Gül anam çoxdandır əllərim yanmır,
Get gedə od ilə közə öyrəşdim.
Sən deyən dünyayla, gördüyüm dünya,
Arasında qalan sözə öyrəşdim.
Ay ana sən gedən yoldu getdiyim,
Yuxuda gördüyün uşağam elə.
Bu balamı qoru dediyin Allah,
Yazıb taleyimi belədən -belə.
Gülün ətri gəlir arzularından,
Mənim qibləm, pirim sənsən bilirsən.
Bu dəfə doğuldum bir şey çıxmadı,
Bəlkə bir də doğsan, bir də dirilsəm..
Gül anam çoxdandır əllərim yanmır,
Get gedə od ilə közə öyrəşdim.
Sən deyən dünyayla, gördüyüm dünya,
Arasında qalan sözə öyrəşdim.
O elə bildi ki sağam hələ də,
Durub məndən yeni sevgi istədi.
Ürəyim bir tikə olub həsrətdən,
Ayağım yığışıb yol üstündədi.
O elə bildi ki gözələm hələ,
Gözümə baxmağa yollar axtardı.
Mən isə şüşədən baxıram indi,
Gördüyüm nə varsa daha saxtadı.
O elə bildi ki əllərim isti,
O elə bildi ki ruhum dənizdi.
Necə anlamadı qarşısındakı,
Çoxdan daşa dönmüş quru bənizdi.
O elə bildi ki yenə yenidən,
Yaşamaq eşqiiylə alovlanacaq.
O elə bildi ki köz məhəbəttim,
Yenə alışacaq, yenə yanacaq.
O elə bildi ki sağam hələ də.
Gəlirsən gedirsən xəbər tutmuram,
Bu necə sevgidi bilmirəm düzü.
Elə bil kirayə verib getmisən,
Mənə yaşadığın gecə gündüzü.
Bilmirəm yerdəsən yoxsa ki göydə,
İş yerin ulduzlar, yoxsa dənizdi,
Ruhun illər ilə qacaq sərgərdan,
Sevgin taleyimə muzdlu kənizdi.
Vallah mən bilmirəm bu növ sevgini,
Kökü kəsilməkdə olan sevgidi.
Mənim ürəyimdə bir vaxt cücərib,
Sənin ürəyində solan sevgidi.
İndi nə gedişin kövrəldər məni,
İndi gəlişinə sevinmərəm mən.
Ta cavan olmaram qıvırciq saçlı,
Daha bir də elə sevilmərəm mən.
Gəlirsən gedrsən xəbər tutmuram,
dənizin içiylə ,göyün üzüylə.
Yəqin dənizdəsən. ya da göydəsən
Sənin nə işin var çölün düzüylə.
Ruhum pərişandır, ruhum sönükdür.
Soruşma hardayam yüküm nə yükdür,
Üzüm məhəbbətdən çoxdan dönükdür,
Gəlirsən gedirsən xəbər tutmuram.
Yaddaşımın ucundadı bu dünya,
Harda necə çiçək açar bilmərəm.
Harda göydə ulduz. Kimi parlayar,
Günəş kimi işıq saçar bilmərəm.
Ürəyimdə yeni şübhə yaranıb,
O da bilmir məni kiməm,nəçiyəm.
Mən dünyanı ayaq üstə saxlayan,
Bir balaca qığılcımam,çəkiyəm.
Dünya bizi insan kimi tanımır ,
Biz onunçun adı nəfəs kimiyik.
Yumru Topdu, atır,tutur oynayır,
Bir ötərgi vecsiz həvəs kimiyik.
Sən də indi ciddi- ciddi danışma,
Ha vəlvələ,ha zəlzələ bilmərəm.
Bu aləmlə qurşag tutub yarışma,
Yerdə qalar, göyə uçar bilmərəm.
Göyün üzündə günəş
Elə darıxir elə
Elə bil ki özüməm
Daha gəlmişəm dilə
Daha lal dayanmıram,
Göylərdə bulud deyə,
Darıxıram uzaqda
Səslənən qəmli neyə.
Qonşu kəndin sonunda,
Dağ elə boynun bükub.
Dağın başında duran,
Qar elə qəmgin çoküb
Sanki dil açıb indi,
Üstumə yeriyəcek.
Dağ, dərə, çəmən, çiçək,
Mənə nəsə deyəcək.
Yol da iki böluňüb,
Necə mən nigaranam.
Hanı körpə caglarım,
Gözəl atam, gül anam
Durub kabus yuxudan,
Qaçıram üzüğoyə.
Allahım özüm ücun,
Darıxıram rəhm elə .
Gözü aydın yerin göyün,
Gözü aydın gecənin.
Daha şeir yazmıram,
Susdum olub keçəni.
Daha dincə qoyulub,
Xəyalımdakı şəhər.
Daha yaddan çıxardım,
O dolanbac küçəni.
Nə səsi,nə sorağı,
Ürəyimdə sevginin.
Bir çıxmaz yol görünür,
Mən bu taya köçəni.
Daha soyuqda donmur,
Dünyadakı sərçələr.
Səhər güclə açılır,
Tərk eləyir gecəni.
Gözü aydın yerin göyün,
Gözü aydın gecənin.
Daha şeir yazmıram,
Susdum olub keçəni.
Gül anam çoxdandır əllərim yanmır,
Get gedə od ilə közə öyrəşdim.
Sən deyən dünyayla, gördüyüm dünya,
Arasında qalan sözə öyrəşdim.
Ay ana sən gedən yoldu getdiyim,
Yuxuda gördüyün uşağam elə.
Bu balamı qoru dediyin Allah,
Yazıb taleyimi belədən -belə.
Gülün ətri gəlir arzularından,
Mənim qibləm, pirim sənsən bilirsən.
Bu dəfə doğuldum bir şey çıxmadı,
Bəlkə bir də doğsan, bir də dirilsəm..
Gül anam çoxdandır əllərim yanmır,
Get gedə od ilə közə öyrəşdim.
Sən deyən dünyayla, gördüyüm dünya,
Arasında qalan sözə öyrəşdim.