İki qalib
Hər şey ani baş vermişdi, oğlan niyə o qıza könüllü kömək təklif etdiyini özü də anlaya bilmirdi: “Mən ki ağılla, məntiqlə hərəkət edən adamdım, nə oldu mənə bu yerdə sarsaqladım?! İndi cəzandır, çək!”
Sevdiyi yaxınını itirdiyi üçün heç cürə dinclik tapa bilməyən gözləri nəmli bu qızla təsadüfən xəs- təxanada qarşılaşmışdı. Elə o an ovundurmaq, yardım etmək istəyi keçmişdi daxilindən. Bununla insani duyğularına sadiq qalaraq, qızcığazın kədərini az da olsa, yumşaltmağa, yüngülləşdirməyə çalışmışdı. Daha yeni tanış olduğu adamdan xüsusi şəfqət görən “yaralı” qıza da, deyəsən, bu bəndolma dərman kimi gəlmişdi. Oğlan bunu hiss etsə də, yaranacaq təhlükələri gözə alaraq, kömək etməkdən vaz keçməmişdi. İnsani borcunu yerinə yetirərək qıza dəstək olmuş, həyatına davam etməsinə cəsarətləndirmiş, zaman-zaman göz yaşlarıyla birlikdə ruhunu acıdanxatirələrini dinləmiş, rahatlamasına şərait yaratmışdı. Göstərdiyi empatiyadan dolayı özü də xoşnud qalmış, etdikləri ilə əlaqəli özünü qəhrəman kimi də hiss etmişdi. Ancaq münasibətlərin kəsilməməsi, uzun müddət bir-biriləri ilə görüşmələri aralarında bağlılıq yaratmışdı. Oğlan özü də qıza qarşı etinasız qala bilmir, onu fərqli hesab edirdi. Hələ özünü danlamışdı da: “Lənət olsun, daxilimdəki qadın göz yaşına qarşı olan zəifliyimə! Elə bil, qadınlara anadangəlmə verilib bu səssiz “silah”, zalımlar düz ürəyi nişan alırlar!”
Hər şey əla gedirdi, lap elə yerli-yerində. Görüşləri artmışdı. Bir-birilərini görməyəndə darıxırdılar. Münasibətlərinin parlaq, sehrlənmiş, romantik mərhələsini yaşayırdılar. Ta ki…
Bütün bu olanlardan oğlanın əsl sözlüsünün xəbər tutmasıyla dinclik də sona çatdı. Pah, əsas müsibət elə onda başladı. Üçünü də ağ yuyub qara sərdilər, elə bil. Oğlan nə qədər and-aman edib, özünün əsl niyyətini izah etməyə çalışsa da, nə sözlüsü, nə də yeni sevgilisi sakitləşmək istəmirdilər. Üstəlik, qızla- rın haqlı üsyanları başladı. Yeni sevgili şok təsirindən hələ səsini qaldırmasa da, sözlü qız asiliyi ilə az qalırdı dünyanı oğlanın başına uçursun:
– Necə yəni? Mən ola-ola yeni sevgili? Bunu necə başa düşək? Məni axmaq yerinə qoymusuz? – Məsələ sən zənn etdiyin kimi deyil. Günahkar olduğumu etiraf edirəm, ancaq belə olmasını bilərəkdən istəməmişdim.
– Elədirsə, qızla sağollaş getsin.
– Yox, belə düzgün olmaz. Onun onsuz da bir yaxınının itkisi səbəbindən ürəyi sınıqdır, bu cür getməsi daha da ağır olar.
– Əsəblərimi tamam tarıma çəkmə! İndi nə deyirsən, biz bundan sonra üçlükdə davam etməliyik? Nə danışdığını öz qulağın eşidir?
Oğlan bu vəziyyətin yaşanacağını təxmin etdiyindən əvvəlcədən nə deyəcəyinə hazırlıqlıydı.
– Günahkar mən olduğum üçün təklif edirəm, məsələnin həllini üçümüz də zamana buraxaq. Mənlə kimin qalacağına özünüz qərar verin.
Oğlan hər iki tərəf arasında sülh münasibətlərini təlqin etməyə davam edərək, məsələni sakit yolla həll etməyi uyğun gördü. Qızlar da könülsüz razılaşdılar. Söhbət zamanı oğlanın sülh təklifini qızlar üzdə başlarını sallayaraq, qəbul etdiklərini bildirsələr də, daxillərindəki gizli rəqabətin ilk qığılcımları göz- lərindən oxunmaqdaydı. Qadın tayfası arasında sülh olar?! Üçlü münasibətlərdə iki kişi bir qadın varsa, mübarizə-mücadilə mərhələsindən sonra kişinin biri mütləq gedir. Amma qadınlar əsla! Kişini məzara göndərməyə razı olarlar, öz təslimiyyətlərinə heç vaxt! – Məsələ sən zənn etdiyin kimi deyil. Günahkar olduğumu etiraf edirəm, ancaq belə olmasını bilərəkdən istəməmişdim.
– Elədirsə, qızla sağollaş getsin.
– Yox, belə düzgün olmaz. Onun onsuz da bir yaxınının itkisi səbəbindən ürəyi sınıqdır, bu cür getməsi daha da ağır olar.
– Əsəblərimi tamam tarıma çəkmə! İndi nə deyirsən, biz bundan sonra üçlükdə davam etməliyik? Nə danışdığını öz qulağın eşidir?
Oğlan bu vəziyyətin yaşanacağını təxmin etdiyindən əvvəlcədən nə deyəcəyinə hazırlıqlıydı.
– Günahkar mən olduğum üçün təklif edirəm, məsələnin həllini üçümüz də zamana buraxaq. Mənlə kimin qalacağına özünüz qərar verin.
Oğlan hər iki tərəf arasında sülh münasibətlərini təlqin etməyə davam edərək, məsələni sakit yolla həll etməyi uyğun gördü. Qızlar da könülsüz razılaşdılar. Söhbət zamanı oğlanın sülh təklifini qızlar üzdə başlarını sallayaraq, qəbul etdiklərini bildirsələr də, daxillərindəki gizli rəqabətin ilk qığılcımları göz- lərindən oxunmaqdaydı. Qadın tayfası arasında sülh olar?! Üçlü münasibətlərdə iki kişi bir qadın varsa, mübarizə-mücadilə mərhələsindən sonra kişinin biri mütləq gedir. Amma qadınlar əsla! Kişini məzara göndərməyə razı olarlar, öz təslimiyyətlərinə heç vaxt!– Məsələ sən zənn etdiyin kimi deyil. Günahkar olduğumu etiraf edirəm, ancaq belə olmasını bilərək- dən istəməmişdim.
– Elədirsə, qızla sağollaş getsin.
– Yox, belə düzgün olmaz. Onun onsuz da bir yaxınının itkisi səbəbindən ürəyi sınıqdır, bu cür getməsi daha da ağır olar.
– Əsəblərimi tamam tarıma çəkmə! İndi nə deyirsən, biz bundan sonra üçlükdə davam etməliyik? Nə danışdığını öz qulağın eşidir?
Oğlan bu vəziyyətin yaşanacağını təxmin etdi- yindən əvvəlcədən nə deyəcəyinə hazırlıqlıydı.
– Günahkar mən olduğum üçün təklif edirəm, məsələnin həllini üçümüz də zamana buraxaq. Mənlə kimin qalacağına özünüz qərar verin.
Oğlan hər iki tərəf arasında sülh münasibətlərini təlqin etməyə davam edərək, məsələni sakit yolla həll etməyi uyğun gördü. Qızlar da könülsüz razılaş- dılar. Söhbət zamanı oğlanın sülh təklifini qızlar üzdə başlarını sallayaraq, qəbul etdiklərini bildirsələr də, daxillərindəki gizli rəqabətin ilk qığılcımları göz- lərindən oxunmaqdaydı. Qadın tayfası arasında sülh olar?! Üçlü münasibətlərdə iki kişi bir qadın varsa, mübarizə-mücadilə mərhələsindən sonra kişinin biri mütləq gedir. Amma qadınlar əsla! Kişini məzara göndərməyə razı olarlar, öz təslimiyyətlərinə heç vaxt!
Oğlan məsələnin həllini qızların öhdəsinə buraxıb, bir balaca rahatladı.
Qızların hər ikisi özlüyündə şişirtdikləri hadisələrə uyğun ağlasığmayacaq şəkildə davranmağa baş- ladılar. Gah küsürdülər, gah barışırdılar.
Aralarında yaranan dəhşətli rəqabət amansız, gizli müharibəyə çevrilmişdi. Onlar tərəfindən “icad” edilən davranış xüsusiyyətlərinə oğlanın matı qurumuşdu. Bir ara oğlan özünü üstündə müharibə gedən neft qaynaqları kimi də hiss eləməyə başladı. Bu halına bəzən gülür, bəzən kədərlənir, bəzən əsəbdən itə dönürdü. Ən başda özünü danlasa da, yaranmış vəziyyəti idarə edə bilmədiyinə görə acizliyindən dəliyə dönürdü.
Qızlar isə rəqabətin, üstünlük nümayişinin çeşid- çeşid növlərini kəşf edir, enerjilərini mənasız şeylərə xərcləyirdilər. Ancaq gülünc vəziyyətin ortasında olduqlarının fərqində deyildilər. “Mən daha üstün, daha yaxşıyam” fikri beyinlərinə hakim kəsilmişdi. Hər gün özlərini oğlana daha çox bəyəndirmək üçün müxtəlif “bacarıq”larını nümayiş etdirirdilər. Gah evdar qadın roluna girib, evdə bişirdikləri şirniyyatlardan gətirir, gah geyim-keçim, musiqi, bəyəndikləri kitablar, öyrəndikləri məlumatlar barədə danışırdılar. Hələ “yeni sevgili” itirilmiş yaxının verdiyi kədəri belə unutmuşdu. Ən gülməlisi də bu idi ki, qızlar elə zənn edirdilər ki, oğlan bu gizli rəqabətin fərqində deyil, qalib gələcək qızı gözləyir, sonda həmin adamı seçəcək. Yavaş-yavaş qızların xarici görünüşündən tutmuş xasiyyətlərindəki çalarlara qədər dəyişikliklər nəzərə çarpırdı. Hətta taktikalarını dəyişib, üzdə bir-biriləri ilə yaxın rəfiqəyə də çevrilmişdilər. Elə zamanlar olurdu, üçlükdə görüşüb, sadəcə dostmuşlar kimi rol oynamağa davam edirdilər. O qədər ustalıqla oynayırdılar, həqiqi aktyorlar kənardan seyr etsəydilər, ağızları açıq qalardı. Yaxını ölmüş qıza “dəstək” davam etməkdəydi. Bəzən hər üçü bu münasibətdən təngə gəlirdi. Sözlü qız hər şeyi atıb, bütün münasibətlərin üzərindən xətt çəkib, getmək istəyəndə oğlan necəsə əngəl olur, ona: “Demək, əslində məni sevmirmişsən”, – deyirdi. Yaxud: “Məni həqiqətən sevmiş olsaydın, etdiyimi, niyyətimi anlayardın” kimi cümlələrlə yenidən qaytarırdı. Münasibətlər elə hal almışdı ki, oğlan biri ilə barışanda, digəri hər şeyə son qoymaq qərarını verirdi. O da yeni-yeni taktikalarla hər ikisini sakitləşdirmək üçün səy göstərirdi. Bəzən cana doyduqda oğlan qızların hər ikisi ilə əylənirdi də. Qəsdən bir-birinə qarşı qoyur, aralarındakı rəqabəti gücləndirir, kənardan tamaşa edib, özü uğrunda gedən “müharibə”dən zövq alırdı. Bunlar oğlan üçün baş ağrısı, mənəvi əziyyət olsa da, münasibətləri qəsdən uzadırdı. Qadın ruhunu öyrənmək üçün imkan yaranmışdı. Qadınların nə istədiklərini anlamağa çalışırdı. Kim bilir, bəlkə, Ziqmund Freydin otuz illik “Qadınlar nə istəyir?” araşdırmasına cavab tapmış olacaqdı. Ancaq bütün münasibətlərdə olduğu kimi, burada da nəticə lazımdı. Bu cür üçlü münasibət uzun müddət davam edə bilməzdi. Odur ki, oğlan bir xeyli düşündükdən sonra özü üçün də həyati əhəmiyyəti olan qərarını vermiş oldu. Son qərarını hər iki qıza gözlənilməz açıqlamayla verməyi planladı. Qızları ən çox görüşdükləri yerə dəvət etdi:
‒ Hər ikinizi çox sevirəm, ‒ oğlan sözə başladı, ‒ mənimçün çox dəyərlisiz. Ancaq aranızdakı qızğın rəqabət havasından boğuluram, yorulub əldən düşmüşəm. Başından bəri heç biriniz dediklərimi, nə istədəyimi anlamamısız. Məsələnin sülhlə həll olunmasını təklif etmişdim. Sizdən biriniz getməliydiniz. Bəlkə də, elə hər şeyi anlayıb arxasına baxmadan gedəni, anlayışlı olanınızı seçəcəkdim. Siz isə… Ona görə də həlledici qərarı özüm verməli oldum. Öz uşaqlıq sevgimlə, məni illər boyu səssizcə sevən, in- diyə qədər də gözləyən qonşu qızla nişanlandım. Sizi də təbrik edirəm! Artıq hər ikiniz qalibsiniz.