, həm də ədəbiyyata, şeirə marağı var. Öz kiçik dünyasına çəkilib axşamlar yat- mazdan qabaq kitab oxuyur, şeirlər əzbərlə- yir.
Bir gün həyətlərində, tut ağacının altın- dakı yelləncəkdə yellənəndə telefonda radionu açdı. “Poeziya və musiqi dəqiqələri” verili- şini dinləməyə başladı.
Özü də bilmirdi ki, bu veriliş sayəsində həyatının dönüş nöqtəsini yaşayacaq.
Verilişin xoşuna gələn tərəfi o idi ki, həvəskar şairlər, qiraətçilər telefonla efirə qo- şulur, şeirlər səsləndirirdilər.
Bir neçə verilişi dinləyəndən sonra kön- lündən keçdi ki, o da verilişə zəng edib şeirlər səsləndirsin.
Əslində, çox utancaq olduğundan ad- dım atmır, hər gecə xəyalında verilişə qoşulub şeir səsləndirirdi.
Nəhayət, bir gün ürəklənib verilişə zəng etdi və Mikayıl Müşfiqdən bir şeir dedi. Mə- lahətli səsi dinləyicilər tərəfindən çox bəyənil- mişdi.
Mesajların ardı-arası kəsilmir, hamı Lu- nanın ifasında şeir eşitmək istədiyini bildirirdi. Beləcə, o, bəzən günaşırı, bəzənsə hər gün verilişə efirə qoşulub şeir deyirdi.
Bir gün Əhməd adlı dinləyici də verilişə zəng edib şeir səsləndirmiş, onun da səs tonu, ifası çox sevilmişdi.
Əhməd şeir deməklə yanaşı mahnı da ifa edirdi. Dinləyicilər onun səs tonunu mü- ğənni Faytonçu Nazimin səsinə bənzədirdilər.
16 / Bahar Bəxtiyarqızı
“Əlvida” deməyə tələsmə / 17
Bir gün aparıcı yarış elan etdi. Yarışın şərtlərinə görə dinləyicilər tərəfindən iki qi- raətçi – qız və oğlan seçilməli idi.
Luna ilə Əhməd artıq bütün daimi izlə- yicilər tərəfindən tanınır və çox sevilirdi. Din- ləyicilər səs çoxluğu ilə Luna və Əhmədi seç- dilər. Luna bu yarışı özü üçün çətin missiya kimi görürdü. Axı o ilk dəfə duet şəklində şeir səsləndirəcəkdi. Amma bunu layiqincə yerinə yetirəcəyinə də əmin idi.
Nəhayət, səsləndirəcəkləri şeiri seçdilər. Bu, Musa Yaqubun “Öyrətmə özünə, öyrətmə məni” şeiri idi. Şeiri o qədər möhtəşəm səs- ləndirdilər ki, hamı çox bəyəndi. Elə bu şeirlə də Lunanın həyatında yeni səhifə açıldı. Özü də fərqində olmadan Əhmədə qarşı hissləri yaranmışdı. Bəli, məcazi eşq alovlanmışdı.
İnsanlar sevgidən ya məcazi, ya hərfi mənada istifadə edirlər. Məcazi eşq insanın qəlbini fanilərə bağlamasıdır. Əsl sevgi isə Al- lahı sevməkdir. “Metafora həqiqətə körpüdür” yanaşmasına görə bəzən məcazi eşq həqiqi sevgiyə aparır. Bunun, bəlkə də, ən par- laq nümunəsi “Leyli və Məcnun” hekayəsidir. Məcnun Leylinin sevgisindən dəli olub çöllərə düşür. Səhrada ceyranlarla dostluq edir, çünki gözləri Leylinin gözlərinə bənzəyir. Bir gün yanına bir it gəlir. Başqa heç kim fikir vermədiyi halda, Məcnun itə qayğı göstərir. Soruşurlar ki, niyə belə edir? Cavabında: “Bilmirsən, bu it Leylinin torpağından gəlib”, – deyir. Nəhayət, Leyli ilə görüşəndə isə: “Yox, sən Leyli deyilsən, Leyli başqadır”, – deyir. Beləliklə, o, Mövlanı Leylidə tapır, onun məcazi məhəbbəti əsl sev- giyə çevrilir.
O, parlaq nümunənin bənzəri idi: Luna və Əhməd.
Əhməd də Lunanın varlığına öyrəşmiş- di. Bəstəboy, orta çəkili, sarıbəniz, qıyıqgöz, sərt baxışlı bu oğlan maraqlı söhbətləri və za- rafatları ilə yaşıdları arasında özünə hörmət qazanmışdı.
Verilişin reytinqi bu iki şəxsə görə daha da yüksəlir, dinləyici sayı isə artmaqda da- vam edirdi. Əhməd Lunanın səsinə, gülüşünə bağlandığını günü-gündən daha çox hiss edirdi. Gün ərzində tez-tez saata baxır, verili- şin başlayacağı vaxtı gözləyirdi…
Taleyi üzünə gülməyən Əhməd çətin sı- naqlarla dolu günlər keçirirdi. Bu günlərdə isə yalnız Lunanın səsi ona məlhəm olurdu. Hər gün onu düşünür, xəyalında canlandırma- ğa çalışırdı. Axı Luna kimdir? Neçə yaşında- dır? Harada yaşayır? Qəlbində kiməsə varmı?
18 / Bahar Bəxtiyarqızı
“Əlvida” deməyə tələsmə / 19
Görəsən, incə, məlahətli səsə sahib bu qız- cığaz onun məhəbbətinə qarşılıq verərmi?! Ah!.. Bu sualların ardı-arası kəsilmirdi. Beynin- də cövlan edən fikirlər yuxusuna qənim kəsil- mişdi.
Bir yaz səhəri yenə gözü saatında qal- mışdı. Nəhayət, radionu yandırdı. Bu dəfə hələ canlı yayıma qoşulmamış bir neçə qi- raətçinin ifasını dinlədi. Lunanın hələ də efirə qoşulmadığını görüb təşvişə düşdü. Görəsən, niyə qoşulmayıb?! Bədəninə titrəmə gəldi; itir- mək qorxusu onu çulğaladı. “İlahi, onun kimi- sini bir də haradan tapa bilərəm axı?” – öz- lüyündə bu sualla boğuşurdu. Nəhayət, çox uzun çəkən beş dəqiqədən sonra aparıcının səsi eşidildi: “Xoş gördük sizi, Luna xanım!” Əhmədin ürəyi təskinlik tapsa da, Lunanı itir- mək qorxusundan qurtula bilmədi. Onun nazlı gülüşünü eşidən Əhmədin qorxusu daha da böyüdü. Bir neçə şeir səsləndirən Luna sağol- laşdı. Ardınca Əhməd efirə qoşuldu, amma budəfəki məqsədi başqa idi. Səsləndirdiyi şe- irlərlə sətiraltı Lunaya mesaj ötürmək, bu yol- la ona ürəyini açmaq istəyirdi. Luna hər şeyi anlasa da, utancaqlığı ucbatından özünü bil- məzliyə vurmuşdu.

Ah Luna, Luna… Ürəyində fəğan edən Əhməd onu tapmaq qərarına gəlmişdi. Çox üsulu götür-qoy elədi, axırda birində dayandı. Verilişin efir rejissoru ilə aralarında müəyyən səmimiyyət yarandığı üçün qərara gəldi ki, Lunanın nömrəsini ondan istəsin. Belə də etdi. Əvvəl Luna ilə bağlı hisslərindən söz açdı, sonra da nömrəsini verməyi xahiş etdi. Amma hər şey gözlədiyi kimi asan olmadı. Nigar xa- nım ixtiyarı olmadığını, hətta bunu etsə, işdən qovula biləcəyini söylədi. Çox məyus olan Əhməd son şansından istifadə edib Nigar- dan, heç olmasa, hisslərini Lunaya çatdır- mağını, icazə versə, nömrəsini ona verməyini xahiş etdi. Bu dəfə Nigar etiraz etmədi, gü- lümsəyib: “Can-başla edərəm”, – dedi. Sanki Əhmədin ürəyinə su səpildi, amma yenə də yox cavabı almaqdan qorxurdu.
Bu hər şeydən xəbərsiz saf, təmiz qız- cığaz yenə canlı efirə qoşulmaq üçün zəng vurmuşdu. Həmişə olduğu kimi birinci efir re- jissoru Nigar xanımla salamlaşdı, hal-əhval tutdu. Elə növbəsini gözlədiyini demişdi ki, Ni- gar:
– Ay Luna, sənə sözüm var, amma indi vaxt azdır. İcazə verirsənsə, verilişdən sonra danışarıq…
20 / Bahar Bəxtiyarqızı
Luna çox təəccübləndi. “Görəsən, Nigar xanımın demək istədiyi nə sözdür elə?!” – fik- rindən keçirdi. Narahat da olsa, razılıq verdi.
Verilişdən sonra Nigar Əhmədin dedik- lərini mesajla bircə-bircə Lunaya yazdı. Me- sajı oxuyan Lunanın həyəcandan əlləri əsdi. Bir yerdə dayana bilmədi, otağın içində var- gəl etməyə başladı. Ayaqları bir-birinə dola- şır, az qalırdı, ürəyi ağzından çıxsın.
Bəli, Luna təxminində yanılmamışdı. Əhmədin mübtəla olduğu hissləri özü də ya- şayırdı. Bir az düşünmək qərarına gəldi, çün- ki Əhmədi bir az intizarda saxlamaq istəyir- di. Amma bir tərəfdən də sevinirdi ki, hissləri qarşılıqlıdır. Cavabında yazdı:
“Nigar xanım, mənə vaxt verin, bir az fi- kirləşim”.
Nigarın mesajı özünü çox gözlətmədi:
“Əlbəttə, Luna, nə qədər istəyirsən, dü- şün”.
Nigar şad-şalayın bu xəbəri Əhmədə çatdırdı. O isə nədənsə sevinmədi, səsindən hiss olundu ki, duruxdu, həyəcanlandı.
– Nigar xanım, birdən razı olmasa, nə edərəm?
– Narahat olmayın, Əhməd bəy. Onun sizə qarşı az da olsa, duyğusu, marağı olma-

saydı, qətiyyətlə: “Yox” – deyərdi. Yəqin ki, o dəqiqə razılıq verməyə utanıb.
Nəhayət, Əhmədin üzü güldü:
– Hə-ə, Nigar xanım, onda, deməli, mə- nim Lunam naz edir, düzdür?!
– Elədir ki, var, Əhməd bəy.
II HİSSƏ
Bugünkü verilişin digərlərindən fərq- li olacağına əmin idi. Ona görə də daha çox həyəcan keçirirdi. Canlı efirdə Nüsrət Kəsəmənlinin “Mən sevərəm ikimizin yerinə” şeirini səsləndirməklə Lunaya həmişəki kimi is- marıc yolladı:
Bu sevgidən sən qorxursan, eybi yox, Mən sevərəm ikimizin yerinə.
Bu eşq üçün bir gün dara çəksələr, Mən gedərəm ikimizin yerinə.
Min əzabdır sənsiz keçən hər günüm, Unutmuşam yaxşı-yaman fərqini.
Bu sevginin dağ əridən dərdini,
Mən çəkərəm ikimizin yerinə.
Bəli, doğru təxmin idi: Luna həssas qəl- binin qırılmağından qorxurdu. Əhmədin səsi gələn kimi isə gözlərinin içi parlayır, həyə- candan nəbzi tez-tez vururdu. Üstəlik, gerisini düşünmədən bu yola onunla çıxmaq istəyirdi. Çox keçmədi ki, Luna da Mikayıl Müşfiqin şeiri ilə Əhmədə cavab verdi:

Sən məndən uzaqsan, mən səndən uzaq, Uzaqdır sevimli gözlərin mənə.
Yaxındır telefon sayəsində bax,
Ürəkdən saçılan sözlərin mənə.
Məhəbbətin dərin, xəyalın dərin, Nə çıxar, sözlərə könlümü versəm?! Əslinə varmaqçın bu söhbətlərin, Nolur, gözlərini telefonda görsəm?!
Məni inandırmaz, yoxsa bu sözlər, Az iş gəlməmişdir qərib başıma. İstərəm ürəyin aynası gözlər,
Açıb həqiqəti qoysun qarşıma.
Əhməd şeiri eşidən kimi fərəhləndi, se- vincək oldu. Lunanın cavabı artıq bəlli idi.
Bu məsələdən iki gün keçmişdi. Luna yenə canlı yayıma qoşulmaq istəyəndə Nigar xanım keçəndəfəki məsələyə toxundu:
– Hə-ə, Luna xanım, düşünə bildinizmi? Nə qərara gəldiniz?
Luna utanıb asta səslə:
– Bəli, Əhmədə şans vermək istəyirəm, – dedi
– Çox sevindim. İnşallah, xoşbəxt olarsı- nız, – Nigar xanım şənləndi.
– Sizə də hər şeyə görə təşəkkür edirəm, – Luna dil-ağız elədi.
Elə bu vaxt Əhməd də zəng elədi. Nigar xanım birinci ona şad xəbəri çatdırmaq istədi: – Ay Əhməd bəy, səsiniz nə yaman fikir- li gəlir? Olmaya, Lunadan xəbər almamısınız
deyə məyus olmusunuz?! Əhməd gileyləndi:
– Doğrudur, Nigar xanım, düz təxmin etdiniz.
– Elə isə gəlin sizə şad xəbəri verim. Luna razılıq verdi. Gözünüz aydın olsun.
– Nigar xanım, bir bilsəniz, mənə necə böyük yaxşılıq etmiş oldunuz. Çox, çox təşək- kür edirəm.
– Xoşbəxt olasınız! Təki həmişə belə xe- yir işə vəsilə olum. Amma…
– Nə amması, Nigar xanım?
– Luna çox həssas qızdır. Saf, təmiz qəl- bi var. Çalışın, həmişə dürüst olasınız və onu daim xoşbəxt edəsiniz.
Əhməd duruxdu. Ürəyində: “Olmaya, Nigar xanım həyatım haqqında nəsə bilir, ya da hiss edib?” – dedi. Sonra özünü toplayıb:

– Narahat olmayın, onu xoşbəxt etmək- dən ötrü əlimdən gələni edəcəyəm.
– Çox gözəl. O zaman toyunuzda məni də yaddan çıxarmazsınız.
– Əlbəttə, əlbəttə, Nigar xanım. Mütləq.
III HİSSƏ