.....

.....

Asimə Ələsgərin şeirləri

Asimə Ələsgərin şeirləri

Yollar.
Yollar mənə doğma,yaxın.
Dərə,təpə,dağ gedirəm.
Bir az fərqli doğulmuşam.
Ölü gəlib,sağ gedirəm.

Yaşanmışlar yuxu kimi.
Ötüb keçir,səssiz-səssiz.
Xatirələr yalvaranda.
Ruhum qalır,tək-kimsəsiz.

Bu mənəmmi,sorğum bəlli.
Öz-özümə yad oluram.
Zaman,məkan ötüb keçir.
Mən keçənə aldanmıram.

Ruhum uçur səmalarda.
Yer üzündə yoxdur işim.
Xəyal kimi,yuxu kimi.
Dövr eyləyir bu gərdişim.

Nə gözəlmiş ruhda olmaq.
Nə qəmi var,nə kədəri.
Mən göylərdən ilham alım.
Sözüm gəlsin”BAĞ”dan bəri.

***

Şeir dilində adı var.
Uzağın da,yaxının da.
Bəzən uzaq yaxın olur .
Uzaq qalır yaxınında.

Həzin-həzin zövqün alar.
Ruh bir əsər yaradanda.
Zövqlərin ən gözəlini.
Yaşamışdır yaradan da.

Qələm dinclik tapmır axı.
“Yarat “sözü “yor”olunca.
Gözlərimiz tərləyərmiş.
Bəzən qəlblər yorulunca.

Saxta közdən ürək qızmaz.
Buza dönər,ağ qar alar.
Sevgisiz,hissiz bir yerdə.
Rəngli ürək çox qaralar.

Rəngli dünya sevsən əgər.
Sor qaranı,sor ağı sən.
Ölüm,doğum həqiqətdir.
Eşidirsən sorağı sən.

Yad ruh
Ruh bədənə,bədən ruha.
Yad gəlir,neyniyim axı?
Zaman,ömür xitabsızdır.
Ad gəlir,neyniyim axı?

Dönə-dönə dolaşıram.
Bəzən sığındığım bağa .
Və göylərdən səda gəlir.
İpin möhkəm,dur ayağa.

Nə çətinmiş,ruh yorulur.
Əvvəl ölüb yaşa dolmaq.
Görünən dünyada budur.
Hey vuruşub yaş ,ad almaq .

Qələmimlə sərhəd çəkib.
İçində tikərəm qala.
Ürək istər bu dünyada.
Hər kəs “bağ”ına dolana.

***

Nə əlim çatır,nə ünüm yetir .
Deyə bilmədiyim,sözüm,hardasan?
Məni həbs etmisən,sən geri gətir .
İçimdən qaçmısan,özüm hardasan?

Xəbərin almıram,əlacım yoxdur
Zamana tabeyəm,heç gücüm
yoxdur.
Özümə qızğınam,yox, öcüm yoxdur.
Şeirə düzülən ,yazım,hardasan?

Yolların gözləri niyə kor olur?
Tapmıram ünvanın,həsrət doğulur.
Nəfəs ala bilməm,ruhum boğulur .
Dünyada çoxluğum,azım,hardasan?

Səsim sükutuma qarışıb yaman .
Sükutla hayqırıb,sayıram zaman.
Nə yaman insafsız oldun,ay aman.
Yoxluğun bir dərddir,nazım, hardasan?

Qələmlə sirdaşam,qarşımda durur.
Həsrətin susuzluq,bağım soldurur.
Bu bir sınaqmıdır, sualım budur?
Varlığım,yoxluğum,gözüm, hardasan?