.....

.....

Dünya Səni Üşütməsin – Xalidə Əfəndiyevanın şeirləri

Dünya Səni Üşütməsin – Xalidə Əfəndiyevanın şeirləri

Dünya Səni Üşütməsin

Men seni sende saxlayan canam,
Geyin meni, dünya seni üşütmesin,
Geyin, sene derd deymesin,
Azar tutmasın.
Baxma boyum balaca,
Çekim azdır.
Baxma ki. dünya boydasan,
Baxma ki, dünya içinde zerreyem,
Zerre içinde dünya var bilesen.
Orbitinden bir milli sapmayan bir dünya
Güneşli, aylı, ulduzlu,
Körpece bir qızlı dünya.
Saçlarındakı qırmızı lente bağlar seni,
Gelinciyinin gözlerinde saxlar.
İçinde susar,
Susar ağappaq qar kimi.
Sen de meni sus,
Mene toxunan yoxluğun,
Ve toxunduqca
Dönüb olduğun var kimi

O Dəli Mənəm

Hardasa bir ömür yarımçıg galıb,
Hardasa bir körpə dünyaya gəlir.
Hardasa başını əlinə alıb,
Dünyanın dərdinə bir dəli gülür.

Dərdin güldürdüyü o dəli mənəm
Bu dünya böyükdür, çəkə bilmirəm.
Bir dünya üstündə, yoruldu sinəm,
Bir dünya altında, sökə bilmirəm.

Kimsə gəflətdədir dünyaya dalıb,
Kimisi özüylə rəhmət aparır.
İnsan var sərvəti dünyada galıb,
İnsan var özüylə sərvət aparır.

Hansı səvabımın üstünə çıxım,
Hansı günahımın altına girim?
Allahım yol göstər sabaha baxım,
Doğruyla. yanlışla özümü görüm.

Baxdım ötüb keçən, solan ömrümə,
Nə gücüm, nə də ki, hünərim galıb.
Tanrım, bir ömür də cala ömrümə,
Axı günah dolu dəftərim qalıb

Nə Qaldı Ki, Bu Vətəndə

Sabahların umidində
Bu günləri əridirik
Layla çalıb arzumuzu
Qəlbimizdə kiridirik.

Araz acı, Araz şirin,
Araz, dərdin səndən dərin,
Peşimandır Xudafərin,
Tağı üstə çürüdürük.

Qarabağım qübar olub,
Dilimizdə qabar olub,
Bir kor ata suvar olub,
Hey köndələn səyirdirik.

Murovdağim dağdır bizə,
Goycəmiz qinaqdır bizə,
İlan vursa, haqdır bizə,
Qoynumuzda böyüdürük.

Xalidəyəm dedim mən də,
Bax Şuşaya, bax Dərbəndə,
Nə qaldı ki, bu vətəndə,
Xırdalayıb üyüdürük.

Səsinə qarmı yağır

Səsin – sarışın səsin,
Səsin – gözləri mavi.
Nə saçıma bənzəyir rəngi,
Nə də gözümə
Uzaq, həm də çox uzaq.
Səsin vətənim deyil,
Səsinə qarmı yağır?

Varsansa, var kimi səsləyim səni,
Yoxsansa, yoxluqdan gözümü çəkim.
Axı mən nə qədər gözləyim səni,
Yoxsansa, yollardan izimi çəkim.

Ölərəm var ilə yox arasında,
Sən məni bilinməz sualdan asma.
Sən məni ömrümün tən yarısında,
Əlçatmaz, ünyetməz xəyaldan asma.

Getdiyin yolları çəkib aparsan,
Səni gözləmərəm gözüm yığılar.
Bilsəm ki, kimdəsə məni taparsan.
Boşalan dünyama dözüm yığılar.

Varsansa, var kimi səsləyim səni,
Yoxsansa, yoxluqdan gözümü çəkim.
Axı mən nə qədər gözləyim səni,
Yoxsansa, yollardan izimi çəkim.