.....

.....

İ.S.TURGENEVİN əsərlərindən seçilmiş fikirlər

İ.S.TURGENEVİN əsərlərindən seçilmiş fikirlər

İ.S.TURGENEVİN əsərlərindən seçilmiş fikirlər. Hazırladı: YEGANƏ Əhmədova.

***

Xoşbəxtlik üçün sabah yoxdur; onun dünəni də yoxdur; xoşbəxtlik keçmişi xatırlamır, gələcəyi düşünmür; xoşbəxtliyin indisi var – o da… bir gün deyil, bir andır.

***

Ürəkdəki köhnə məhəbbət çoxdan ölüb getmişsə də, ancaq hələ qopub düşmür,- onu yalnız başqa yeni bir məhəbbət aradan qaldıra bilər.

***

Xeyli gecikmiş olan səadətdən daha pis və daha acı bir şey ola bilməz.

***

Həyatdan bacardığını götür, ancaq tabe olma, həyatın bütün ləzzəti ondadır ki, insan öz-özünə mənsub olsun.

***

Təəssüfmü, yoxsa sevincmi olduğu bilinməyən bir ifadə insanın sifətinə o zaman gəlir ki, çoxdan görmədiyi, vaxtilə nəvazişlə sevdiyi bir adamı birdən-birə görür və uzun illərdən sonra dəyişmiş halda indi gözlənilmədən onun gözləri qarşısında zahir olursan.

***

Sənin etinasızlıq göstərdiyin bir şeyin qədrini bilənlər tapılar.

***

Doğrudanmı insandakı bəzi qüsurlar- məsələn, lovğalıq, ya da yelbeyinlik- ona görə zəruridir ki, qarşıdakı beləsinə bağlana bilsin?
Yoxsa məhəbbət ideal insandan, yer üzündə təsadüf ediləcək ideal insandan, yad və təhlükəli bir varlıq kimi çəkinir?

***

İlk məyusluq hamı üçün ağırdır; lakin özünü aldatmaq istəməyən, hər cür yüngüllük və mübaliğədən uzaq olan səmimi bir qəlb üçün bu, demək olar ki, dözülməzdir.

***

Vaxt olur ki, əzablar insanın daxilini həddindən çox yüklənmiş araba kimi cırıldadır, sızıldadır, belə vaxtlarda gülmək, bəlkə də yersizdir… Ancaq yox!
Ağlamağın ən etibarlı yoldaşı gülüşdür, o insanın göz yaşını sonacan müşayət edir, gözün yaşı quruyur, ancaq gülüş qurtarmır. Hələ bu harasıdır ki, qəhqəhələrin cingiltisi dil tutulub lal olandan sonra da eşidilir, hər cür inilti və şikayət onun qarşısında donub qalır.

***

Bir zaman sənə əziz olan, bəlkə də sevdiyin adamın üzünü uzun ayrılıqdan sonra görmək, onu həm tanımaq, həm də tanımamaq, hələ də unutmadığın adamın siması arxasından başqa birisinin sənə baxdığını, sevdiyinə oxşasa da, yad olduğunu duymaq, zamanın qoyub getdiyi izləri bir anlığa da olsa, qeyri-iradi, görüb-seçmək… Bütün bunlar nə qədər kədərlidir! Belə dəqiqələrdə fikirləşirsən: “Mən də görünür, belə dəyişmişəm”.

***

Zaman gah quş kimi uçur, gah soğulcan kimi sürünüb keçir; ancaq insan üçün o zaman xoş keçir ki, vaxtın sürətlə və ağır- ağır keçdiyini hiss etməsin.

***

Son dəfə SƏNİ fikrən oxşayıram ürəkdən…