.....

.....

Gərçək Sevgi – Aydan İsmayilova

Gərçək Sevgi – Aydan İsmayilova

Gərçək Sevgi
Ingiltərənin şimal-qərbində çox balaca bir qəsəbə var idi.Hətta o qədər balaca idi ki, orada baş verən hadisənin hər kəs tərəfindən öyrənilməsi çox vaxtlarını almırdı.Bu qəsəbədə Luna adlı bir qız da var idi.O, onu çox sevən, qardaşı Frank ilə birlikdə yaşayırdı.Luna bu qəsəbənin ən gözəl qızı idi.Qəsəbənin bütün oğlanları onunla bağlı gələcək xəyalları qururdu. Lakin, Lunanın ağlında hər zamankı kimi tək bir fikir var idi.Oda oxuduğu kitabı bitirəndən sonra növbəti oxuyacağı kitabı hardan tapacağı ilə bağlı idi. Frank Lunanın kitab oxuduğunu gördükdə, hər dəfəsində “Luna bu xüsusiyyətin anamıza oxşayıb”-deyə, ağlında ona dair xatirələr canlanır, kədərlənməyə başlayırdı.Luna qəsəbədəki kiçikdən böyüyə qısacası hər kəsə kömək edirdi.Çox əyləncəli birisi idi.Ən ciddi insanı belə güldürməsi dəqiqələrini alardı.Frank isə tam tərsi,o ciddi və əsəbi biri idi.Dəyirmanda işləyirdi.Axşamları evə yorğun gəlir,Lunanın bişirdiyi ləziz yeməkləri yeyib,yorğunluqdan oradaca yuxuya gedirdi.Sonra hər zaman ki, kimi şüur altı incə bir səs eşidərdi “Frank, bəlkə yerində yatasan?”.Frank üçün sadəcə Luna var idi.Lunaya görə canından da keçərdi.Atasının və anasının yoxluğunu hiss etməsin deyə əlindən gələni edirdi.Bir də Lunanın yaxın dostu Paul haqqında danışım.Onlar günün çox vaxtını birlikdə olurdular.Luna kitab oxuyar,Paul isə ona qulaq asardı.Luna bilməsin, amma əslində Paul kitab oxumağı sevmirdi,sadəcə Luna sevirdi deyə oda sevirmiş kimi edirdi.
Bir gün Luna əlindəki kitabın son səhivəsini bitirib, yenisini götürmək üçün, qəsəbədə yeni açılmış kitabxanaya gedir.Adətən burada kitab satılan dükan olmurdu.Kitaba marağı olanlar kitabı buradan götürürdü.
Özüdə bir kitabdan tək bir nüsxə var idi.Hər kəs oxuya bilsin deyə götürülən kitab onlara verilən müddət ərzində geri qaytarılmalı idi. Luna kitabxanadakı bütün kitabları oxuyub, bitirmişdi.Ona görə də oxuduğu bir kitabı,yenidən oxumağ məcburiyyətində qaldı.Əslində bu qəsəbənin başqa çox böyük ucsuz-bucaqsız bir kitabxanası da vardı.Hətta Luna doğulana qədər onun anasıda bu kitabxanada işləmişdi. Luna doğulduqdan sonra kitabxana çox pis vəziyyətə düşdü.Zülmət qaranlığa büründü.Yanından keçdikdə insanın bütün əhval-ruhiyyəsi pozulurdu. Çox qorxunc görünürdü.Deyilənə görə kitabxana lənətlənmişdi və içində nə olduğunu heç kim bilmirdi.Çünki, o gündən sonra içəriyə girməyə heç kim cəsarət göstərməmişdi.Luna bu kitabxanada dünyaya göz açmışdı.O, ilk dəfə gözlərini açdıqda, anası gözlərini əbədiyyən yummuşdu. Bir,iki ay sonra isə bu acıya dözə bilməyən atası ürək xəstələyindən vəfat etdi. O, gündən sonra Lunaya, qardaşı- Frank baxırdı.Eyni zamanda, kitabxanada bir saatda var idi,bu saat Luna doğulduqdan sonra hər gün saat beş tamamda “ding-dong” deyə səslər çıxardırdı.İki, üç saniyə çaldıqdan sonra dayanırdı. Frank bacısı üçün çox narahat idi.Çünki, Lunanın halı günü-gündən pisləşirdi.Frank isə onu bir neçə dəfə xəstəxanaya aparsada, xəstəliyinin nə olduğunu tapa bilməmişdilər.Luna isə”Narahat olma mən yaxşıyam”- deyib, Frankı yola verirdi…
Bu gün hava çox gözəl idi, Günəş buludun arxasından gülümsəyirdi, ağaclar çiçək açmışdı.Hərkəsin əhval-ruhiyyəsi yüksək idi. Luna kitabxanadan götürdüyü kitabı oxuyub, bitirmişdi.Bu onun bir ayını aldı.Hələ bu oxuduğu bir kitab idi.Adətən yeni bir kitab aldıqda gecələri yatmayıb, bir həftəyə bitirdiyi zamanlarda olmuşdu. Luna kitabı qaytarıb, oxuduğu kitabları təkrar oxumaqdan bezib,lənətlənmiş kitabxanaya getmək qərarı aldı.Luna ağıllı olduğu qədər də, cəsarətli idi.O, Franka bu fikrini demək istəmədi.Çünki, nə vaxt kitabxanadan söz açılsa, Frank danışmazdı.Ona görə də Lunanın kitabxana haqqında məlumatı yox idi.O, yenə də kitabxanaya yalnız girməmək üçün,Paula xəbər verdi.Paul isə bunun təhlükəli olduğunu söyləyib, qorxusuna qalib gələ bilmədi.Amma Luna getməkdə qərarlı idi.Yəni tək də olsa içəriyə girəcəkdi.Yaxın dostunun başına bir iş gələcəyindən qorxan, Paul onu qərarından döndərə bilməyəcəyini başa düşüb, Franka xəbər verməyə məcbur oldu.O, tez özünü dəyirmana çatdırdı.Frank xəbəri alar almaz,iş yerini tərk edib,kitabxanaya tərəf yola düşdü.
Luna cəsarətini toplayaraq ətrafını tor basmış qapının tozlu qulpundan tutaraq açdı.İçəriyə doğru bir addım atıb,ayaq saxladı. Hər nə qədər cəsarətli olsada, bir yandan da həyacandan ürəyi yerindən çıxacaq kimi oldu. Bir şey olacağını düşünüb, gözlərini yumdu.Amma, heç nə olmadı. O, ilk öncə gözlərini qısaraq, yavaşca açdı. İçəriyə doğru irəliləməyə başladı.Kitabxana çöldən göründüyü qədər də qorxunc deyildi.Sadəcə bura çox tozlu idi.Hətta Lunanın tozdan burnu göynəməyə başladı.O, ard-arda iki dəfə asqırdı.Əlini qaldırıb, sağa,sola əsdirərək hərəkət etdikcə havaya qalxan tozu yatırmağa çalışırdı.Ətrafa göz gəzdirməyə başladı.İçərdə on iki rüb kitablık var idi. Lakin, kitab çox az qalmışdı.Bu Lunaya qəribə gəldi.Necə ola bilər ki,bu qədər böyük kitabxanada yeddi dənə kitab qalıb!
Luna içəridən seçim etmədən, əlinə aldığı ilk kitabı götürür və çıxır.
Tozdan kitabların üz qapağındakı nəinki sözlər, şəkili belə görsənmirdi . Frank içəriyə daxil olacaqdı ki, Luna çölə çıxdı.Çıxdıqda isə ümüdsüz halda onu gözləyən minlərlə insan vardı.Çöldəki insanlar Lunanın çoxdan öldüyünü düşünmüşdülər.Hətta onun çıxışını bir möcüzə adlandırırdılar.Frank təngnəfəs qalmışdı.Eyni zamanda da həm qorxmuş həm də əsəbləşmişdi. Lunanın qolundan tutdu və evə apardı.
-Bir də o kitabxanaya girməyəcəksən!
Luna Franka oranın çöldən göründüyü kimi qorxunc olmadığını və götürdüyüm kitabı oxuduqdan sonra yenə gedəcəyini bildirir.Frank Lunanın onu dinləməyəcəyini başa düşüb, otağına kilitləyir və qapıya yaxınlaşaraq deyir:
-Nə zaman ki, fikrin dəyişəcək, onda səni azad buraxacam.
Luna kitabxanadan götürdüyü, yeni kitabı oxumağın həyacanında idi. Üstünün tozunu silmək üçün dəsmal gətirməyə səbri çatmayan Luna,donunun uzun qolunu əli ilə çəkərək kitabı silməyə başladı.Ardından həvəslə kitabı açdı. Amma, kitabın ilk səhifələri boş idi. Luna kitabın bütün səhifələrinə göz gəzdirdi.Kitab boş, saralmış vərəqlərdən ibarət idi. Lunanın həyacanı qorxuya çevrilmişdi.O, düşünürdü ki, sanki yazıçının sözlərini kitaba çap etməyi unudublar.Bu fikir qulağa gülməli gəlirdi.Luna yatağına uzanıb,düşünməyə başladı.”Bu kitabxanada bir qəribəlik var.Həm kitabların sayı azdı, həm də kitab boşdu.Hərfsiz də kitab olar?! Luna o kitabxanaya bir də gedib,digər kitablarında bu vəziyyətdə olub,olmadığını yoxlamaq istəyirdi.O, bunun üçün, axşamı yəni hər kəsin yatdığı saatı gözməli idi.Axşama kimi özünü güclə saxladı. Ağlında sadəcə, kitabxana ilə bağlı suallar vardı. Nəhayət, axşam oldu.Luna pəncərədən qaçmağı planlayırdı. O,başına tanınmamaq üçüb örpək örtdü.Bu gün kitabxanadan götürdüyü kitabı da əlinə alıb, pəncərədən qaçacaqdı ki, qapıya yaxınlaşan qardaşının ayaq səslərini eşitdi.Tez örpəyini çıxardıb, yerinə uzandı. Frank qapını açıb içəri daxil oldu.Əlində isə yemək var idi.
-Luna, sənə yemək gətirmişəm.Yəqin ki, acmısan.Sənin qədər ləziz bişirməsəm də, bir şeylər etməyə çalışmışam.İlk öncə özüm yedim,hər şey qaydasındadır,hələki özümü yaxşı hiss edirəm- deyə gülümsədi.
Luna yeməkdən bir qaşıq yedi.Gözlərini yumub:
-Immm,necədə dadlıdır.Mən həyatımda bu qədər dadlı yemək yeməmişdim
-Luna, bağışda bu gün sənə bir az sərt davrandım. Amma sənə bir şey oldu deyə çox qorxdum.
Luna Frankı qucaqladı.
-Mən yaxşıyam.
-Yəqin ki, bir daha ora getməyəcəksən?
O, gözlərini aşağıya dikərək cavab verdi:
-Getməyəcəm
-Yaxşı,yeməyini soyutma. Mən gedim.Fikrin dəyişdiyinə görə artıq, qapını kilitləməyə ehtiyac yoxdur-deyib otaqdan çıxdı.
Əslində Frank Lunaya tam olaraq inanmamışdı.Çünki, Luna bir qərar verdikdə, nəyin ki, qapını bağlamaq, heç bir güc onu qərarından döndərə bilməzdi.Luna yeməyini bitirdikdən sonra qabı aparmaq üçün otağından çıxdı. Düzünü desəm qabı aparmaq bəhanə idi.O, Frankın oyaq olub, olmadığını yoxlamaq istəyirdi. Otağının qapısı aralı qalmışdı. Bu vaxta qədər yatmış olmalı Frank, hələ də oyaq idi.Luna onun yatdığına əmin olmalı idi.Oda otağına geri dönüb,onun yatmasını gözlədi.Frankın yatmasını gözləyərkən özüdə gözlərini yumdu.O, oyandıqda səhər saat beşə qalmışdı.Yuxudan dik atılıb, cəld Franka baxmağa getdi.Frank artıq yuxuda idi.Otağına geri dönüb,cəld halda örpəyini örtüb,kitabı əlinə aldı. Ətrafda heç kəsin olmadığını görüb,pəncərdən tullandı. O,heç kəsə görünmədən kitabxanaya daxil oldu.Əlindəki kitabı götürdüyü yerə qoyub, başqasını əlinə aldı.Onun içidə boş vərəqlərdən ibarət idi.Elə bu zaman saat oxumağa başladı.Çünki, beş tamam idi və Lunanın əlindəki kitab yoxa çıxdı.Luna gördüklərinə inana bilmirdi.O, kitabları bir də saydı,yeddi kitabdan altısı qalmışdı.Anidən ayaq səsləri eşidildi və əsasını yerə zərblə vuran birinin kölgəsi Lunaya doğru irəliləyirdi.Luna çox qorxmuşdu.Əlini sürətlə vuran ürəyinə doğru apardı.Gözləri qorxu içində donmuşdu.Nəfəs alıb, verişini hiss etmirdi.Titrək bir səslə, qışqıraraq dedi :
-Siz ,kimsiniz?
Kölgə get-gedə Lunaya doğru yaxınlaşırdı.Bu kölgə yetmişli,səksənli yaşlarında bir qoca idi. Luna halsızlaşmağa başladı.Qoca, Lunaya yaxınlaşdı.
-Qızım,sən yaxşısan?Qorxma məndən sənə zərər gəlməz.
O, kitablara baxdı:
-Çox az zamanımız qaldı,tələsməliyik.
Qocanın üz ifadəsi dəyişdi.Olduqca kədərli görünürdü.Bir az sonra Luna özünə gəldi.O, qocanı dayanmadan sorğulamağa başladı:
-Siz, kimsiniz? Burada nə edirsiniz?Niyə tələsməliyik?
Onlar yanlarındakı oturacaqlarda əyləşdilər.
Qoca dərin bir nəfəs alıb dedi:
-Qızım, sən doğulanda mən burada idim.Bunu necə deyəcəyimi bilmirəm amma, son altı günün qaldı.Hər gün saat beşdə bir kitab yox olur.Gedib Boltonda olan Darya-i-Nur almazını gətirməlisən yoxsa…
-Yoxsa nə?
-Yoxsa dediyim kimi bu kitablar sənin yaşam müddətini göstərir.Hər keçən gün bədənin daha da gücdən düşür.
-Onu Boltonda harada tapa bilərəm?
Qoca əskimiş üst geyiminin cibindən rəngi saralmış iki kağız çıxardı.
-Bax sənə iki kağız verirəm.Ağ rəngli kağızı taksiyə ver.
O, səni lazım olan yerə aparacaq.Qara rəngli kağızı isə, taksinin səni apardığı zərgərə ver.
Luna ağlayaq:
-Gətirdikdən sonra nə edəcəksiniz?Axı niyə almaz?
-Qızım, sən get almazı gətir,bu bəladan xilas ol.Sonra hər şeyi öyrənərsən.Ehtiyyatlı olmalısan.Unutma ki o almazdan sadəcə bir dənə var.Ona heç bir şey olmamalıdı.Az vaxtın qaldı.Tələsməlisən.
O, kədərli halda qocaya baxdı və qapıdan çıxdı.
Luna nə edəcəyini bilmirdi.Görəsən, olanları Franka deməliydi?
Bəlkə də deməli idi, çünki Luna getdikdən sonra Frank nə edəcəkdi?…Luna bu sualları düşünə-düşünə pəncərədən otağına daxil oldu.O, çox fikirləşir və Franka deməməyə qərar verir, çünki, Frankın onu getməyə qoymayacağını bilirdi.Ona görə də Paulla danışır və onu idarə etməsini üçün xahiş edir.Paul çətinliklə də olsa onun bu rəddedilməz xahişini qəbul etmiş olur.O, Luna getdikdən sonra qapını kilitləyir və Frank hər qapını döydükdə Lunaymış kimi onu yola verməyə başlayır.Luna isə Frank yatdıqdan sonra yola çıxır.Əslində axşam vaxtı çölə çıxmağa çox qorxardı.Amma vaxtı azalırdı.Hər saat keçdikcə özünü daha da pis hiss edirdi.Avtobusa qədər hələ çox yeriməli idi.Qaranlıq hər yeri bürümüşdü.Lunanın əlindəki fanarı yalnız ayağını altını ışıqlandırırdı.Hər tərəfdən vahiməli,qorxunc səslər eşidilirdi. İki,üç saat yol getdikdən sonra Lunanın qarşısına qurt çıxır.Əlinə ağac alır və özünü qorumağa başlayır.O, çıxılmaz vəziyyətdə qalır və nə böyük şans ki, onun səsini eşidib, köməyə biri gəlir və Lunanı qurtarır.
Onu qurtaran on doqquz, iyirmi yaşlarında uzun boylu, qəhvəyi gözlü, yaraşıqlı bir gənc idi. O, ilk baxışda gözlərini Lunadan ala bilmədi.Üzün də bir gülümsəmə yarandı.
Luna gəncə təşəkkür edir.
O, isə :
-İcazə verin,getdiyiniz yerə qədər,sizə yol yoldaşı olum.
-Yox, sizə zəhmət olmasın.Onsuzda az qaldı, çatıram.
-Hara gedirsiniz ki?
Luna avtobus dayanacağına gedirəm dedikdə, gənc:
-Məndə ora gedirəm-deyir
Onlar yol yoldaşı olurlar və yol boyu heç nə danışmırlar.Amma gənc gözlərini Lunadan ayırmırdı.Əslində ona baxarkən parıldayan qəhvəyi rəngli gözləri artıq bir çox şeyi ifadə edirdi.Bir neçə saatdan sonra avtobus dayanacağına çatırlar.Gənc əlini uzadaraq:
-Mən Robert.Tanış olduğumuza şad oldum-deyir.
Lunada qarşılıq verir:
-Mən də Luna.Mən də tanış olduğumuza şad oldum və təkrardan təşəkkür edirəm.
Onlar ayrılırlar.
Robert avtobusda özünə bir yer tapdıqdan sonra, bayaq gördüyü gözəl qız haqqında düşünürdü.
Frank Lunanı yemək yeməyə çağırır.Bacısının gəlmədiyini gördükdən sonra otağının qapısını döyür.Paul dərin bir yuxuya getmişdi.Tez ayılıb,bacardığı qədər incə bir səslə “ac deyiləm,yatacam”-deyir.Frank “Gecən xeyirə”-deyib, gedir.
Səhər saat beş,yəni ömürdən gedən bir gün daha.
Son beş Gün
Luna gözlərini avtobusda onu çağıran, sürücünün səsi ilə açır.Sürücü düşməsi üçün onu oyadır.O, oyanıb,ətrafına baxdı.Avtobusda heç kim qalmamışdı.Pəncərdən baxdıqda isə buranın Bolton olmadığının fərqinə vardı.Sürücüdən harada olduğunu soruşdu.Sürücü isə “Bristolda olduğunu”-söylədi. Luna əsəbi halda sürücüyə cavab qaytardı:
-Necə yəni,mən Bolton avtobusuna minmişdim.İndi isə Bristolda yox Boltonda olmalı idim.
-Məgər, siz, avtobusun qarşısında böyük hərflərlə yazılmış “Bristol” sözünü görməmisiniz?
Luna avtobusdan düşür.İri adımlarla irəliləyərək, avtobusun qarşısına baxır.Sürücü haqlı idi.Luna dünən o qədər yorulmuşdu ki,yazıya diqqətlə fikir verməmişdi.O,sürücüdən üzür istəyib, bir skameykada oturub, ağlamağa başladı.
-İndi mən nə edəcəm?Pulumda yoxdu.
Bu zaman yoldan alicənab, şux libasda bir şəxs keçirdi.Lunanı görüb, ayaq saxladı.
-Nə olub,xanım?Niyə ağlayırsınız?
Luna yola çıxdıqdan sonrakı əhvalatı danışmağa başladı.
-Xanım, buna görədə ağlayarlar.Mən sizə lazım olan məbləği verərəm.
Luna buna razı olmur.Fikirləşir ki, qardaşımda belə bir şey etməmi istəməzdi.
-Onda, gedək.Mənim şirniyyat dükanım var.Sizə orada iş verərəm.Çıxdıqda isə pulunuzu alarsınız.Luna razılaşır. Bir gün işləyir və əməyinin qarşılığını alır.Əziyyətinin haqqını alıb, cənabə təşəkkürünü bildirib yola düşmək üçün tələsir.O, dördüncü gününü işləməklə keçirdir.Luna Bu dəfə gözlərini dört açaraq, Bolton yazıldığına əmin olduğu avtobusa minir.
Paul isə gününü yatmaqla keçirir və Lunanın gələcəyi günü səbirsizlikə gözləyirdi.Onun üçün həyatı çox sıxıcı keçirdi.Səhər saat beş…
Son üç Gün
Nəhayət ki, Luna Boltona çata bildi.O, bu kiçik şəhərin hər tərəfinə böyük bir maraqla göz gəzdirərək, ömüründən gedən bir,neçə dəqiqəsini artıq bura olan marağına qurban vermiş olurdu.Axırıncı dəfə bura üç yaşında olarkən atası ilə gəlmişdi.Lunanın yad baxışlarına diqqət yetirsək şəhərin o gündən sonra çox dəyişdiyini anlaya bilərdik. O, çox acmışdı.Saatlarla heç nə yeməmişdi.Amma yemək almağa pulu yox idi.Qazandığı son pulunuda onu almazın olduğu yerə aparacaq taksiyə verməyi düşünürdü.Birdən şəhərin mərkəzində mahnı oxuyan uzun saçlı qızı gördü.Onun əynində solğun amma təmiz paltarı, ayağının altında isə açıq bir gitar qutusu var idi.Əlləri soyuqdan titrəsədə gözəl səsi bütün ürəkləri isidirdi.Əslində havalar isti keçirdi.Sadəcə səhər saatları olduğundan sərin bir meh var idi. Lunanın ağlına bir fikir gəldi.Onun da yaxşı səsi var idi.Oda şəhərin mərkəzindəki böyük saatlı binanın yanında dayandı.Elə binanın yanında şirniyyat dükanı yerləşirdi.O, mavi rəngli papağını çıxardıb,yerə qoydu. Hər hansısa bir musiqi aləti olmadığından rəqs etmək qərarına gəldi. Ürəkləri oxşayan o xoş,incə səsi ilə oxumağa və rəqs etməyə başladı.İlk vaxtlar heç kim ona fikir vermir, maraq göstərmirdi.Dükandan gələn ləziz şirniyyat qoxusu isə Lunanı lap məst edirdi.Deyəsən, çiyələkli ya moruqlu nəsə bişirirdilər.O, daha da ürəkdən oxumağa başladı. Bir neçə dəqiqədən sonra əldə etdiyi qazanc sayəsində istədiyi şirniyyatı alıb, nahar etdi. Ardından bir taksi tapıb,yola düşdü.Qocanın da dediyi kimi, ağ kağızı taksi sürücüsünə verdi.Sürücü onu zərgər dükanının qarşısında endirdi. Luna, qapını açıb, içəri daxil oldu.Əvvəlcə zərgərlə salamlaşdı.Zərgər əlli,altmış yaşlarında qoca bir kişi idi.Luna kağızı zərgərə uzatdı.O, qırışmış və yaşlılıqdan əsən əlləri ilə kağızı götürdü.Eynəyini taxıb, diqqətlə kağıza baxdı. Zərgər almazın dünən başqa biri tərəfindən götürüldüyünü söylədi.Luna bütün müqavimətini itirib,düşəcəyi halda əli ilə stolun qolundan güclə tutdu.Sanki, anlıq bir duyğu ilə bu dünyadan təcrid olundu.Almazı tapa bilməsə iki gün sonra olacağı kimi.Öləcəyini bilərək yaşamaq necədə ağır bir hiss idi.Tamamilə ümidini itirdi.O, sanki edamını gözləyən bir məhkum kimi, o günün gəlməsini həm qorxu həm də ümidsizliklə gözləyirdi.
Zərgər ona su verdi.Luna suyunu içib, dərin bir nəfəs almağa çalışdı.Bir az keçdikdən sonra özünə gəldi.Almazı tapmaqdan başqa çarəsinin olmadığını başa düşüb zərgərdən soruşdu:
-Zəhmət olmasa, almazı kimin aldığını,hara getdiyini deyə bilərsiniz?
-Onu tanımıram.Amma,çox tələsirdi.Gələr-gəlməz almazı alıb, çıxdı.Ardı ilə adamlar düşmüşdü.
-Bəs,almazı sizdən necə istədi,nə dedi?
-Sadəcə kağızı verdi.
Luna ona Qocanın verdiyi kağızı bir daha göstərib:
-Bu kağızdan
-Bəli,eynisidir.
Luna fikirləşməyə başladı.Axı bu necə ola bilərdi?
Bu zaman zərgər,pəncərədən çölə baxıb,həyəcanla dedi:
-Bax, bu o, oğlandır
Luna zərgərin göstərdiyi oğlana baxdı.Onu sadəcə arxadan görmək mümkün idi.Bu naməlum şəxs dükanın qarşısındakı otelin qabağında dayanmışdı. Ardından otelə daxil oldu.Luna da ardı ilə getdi.İçəridə çox adam var idi.Ətrafına baxınmağa başladı.Bir oğlanın hostesdən təlaşlı halda “Sizdə əlavə otaq açarı olur” deməsini eşitdi.Bu o, idi.Bəli həmin almazı alan oğlan.O, “Xeyr” cavabını alıb, cəld bir halda yuxarıya qalxdı. Luna da onu izləyirdi.Oğlanın qaldığı otağın qapısı açıq qalmışdı. İçəridən isə çox gurultulu səslər gəlirdi.Luna qapını açdı.Nə görsə yaxşıdır?
Əlində almaz tutan oğlan və almazı almaq üçün mübarizə aparan üç qəribə geyimli adam.Luna donmuş bir halda dedi:
-Robert
Sən demə almazı Lunanı qurt sürüsündən qurtaran Robert alıbmış.
Amma niyə və Robert tam olaraq kimdir?
Robert və Luna eyni gündə anadan olmuşdular və onlar ikisidə eyni qədəri yaşayırdılar. Robertə isə o gündən sonra bacısı Elsa baxmışdı.Atasını iki il əvvəl itirmişdi. Bir gün zərgər olmaq diləyi ilə yaşayırdı.Bundan iki, üç gün öncə babası Robertə hər şeyi danışır .Ömrünün az qaldığını və almazı gətirməli olduğunu deyir.O, Elsa ilə sağollaşır və almazın olduğu tək yerə,yəni Boltona yola düşür.Çatdıqda isə hələ sübh təzə açılmışdı.Robert o qədər laqeyd,məsuliyyətsiz bir insan idi ki, hələ beş günü olduğunu düşünüb,Boltonu gəzməyə başlayır. Marağı olduğu üçün,dəyərli daşların olduğu yerləri gəzir.Artıq axşam idi və Robert çox yorulmuşdu.O, dəniz sahilinə enib, bir az gözlərini yumdu və yuxuya getdi.Gözlərini açdıqda isə başının üstündə gözlərini tikip ona baxan üç adam gördü.Deməli,bu üç qəribə geyimli adam, soyğunçu imiş.Robert gördüklərinə inana bilmirdi.Axı belə şeyləri ancaq kitablar da oxumuşdu.O, yenədə özünü itirmir.Bir az söhbətdən sonra onların o qədər də qorxunc olmadıqlarını və çox səmimi insan olduqlarını düşünür.Bu lovğa gənc özünü onlara zərgər kimi tanıdır və bilmədən axtardığı almaz haqqında ağzından qaçırdır.Bu isə onun ən böyük səhvi oldu.Hiyləgər soyğunçular bir -birlərinə baxıb, güldülər və “Bizi almazın olduğu yerə apar” dedilər.
Yırtıcı heyvana qarşı mərdcə vuruşan, Robert sanki həftələrlə yuyulmayan çirkli,yırtıq paltarlı,qəddar ən asası şiddət göstərən bu üç soyğunçudan qorxmuşdu.O, kəkəliyərək cavab verdi:
-Mən,eee mənn… bilmirəm o haradadı
Bu dəfə digər soyğunçu ,əsəbi halda Robertin boğazına yapışaraq:
-Apar dedim.Yoxsa səni də digər öldürdüyümüz insancıqların yanına göndərəcəm.
O, gözləri ilə sonu görünməyən böyük ümmanı işarə etdi. Belə başa düşdüm ki, insanları öldürüb, dənizə atıblar.Bu gedişlə mən də orada olacam.Nə gözləyirdim ki?!Amma kitablar da oxuduğum qədər varlar.Düzü canlı-canlı o hissləri yaşamaq fərqli təssürat yaratdı məndə. Əslində hamının o tanıdığı məşhur kitab qəhrəmanı Peter Pan oxuyan da bir anlıq olaraq özümü onun yerinə qoymuşdum.Gözlərimi yumub,xəyala dalmışdım.Necə də cəsur idim.Ağlıma gəlməzdi ki, bir gün xəyalını qurduğum hadisənin gərçəyini yaşayacam. Deyəsən, belə bir şeyin xəyalını qurduğum üçün çox peşmanam. Nəysə bunları qoyaq bir kənara. İndi isə bir qərar verməli idim.Ya indi öldürülüb, dənizdəki yırtıcı balıqların səhər yeməyi olacaqdım ya da almazın yerini göstərib, iki gün daha nəfəs alacaqdım. Nəticə olaraq hər iki halda da uzun bir səfərə çıxacaqdım.
Bu geri dönüşü olmayan bir səfər idi.İkisi arasında tək fərq almazı versəm qırx səkkiz saat artıq yaşayacaqdım.Məncə hələ ölmək üçün tezdi.
O,qorxunu sümüklərinə qədər hiss etdi.Hətta artıq əsməyə başlamışdı.Onlar birlikdə taksiyə minib,zərgərə yola düşdülər.Taksidən endikdən sonra yolu keçmək üçün yolun boşalmasını gözləyən soyğunçular, Robertin yanlarından bir göz qırpımın da ayrılmasından xəbərləri yalnız iki,üç dəqiqə keçdikdən sonra oldu.
Beləliklə, bacarıqlı olduğu qədər ağıllı da olan bu gənc gizlincə soyğunçuların yanından ayrılmağı bacarmışdı. Robert, bu gün yola çıxacağını düşünürdü.Artıq onun iki günü qalmışdı. O,aşağıya enir ki,çölə çıxıb, bir az hava alsın.Sonra isə nahar üçün otelin yeməkxanasına baş çəkir.Otelin yemeklərini bəyənməyən Robert otağına geri dönür. İçəridən səslər eşidir.Qulağını qapıya söykəyir .
-Mənimdi
-Mən tapmışam
-Mənə ver dedim
Nə baş verdiyini başa düşüb içəriyə keçir.Bəli,Robert düz anlamışdı.Üç tamahkar soyğunçu almazı aralarında bölməyə çalışırdılar.Almaz sonunda onların əlindən sıçradı.Hamının gözü yuxarıdan sürətlə aşağıya enən almazda idi.Robet əlini uzatdı və gözlərini yumdu.Gözlərini açdıqda isə əlində almazı və qapıda donmuş halda ona baxan Lunanı gördü.Bu gözəl qızı yenidən görə bilmək onun üçün çox böyük bir təsadüf oldu.Amma çox gözəl bir təsadüf idi.Robert Lunanın əlindən tutub, “qaçaq”-dedi.Soyğunçularda onların arxası ilə düşmüşdülər.Onlar arxalarına belə baxmadan sadecə qaçırdılar. Nəfəs-nəfəsə qalmışdılar.Robert Lunanın əlini bir an belə olsa buraxmadı. Artıq hava yavaş-yavaş qaralırdı. Hara getdiklərini belə bilmədən sadəcə düz yolla irəliləyirdilər.Çox yorulmuşdular.Artıq istəmədən də olsa ayaq saxladılar.Meşəlik bir alana gəlib, çıxmışdılar.Göz-gözü görmürdü.Luna, yerə oturub, halsız halda, göz yaşlarını tökməyə başladı.
-Artıq, gedə bilmirəm.Taqətim də qalmayıb.Hər yerdə qaranlıqdı.Çox qorxuram.
Robert Lunanın yanına əyləşib, əlini tutdu və dolmuş gözlərinə baxdı.
-Qorxma, mən yanındayam.Burada dincələ bilərik.Artıq bizi tapa bilməzlər.
Luna razılığını bildirərək başını yavaşca yellədi.Robert onun göz yaşlarını sildi.İki gün əvvəl tanıdığı bu yaraşıqlı və əsmər gəncin yanında özünü güvəndə hiss edirdi.Robert, Luna yuxuya gedənə qədər bir an belə olsun gözünü qırpmadı.Göy üzündəki böyük və parlaq ay işığı onun üzünü işıqlandırır, hər cizgisini daha da aydın göstərirdi.Gənc isə özünü bu gözəllikdən məhrum buraxmır və fürsətdən istifadə edərək onu izləyirdi.Luna isə onun əlini möhkəm tutmuşdu.Arada bir eşidilən yırtıcı heyvan və quş səsləri zamanı onun əlini daha bərk sıxmağa başlayırdı.
Son iki gün.

                                                 Son iKi Gün

Səhərə yaxın Robert yuxulamışdı.O, ayaq səslərinə yuxudan oyandı.Bu, soyğunçuların ayaq səsi idi.Onlar getməyib,səhərin açılmasını gözləyiblərmiş.Almazı götürüb, qaçmağa başladılar.Robert, Lunanı qoyub, soyğunçuların arxası ilə düşdü.Bu yolun sonu böyük bir gölə çıxırdı.Robert axsaq quldurlardan sürətli qaçaraq onları keçdi.Üstəlik tikanlı kollara ilişərək çox vaxt itirdilər.Bu da Robertin onlarla arsındakı məsafəni azaltmasına kömək oldu. Nəhayət yolun sonuna gəldilər.Səfeh və paxıl soyğunçular Robertdən qurtula bilməyəcəklərini başa düşüb, almazı suya tutdular:
-Bizim olmayacaqsa, sənin də olmayacaq.
Robert , əlini başına tutaraq, kədərli bir səslə bir neçə dəfə təkrar etdi:
-Yox, yox,yox.
O, vəhşi bir gülüşlə, qəddarcasına almazı suya atdı.Sanki, onun can çəkişməsindən zövq alırdılar.Arxalarına belə baxmadan çıxıb, getdilər.Robert dərin bir nəfəs alıb, özünü suya atdı. Luna isə oyandığı zaman Roberti yanında görməyib, narahat oldu.Yerdə qalan ayaq izləri ona yolu göstərdi. O, soyğunçuların almazı gölə atmasını və Robertin gölə atılmasını görmüşdü.Özünü gölün kənarındakı qumun üstünə atdı.Bir yaxınını itirmişcəsinə hönkür-hönkür ağlamağa başladı.Acıdan içi qovrulurdu.Üstəlik almazı itirdiyi üçün yox,Robert üçün göz yaşı tökürdü.Artıq, beş dəqiqə keçmişdi. Amma hələ də çıxmamışdı.Bir, iki dəqiqə keçdikdən sonra suyun səthində ani bir titrəyiş, dalğalanma baş verdi.Bunu görən Luna əlləri ilə üz-gözünü silib, ayağa qalxdı. Onun yaşadığına dair içində bir ümid yaranmışdı. Bəli, o yanılmırdı.Robert su ilə mübarizə aparmağı bacarmışdı. O, əlində almaz sudan çıxıb,Lunaya yaxınlaşdı.Üzməyi bilən bir oğlan üçün,suyun dərinliyindəki almazı çıxartmaq o qədər də asan olmamışdı. Yuxarıya doğru daranmış o havalı saçlarından heç bir əsər əlamət yox idi. Sudan islanmış və ağırlaşmış nəmli saçları gözünün üzərinə düşmüşdü.Başını bir neçə dəfə silkələyərək, saçını qurutmağa çalışdı. O, gülümsəyərək almazı Lunaya uzatdı.Luna isə almazı bir kənara qoyub, Roberti qucaqladı.Robert təəccüb içində idi. Ağlından keçirdi:”Deyəsən, oda mənə qarşı bir şeylər hiss edir”.Üzündə şıltaq bir gülümsəmə yarandı.
O, soruşdu:
-Dünəndən soruşmağa fürsət olmadı.Niyə almazı axtarırsan?
Luna dərin bir nəfəs alıb, bütün baş verənləri olduğu kimi Robertə danışdı.İkisidə eyni qədəri yaşadıqlarını anlayırlar.
Robert, dərin və mənalı bir baxışla almazı ona uzadır.
-Almaz, sən də qalsın.
-Yox, sən apar və xilas ol.Həyatını yaşa
Luna anidən başını tutdu.Robert, həyəcanlanmağa başladı.
-Yaxşısan?
-Hə.Arada olur belə.Amma son günlərdə tez-tez rastlaşıram bu kimi hallarla.
Əslində Robertin də ondan bir fərqi yox idi.Sadəcə o gizlətməyə çalışırdı.Lunanı razı sala bilməyəcəyini başa düşdü.Amma təcili onu qocaya çatdırmalı idi.
-Məni, o qocanın yanına apar.
-Niyə?
Robert əsəbi baxışlarla ona baxdı.
-Yaxşı.Amma söz verki, almazı ona verməyəcəyik.
Robert söz verdi.Onlar vaxt itirmədən yola çıxdılar.
Paul ən yaxın dostunun hələ də gəlməməsindən narahat olmağa başlayır.O, ən gec iki günə geri qayıdacağını bildirmişdi.Qərara alır ki, qardaşına hər şeyi danışsın.Frank hər şeyi öyrəndikdən sonra çox əsəbləşdi.
-Bütün bunlardan mənim xəbərim necə olmayıb.
O, Paulu uşaq kimi danladı.Amma yenə də əsəbi keçmədi.Bu zaman qapı döyüldü.Paul qapını açdı.Gələn, vaxtı ikən sinif yoldaşı olmuş Robertin bacısı Elsa idi.Paul təəccübləndi.
-Buranı necə tapdın?
-Əvvəlcə evinə getdim.Evdə olmadığını görüb, səni qonşularından maraqlandım.Onlardan sənin günlərlə evə gəlmədiyini və böyük ehtimal yaxın dostun Lunagildə olacağını öyrəndim.
Paul çox kədərli görünürdü.Özünü günahkar hiss edirdi.Əgər Lunaya nəsə olsa özünü heç vaxt bağışlamayacaqdı.Heç fikirdən Elsanın sözlərinə diqqətlə qulaq asa bilmədi.
Bunu görən Elsa:
-Paul, sən yaxşısan?
Paul bütün əhvalatı ona danışdı.
Elsa , eşitdiklərinə inana bilmədi.Bu deyilənlər ağlasığmaz idi.
-Robert də o almazı gətirməyə getmişdi.
Bu danışılanlar Frankıda cəlb etdi.O, söhbətə qoşuldu.
-Bəs indi haradadır?
-Bilmirəm.O, hələ də evə qayıtmayıb.Mən də narahat oldum.Ona görə sənə gəldim.Bəlkə sən bilərsən deyə.
Frank əlini başına tutdu.
-Bu necə ola bilər?! Ağlımı itirəcəm.Bütün bu yaşananlar yuxu kimidi.
Elsa, Franka baxdı:
-Biz indi nə etməliyik? Görəsən, onlar birlikdədilər?
-Mən oturub, burda onları gözləməyəcəm.Çıxıb, axtaracam
Elsa, Frankın ardı ilə getdi.
-Məni də gözləyin
Luna evə pəncərdən daxil oldu.Pauldan baş verənləri öyrəndi.Luna qardaşı üçün narahat olmağa başladı.Robert isə onu sakinləşdirməyə çalışdı:
-Luna,narahat olma.O, bir yetişkindi və nə etdiyini bilir.
Biz tələsməliyik,vaxt daralır.
Onlar kitabxanaya getdilər.Kitabxanada sadecə iki kitab qalmışdı.Luna qocanı çağırdı.Robert qocanı gördükdə,təəccübləndi:
-Baba
Luna qaşlarını çatdı:
-O, sənin babandı?
-Almazı gətirdiniz uşaqlar?
Luna dedi:
-Xeyr
Robert nə baş verdiyini anlamamışdı.Çox əsəbi idi.
-Baba , bəlkə ölməmişdən əvvəl bizə nə baş verdiyini danışasan?
Qoca dərin bir ah çəkdi.
-Artıq,öyrənməyinizin vaxdı çatıbdı.Uşaqlar, sizin analarınız bu kitabxanada işləmişdilər.Daha doğrusu, onlar iki bacı idilər və mən onların atası, sizin də babanızam.
Luna və Robert ağızları açıq halda qocanı daha doğrusu, babalarını böyük maraqla dinləyirdilrər.Vaxt isə su kimi axıb, gedirdi.
-Mənim qızlarım dalaşmışdılar və ömür boyu küsülü qaldılar.Ona görədə Elsa və Frankın xala oğlu və xala qızı olduqlarından xəbərləri yoxdu.Eyni zaman da sizin də.
-Elsa, kimdir?
-O, mənim bacımdır.Belə halda Frank da sənin qardaşın olmuş olur. Gör necə düz başa düşdüm.
-Bu qarışıqlığın arasında hər tərəfli izahına görə təşəkkürlər.Yoxsa nə baş verdiyini anlamayacaqdım.
Luna, Robertə bir baxış atıb, babasına ona maraqlı gələn sualını verdi:
-Bəs niyə dalaşmışdılar?
-Vaxtı ikən nənənizlə mən. böyük qızımıza yəni, Annabelə(Lunanın anası)toyunda bir almaz hədiyyə etmişdik.Hansı ki, sizin tapıb, gətirməli olduğunuz almazdan.Annabel almazdan boyunbağı düzəltmişdi.Bir gün onlar qəsəbə içində gəzintiyə çıxmışdılar.Annabel boyunbağınıda taxmışdı.Hər kəs həmişəki kimi, Annabelə baxırdı.Gözlərini ondan ala bilmirdilər.Beautyinin(Robertin anası)isə buna paxıllığı tuturdu.Buna dözə bilməyən Beauty bacısının boyunbağısını dartdı və yerə düşdü. Almaz iki hissəyə parçalandı.Bu hadisə onların birlikdə işlədikləri bu kitabxanada baş vermişdi.Bəlkə də ona görə yaşam müddətiniz kitablarla ölçülür.Annabel aralarında anlaşılmazlıq olmasın deyə almazın bir hissəsindən ona boyunbağı hazırlayıb, hədiyyə etdi.Bir gün yenə qəsəbə içində gəzəndə,yenədə bütün gözlər Annabeldə idi.Bir baxan,bir də dönüb baxırdı.Ona baxmaları üçün,almaza ehtiyac yox idi.Ondan sonra Beauty ağlayaraq “Məni heç kim sevmir.Hər kəs üçün sadəcə sən varsan”- dedi və getdi.Bir daha geri gəlmədi.O, gedən də Elsanın hələ yeddi yaşı var idi.Dalaşsalarda heç biri boyunbağını çıxartmazdı.Hər baxdıqlarında bir-birlərini xatırlayar, kədərlənərdilər.Amma heç biri qürurlarını qırıb,görüşməyə getməzdilər.Lakin, almaz iki hissəyə bölünən andan etibarən günü-gündən parlaqlığını itirir.O, solğunlaşdıqca iki bacının da vəziyyəti pisləşirdi.
Siz eyni gündə dünyaya göz açmısınız.Sən Luna kitabxanada,sən də xəstəxanada.Sizi lənətləyən isə,əfsuslar olsun ki,mən babanızam.Mən iki bacının bir almaza görə düşmən olmasına dayana bilmədim və bilmədən boyunbağı lənətləmişdim.Özümü ona görə günahkar hiss edirəm ki, əgər mən almazı düzəltdirib, gətirməsəydim övladlarım da yaşayacaqdılar.Düşündüm ki, bu lənət sadəcə qızlarımın canını alacaq. Lakin, zamanla sizin də onlar xəstə olduğunuzu gördüm.Başa düşdüm ki, qara lənət hələ də bizdən əl çəkməyib. Lənəti pozmaq üçünsə almaza ehtiyacım var idi. Lənətin pozulması üçün almaz bütöv hal da olmalı idi. Axı onların almazı iki hissəyə bölündüyü üçün lənətlənmişdi.Yalnız ikinizdən birini qurtara bilərdim.Bu isə mənim üçün dünyanın ən ağır seçimi idi.Ona görədə ikinizədə eyni gündə xəbər verdim.İkinizdən birinci kim almazı gətirsə onu qurtarmalı idim.Bağışlayın uşaqlar, hər şey mənə görə oldu.Buna görə ömür boyu əzab çəkmişəm,çəkəcəmdə.
Yaşlı göz yaşlarına qərq oldu.Etdikləri üçün əzab çəkirdi.
Frank və Elsa kədərli halda evə gəldilər.Paul isə Lunanı gözləyirdi.Frank Pauldan Lunanın gəlib-gəlmədiyini soruşdu.Paul dedi:
-Hə, onlar burada idilər.Kitabxanaya getdilər.
Elsa təlaşla soruşdu:
-Onlar kimdi?
-Robert və Luna
Onlar kitabxanaya getdilər.Cəsarətlərini toplayıb içəriyə keçdilər.
Bu zamansa,Lunanın səsini eşitdilər:
-Hə,deməli Robert, sən mənim xalam oğlusan
Elsa donmuş halda:
-Nə? Xalan oğlu?
Frank bir anlıq söz tapa bilmədi.
-Burda nə baş verir? Siz, kimsiniz?
Bu zaman saat çalmağa başladı “Ding,Dong”.Bu artıq saadın beş tamam olduğu demek idi.
Son iyirmi dörd saat
Luna kitaba baxdı, tək bir kitab qalmışdı.
-Tələsməliyik , Robert.
Frank isə əsəbi halda Lunaya baxdı.
-Luna, mənədə danışa bilərsən,olan bitəni?Sənin üçün çox narahat oldum.
Onlar hər şeyi danışdılar.Lunanın son cümləsi belə oldu:
-Acgöz və qəddar soyğunçular almazı suya atdılar.Əlimizdən heç nə gəlmədi.
Robert danışmaq istəyəndə Luna onun sözünü kəsərək, ölməmişdən öncə son istəyinin olduğunu bildirdi:
-Mən son dəfə ailəmin məzarını yad etmək istəyirəm.
Robert onun ölməyəcəyini bilirdi,amma yenədə onun istəyini yerinə yetirdilər.Onlar ziyarətə getdilər.
Son saatları qalmışdı.Hər kəs ağlayırdı.Elsa və Frank göz yaşlarını saxlaya bilmirdilər.Onlar ilk və son dəfə bir masa ətrafında əyləşdilər.Amma, heç birinin iştahı yox idi.Hər kəs kədərli idi.Luna ayağa qalxıb,boğazını təmizlədi və dedi:
-Əziz ailəm, xahiş edirəm ağlamayın.Mən çox xoşbəxtəm.İlk dəfə birlikdəyik.Bir-birimizdən belə ayrılmayaq.Axı,mən istəmərəm,mənim üçün ağlayasınız.
Luna özünün öləcəyini düşünürdü,Robert isə tam tərsini.Onların artıq bir saatları qalmışdı.Onlar üzdən gülümsəyərək qucaqlaşsalarda,içləri qan ağlayırdı.Frank əlini sürətli şəkildə divara çırpdı.
-Kəşk əlimdən bir şey gəlsəydi.
Onların get-gedə vəziyyətləri pisləşirdi.Robert sözünü tutmur və almazı qocaya verir.
-Lunanı qurtarın
Luna ilk dəfə eşqini burada etiraf etmiş olur.
-Yox, o yaşamırsa, mənim də yaşamağa ehtiyacım yoxdur.
Bu etiraf deyil də bəs nədir?İnsan niyə iki gündə tanıdığı birisi üçün canından keçsin?!Axı bunu kim edərdi?Yalnız birisinə qəlbdən bağlanarsansa belə bir çətin qərar ala bilərsən.Eyni şeylər Robert üçün də keçərli idi.
Onların son əlli doqquz saniyələri qalmışdı.Hər saniyə bir işgəncə kimi iliklərinə işləyirdi.
Robert güc bəla ilə danışmağa başladı:
-Baba,ya Lunanı xilas et,ya da ikimizdə ölək.
Artıq qocanın əlindən heç bir şey gəlmirdi. Hansının yaşayacağına dair bir fikri yox idi.Onun tək inancı almazın bütöv halda olması idi. Təəssüflər olsun ki,uzun əqrəb beşin,qısa isə on ikinin üstündə idi.Saat son dəfə oxumağa başladı.Son kitabda yoxa çıxdı. Lunanın şansı gətirmişdi.Bəli, düz başa düşdünüz.Luna qurtulmuşdu.O, özünə gəlməyə başladı. Robert isə cansız bədəni ilə yerdə yatırdı.Ətrafa səssizlik çöktü.Hər kəs başını aşağı salıb, ağlayırdı.Hər şey sanki, dayanmışdı.Nə külək əsirdi nə quşların səsi gəlirdi.Təbiət belə matəm saxlayırdı.Luna başını Robertin ürəyinin üzərinə qoydu.Hısın-hısın ağlamağa başladı.Acıdan ürəyi dayanacaq kimi oldu.Oda Robertlə birlikdə ölmüşdü.Yəni ən azından o an belə hiss edirdi.
-Axı sən mənə söz vermişdin…
Anidən asta bir səs gəldi:
-Luna
Luna ağlını itirdiyini düşünürdü.Çünki,Robertin onu çağırdığını eşidirdi və bir daha “Luna” dediyini eşitdi…
Bəli,bu Robert idi.O,yaşayırdı.Luna ağlını itirməmişdi.Bu İnanılmaz idi.Hər kəsin gözündən sevinc göz yaşları axmağa başladı.
Demək,həqiqi sevgi nəyin ki,lənəti bütün əngəlləri aşırmış.
Bundan sonra hər şey çox gözəl oldu.Həyatlarında yeni bir səhivə açıldı.
Kitabxana dağıdıldı yerində,çox gözəl və böyük bir ev tikildi.Bütün ailə burada yaşayırdılar.Onlar illər sonra bir-birlərini tapmışdılar.Çox xoşbəxt idilər.Əsas da Luna ilə Robert.Onuda deyim ki, bu da Robertin xəyalı idi. O, Lunanı ilk dəfə gördükdən sonra onunla bağlı xəyallar qurmağa başlamışdı.Belə başa düşdüm ki, Robertin qurduğu xəyallar bir gün gərçəyə çevrilir.Ona görə gözəl düşüncələrimiz olsun ki, həyatımızda gözəl keçsin.
7