ATAM DEYƏRDİ Ki..
Atam deyərdi ki, qızım qulaq ver
Zinnətdir, şöhrətdir gəldi gedərdi..
İnsanlar hamısı eyni deyillər,
Bir qismi xeyirsə,bir qismi şərdi.
Yolunu kəssə də duman çən sənin
Özün çətinlikdən çıxasan gərək
Kimsənin önündə qəddini əymə,
Allahdan istə sən, istəsən kömək.
Atam deyərdi ki,həyat əzəldən
Məzluma, bələkdə qurmuşdu tələ.
Yaxşılar tez köçür dünyadan qızım
Taleyin işləri belədir, belə….
Pəncərəmiz.
Sənin pəncərəndən süzülən işıq,
Mənim otağımın içinə düşməz.
Elə bağlamışıq pəncərələri,
Bizim ışığımız bir də görüşməz.
Mənim pəncərəmdə doğan qaranlıq,
Sənin pəncərəndə görünməz axı..
Qaranlıq işığa can atsa belə,
İşıq qaranlığa sürünməz axı.
Sənə borclu qaldı bu yurd bu vətən
Torpaq sevdasıyla torpağın sevən
Bir hilal uğruna canından keçən
ŞƏHİDİM SALAM.
Süngüylədüşməninsinəsin dələn
Üzü aydan gözəl, ruhu mələkdən
Üç rəngli bayrağa bürünüb gələn
Şəhidim,salam
Özü də şahiddir tarixi-zaman
Analar övlad yox doğurmuş aslan
Ey gülab qoxulu, cənnəti Ridvan
Şəhidim salam.
Qayğılı -qovğalı günlərdən keçdim
Dünəni arxada qoyub böyüdüm
Atamın zəhmətlə tapdıqlarından
Anamın sac üstə yapdıqlarından,
Şorunu bal kimi yeyib böyüdüm
Nimdaş paltarları geyin böyüdüm.
O çətin günlərin sınaqlarından,
Şaxtalı,boranlı sazaqlarından,
Üzü ağ çıxdımmı?…çıxdım bir təhər
Atamsa qocaldı qəlbində kədər.
Anam hey deyirdi olmur heç rahat
Məndən nigaranmış,məndən narahat.
Çətinlik atamı yaman sıxmışdı
Beli bükülmüşdü,lap sınıxmışdı
Qorxurdu beləcə böyüməyimdən
Qorxurdu namərdə əyilməyimdən.
Mən isə dünəni yaşamamaqçün
Keçmişi bu günə daşımamaqçün
Neçə dünənləri unutmalıydım ,
Yeni sabahlara baş vurmalıydım.
Kimsənin önündə əyilməməyi ,
Yersiz danışmağı,öyünməməyi
Mənə öz atamdan miras qalmışdı
Ruhum bu miraslan silahlanmışdı.
Hər kəsin önündə gəzmək üçün dik,
Gizlədim ürəkdə neçə ağır yük
Dosta məhəbbəti, düşmənə kini
Öyrəndim əlifba sırası kimi.
Mənə ilk dərsimi atam keçmişdi
Əsil insan kimi yetişdirmişdi.
O məni böyütdü əlində qabar,
Nəcib dayanıqlı,biraz da kübar
Sirri namus kimi saxlamağı da
Dost kimi gələni yoxlamağı da
Hamısın,hamısın atam demişdi..
Elə bil mələkdir , göydən enmişdi.
İndi düşür yada nəsihətləri
Boşa getməmişdi əziyyətləri
Mən hər gün ən azı gündə yüz kərə,
Bürünüb atamlı xatirələrə
Onun sözlərini varaqlayıram
Daraq eləyirəm barmaqlarımı
Onun saçlarını daraqlayıram.