Məkanların da ruhu var.
Bəzən məkanların önəmli olmadığını düşünərik. Düsünürsən ki, əsas olan hər zaman sevdiklərimizlə bir arada olmaqdır.
Nədənsə həmişə mənə elə gəlib ki, böyüdüyüm, ailə qurana qədər yaşadığım evimizin insan kimi ruhu var, canlıdı.
Otaqların, yatdıgım çarpayının, hər gün səhər şirinçay içdiyim mətbəxin, astanasından keçib getdiyim qapının, özümə bəzək düzək vermək üçün qarşısında dayandıgım aynanın və s.canı var.
Hər bir daşında, toğunduğum əşyalarda bizi biz edən anılar var.
Bəlkə o üzdəndir doğulub böyüdüyün, yaşadığın evin xatirələri sənə hər zaman əziz olur.
Bəlkə o üzdəndir böyüyüb, boya başa çatdıgın evin, ocağın hər zaman həsrətini çəkirsən.
Baxdığımız an hər yerdən çıxan, gah içimizi isidən, gah hüzünləndirən, gah cəsarətləndirən, gah təsəlli edən, yaşananlar, yaşanmayanlar, günahlar, savablar, ehtiyacın olduğu anda hər şeyin gəlib keçici olduğunu fısıldayan, qucaqlamağı bilən anılar…
Bəzən özünü hələ də uşaqikən yaşadıgın evə aid olduğunu hiss etmək bambaşqa bir duyğudur.
Və hər zaman pilləkənləri çıxarkən qapıya çatanda necə-neçə doğmalarımı qarşılayıb, yolcu edən qapımız mənə “xoş gəldin” deyir.
Məkanların ruhu da, önəmi də varmış…