Nişançı Əsnad
Kiçik hekayə
Bir gün Əsnad məktəbdən evə qayıdandan sonra, atası ondan” bu gün məktəbdə günün necə keçdi ?” deyə soruşur.
Əsnad atasına üzgün halda cavab verir. Ata, bu gün hərbi hazırlıq dərsindən iki aldım. Atası soruşur. Niyə axı, ay qızım? Əsnad: ata, atıcılıq idi dərsimiz. Hədəfi vura bilmədim.
Əsnadın atası Qabil kişi adlı -sanlı ovçulardan biri idi. O, qızına üz tutaraq dedi. Gözəl qızım Əsnad, get çorəyini ye, səninlə bu gün özüm məşğul olacağam, mütləq sən ən yaxşı atıcılardan olacaqsan. Əsnad sevinərək əynini dəyişib, süfrəyə oturdu. Xörəyini yeyəndən sonra, atasına dedi. Ata, mən hazır.
Atası və Əsnad atasının əşyaları olan zirzəmiyə getdilər. Oradan atası lazım olanları götürüb kəndin kənarındakı sakitlik düzəngəha getdilər.
Qabil kişi hədəfi qurub, Əsnada silah tutmağı, qurmağı başa saldı. Əsnad səbrlə dinləyir, atasının dediklərinə əməl edirdi. Beləliklə hər gün dərsdən sonra, Qabil kişi Əsnada atıcılıq barədə təlimlər keçirdi. Vaxt keçdi, vədə yetişdi Əsnad ən yaxşı nişançı oldu. Hədəfi tam on ikidən vururdu. Atası Əsnada dedi. Qızım, bu gün səninlə ova çıxacağıq. Əsnad bu sözə ürəksiz cavab verdi. Hə, yaxşı, ata, gedərik.
Əsnad və atası hazırlaşıb yollandılar meşəyə. Atası Əsnada ovu göstərib onu vurmasını istədi. Əsnad dəfələrlə gülləni tuşlasa da ancaq hədəfi vura bilmədi. Atası əsəbi səslə: Əsnad sənə nə olub? Sənin bu acizliyinə görə evə boş qayıtmalı olacağıq!
-Ata, bağışla məni, mən sənin qızın olsam da sənin kimi nişançı ola bilmədim, Əsnad atasına söylədi.
Qabil kişi dedi. Qızım axı sən ən uzaq hədəfi vurursan, necə olur belə yaxın ovu vurmağı bacarmadın?! Əllərin əsir…
Əsnad atasının gözlərinin içinə baxaraq, ata bağışla, mən sənin kimi “ürəkli” deyiləm, can alacaq qədər böyük ürəyim yoxdur!
Atası Əsnadın bu sözündən sonra bir daha ova çıxmamağ qərarı aldı.
Arzu Əyyarqızı