.....

.....

Heyrətamiz Nağıl – İsmayilova Aydan (hekayə)

Heyrətamiz Nağıl – İsmayilova Aydan (hekayə)

Heyrətamiz Nağıl

Axşam saat on ikiyə qalmışdı. Yeni bir günün başlanmasına bir neçə saniyə var idi. Zərblə üzümə dəyən təzyiq nəticəsində anidən yana çevrildim. Dağınıq saçlarım havada uçmağa başladı. Küləyin şiddətindən gözlərim yaşardı.Anın təsirindən çıxdıqdan sonra yadıma düşdü ki, pəncərəni açıq qoymuşam. Qalxıb pəncərəni örtməyə getdim. Çöldə ayaz var idi. Səhər yağan yağış qarla əvəz olunmuşdu. Kiçik qar dənəcikləri ətrafa səpələnmişdi. Qonşu maşınının rəngi ağ örpəkdən seçilmirdi. Nənəm içəridən məni səslədi:

-Vüqar
-Hə, nənə
-Bağla o pəncərəni, ev soyuyur.
Evin soyuq olduğunun fərqində idim. Pəncərədən gözlərimi çəkib, əynimə işdən gətirdiyim qalın buşlatımı, ayağımada içi tüklü çəkməmi geyindim. Çölə çıxıb, çardağın altındakı odunlardan götürdüm. Təmiz havanı ciyərlərimə çəkdim. Evə qayıdıb, odunları sobaya atdım. Elə bu zaman işıqlar söndü. Sobanın içindən əks olunan narıncı rəngdən başqa hər yer qaranlığa qərq olmuşdu. Göz-gözü görmürdü. Deyəsən, telefonumun son bateriyalarını işığa qurban verməli idim. Elə telefonumun işığını yandırıb, nənəmin yanına gedəcəkdim ki, onun əlini ordan-burdan tutaraq, mənə tərəf gəldiyini gördüm. Tez yanına gedib, kömək etdim. Nənəmin qocalıqdan qırışmış əlləri buz kimi idi.
-Nənə üşüyürsən?
Nənəm taxtadan hazırlanmış stolu çəkib, əyləşdi. Dizlərini oxalamağa başladı. Sonra isə sualıma cavab verdi:
-Yox, oğul .Bura istidi.
-Odunlar yaş olduğundan gec yanır. İndi hər yer isinər. Nənə niyə yatmırsan, saatda gecdi.
-Səndən uzaq bala, ayaqlarım məni öldürür. Hava soyuq olanda rematizmam tutur. O, əli ilə otağı göstərdi.
-Sənə qurban ,otaqdan mavi qutusu olan dərmanımı gətir.
Mən cəld ayağa qalxdım
-Nənə lampa da var?
-Var ,oğul .O,da otaqdadı. Baxan kimi görəcəksən.
Gedib, lampa ilə dərmanı gətirdim. Qrafinkadan su süzüb, dərmanı nənəmə uzatdım. Sonrada lampanı yandırdım.
-İşıqlar yansa yaxşı olardı. Səhər yola çıxacam, bateriyamda azdı.
Nənəm suyunu içib, ağzını çiçəkli dəsmalına sildikdən sonra cavab verdi:
-Səbr elə.Yəqin ki, bir azdan yanar.
-Nənə, səni bu vəziyyətdə qoyub, getmək istəmirəm. Gəl mənimlə gedək.
-Sənə qurban nə olub ki, mənə?
Mən israrla danışmağa davam etdim:
-Onda mən qalım ?!

-Yox, oğul. Sən vətənini xalqını qorumalısan. İşindən qalma. Həm mən yaxşıyam. Heçnə olmaz mənə.Sən də get yat.Tezdən qalxacaqsan.
-Yuxum gəlmir ki ,nənəcan.
Gözümü lampanın işığından çəkə bilmirdim. Sanki, məndə asılılıq yaratmışdı.Nənəm fikirli olduğumu görüb, soruşdu:

-Yaman fikrə gedibsən, de görüm nə keçir ağlından?
-İşıqların sönməsi məni lap uşaqlığıma apardı. Gözümün qarşısında keçmiş xatirələri canlandırdı. O, vaxt işıqlar tez-tez sönürdü.
Nənəm gülümsədi.
-Mənim də yadıma düşdü. Sizə maraqlı nağıllar danışardım.
Mən də gülməyə başladım
-Özü də nə nağıllar! Nağıl bitdikdən sonra da saatlarla təsirindən çıxa bilmirdik. Nənəm yaylığını bir tərəfdən digər tərəfə atdı.
-Hə, onda bir çay tök ,yenə o vaxtlara qayıdaq.
Mən lap uşaq kimi sevindim.Tez qalxıb iki çay süzüb, gəldim. Həyacanla nənəmin ağzından çıxacaq sözü gözləyirdim. Nənəm yerini rahatlayıb, ilk cümləsinə belə başladı:
-Yanvar ayının ortalarını yaşayırdıq. Hava yenə belə soyuq idi. Qar yağırdı. Soyuq adamı kəsirdi. Mən də evdə atama kömək edirdim. Birdən qapımız döyüldü. Qonşumuzun qızı idi. Yaxın dost idik. Çox həyacanlı görünürdü. Nəfəs-nəfəsə qalmışdı. Soruşdum:
-Nə olub?
-O, zamanlar onun sevib, seçdiyi bir oğlan var idi. Elə sənlə eyni adı daşıyırdı. Nənəm çayından bir qurtum alıb, sözünə davam etdi:
-Hə dedi:
-Təcili Vüqarla görüşməliyəm. Bir azdan yola çıxacaq.
Təəccüblə soruşdum:
-Hara gedir ki?
-Hərbi xidmətə aparırlar. Bilirsən də evdəkilər görüşdüyümüzü bilmirlər. Məni tək qoymazlar. Nə olar gəl mənimlə gedək. Onunla vidalaşım.
Mən razılaşdım. Biz mağazaya getmək adı ilə evdəkilərdən icazə alıb, görüş yerinə getdik. Onlar vidalaşarkən mən də bir kənarda dayanıb, isti nəfəsimlə soyuqdan qızarmış əllərimi isitməyə çalışırdım. Bir neçə dəqiqədən sonra rəfiqəm geri qayıtdı. Ağlamaqdan üz gözü su olmuşdu. Dedim yəqin uzun müddət onu görə bilməyəcək deyə kövrəlib. Sonra gördüm qız hönkür-hönkür ağlamağa başladı.Göz yaşlarını saxlaya bilmirdi.Soyuq olmasına baxmayaraq, sulu otların üstündə oturdu .Acısının böyüklüyündən soyuğuda hiss etmirdi. Onun bu vəziyyəti məni çox qorxutdu.Tez soruşdum:
-Yenə nə oldu ki? Qorxutma məni, ayağa qalx!
Hıçqıra-hıçqıra, bir təhər danışmağa başladı:
-Vüqar
-Hə , nə olub ona?
-Cəbhə bölgəsinə aparacaqlar onu. Sağ qayıtmayacaq.
O, saat ağzından vurdum:

-Ay qız ,dəlisən sən! niyə belə düşünürsən? Vüqar mərt oğlandı. Narahat olma . Səni tək qoymaz. Oturub, səbrlə gözlə. Ağlamaq yerinə onun üçün Allaha dəzgahında əllərini açıb,dua eylə. Əmin ol ki , o sağ-salamat geri qayıdacaq.
Bir təhər onu sakitləşdirdim. Evə yollandıq. Qızın günü-gündən vəziyyəti pisləşirdi. Elə bil dağ kimi qız gözümün qarşısında əriyib gedirdi. Amma nə vaxt ki, onu bir az gülən görürdüm, onda başa düşürdüm, Vüqardan xoş xəbərlər alıb. Bir ,iki həftə danışmayan kimi qanı qaralırdı.Mən də o saat “Bircə bu Vüqar gəlsəydi”-deyə deyinirdim.

Axır ki, dualarımız qəbul oldu. Günlər həftələrə, həftələr aylara,aylar ilə döndü. İyun ayının ortaları idi. Qızmar günəş bütün ətrafı işıqlandırırdı. İnsana yüksək əhval-ruhiyyə bağışlayırdı. Bu gün Vüqarın geri qayıdacağı gün idi. Rəfiqəmi isə uzun bir aradan sonra ilk dəfə belə sevincli görürdüm.O, bir il yarım çəkdiyi həsrətin son dəqiqələrini yaşayırdı. Həyacandan yerində dayana bilmirdi. Hələ Vüqarı gözləri ilə gördükdən sonra sevincinin həddi -hüdudu yox idi. Vüqar ona hərbi xidmətdə olarkən öz əlləri ilə toxuduğu qolbağını taxmışdı. Çox xoşbəxt görünürdülər. Onları belə görüb, mən də sevindim. Yanlarına getdim.
-Lalə, demişdim də sənə….
O, gülərək cümləmi tamamladı:
-Düz deyirsənmiş, səbr edən zəfər çalar.
Mən bir anlıq təəccübləndim:
-Nənə, rəfiqəndə sənlə adaşdı deyəsən?
Nənəm gülməyə başladı. Sonra bir az kədərlənərək başını qaldırıb, divardan asılmış çərçivəyə baxdı. Çərçivədəki rəhmətlik babam Vüqarın şəkli idi. Mənim ağzım açıq qalmışdı.
-Hə indi hər şey aydın idi.