.....

.....

Əli Aşiq Hüseynzadənin şeirləri

Əli Aşiq Hüseynzadənin şeirləri

Əli Aşiq Hüseynzadə 1982-ci ildə Biləsuvar rayonunda anadan olub. Şeir yazmağa yeniyetməlik illərindən başlayıb. Şeirləri oxucuları tərəfindən sevilən və oxunan şairlərdəndir.

QARABAĞA GEDƏNLƏRƏ

İlan kimi sürünüb
Dizin-dizin girəydiz
Siz gərək Qarabağa,
Üz sürtəydiz torpağa.
Ora hissiz, duyğusuz
Qədəm basmaq haramdır!
Hər bir türkə o torpaq
Müqəddəs bir məkandır!
Orda min-min ŞƏHİDİN,
Nakam ruhu dolaşır,
Arzuları uyuyub.
Orda min-min ŞƏHİDİN
Son sözü VƏTƏN olub,
İsti qanı soyuyub.
Orda min-min ananın,
Susmur ahı, naləsi!
Orda gülün, çiçəyin,
Qandır şehi, jaləsi…
Orda necə min qızın
Sönüb sevgi şamları,
Hamilə gəlinlərin,
Nisgilli axşamları.
Dilbilməz körpələrin
Həsrət qalacaqları
Ata -kəlmələri var.
Orda neçə min evin
Sönmüş odu, ocaqı-
ŞƏHİD körpələri var…

Ora böyük bir xalqın,
Qeyrət, namus andıdır!
Buna görə müqəddəs,
Buna görə şanlıdır!
Ayaq basdıqın yerə
Başını əy bir də bax,
Bax bu həmin torpaqdır,
Həmən yerdir, QARABAĞ.
06.09.2021

Anam

Anam gəlin köçəndən bir neçə il sonra nənəm də dünyasını dəyişib. Baba evimizin qapısı beləcə on illərlə açılmayıb. İndi də o evdə kimsə yaşamır. Hərdən mənə elə gəlir ki, kəndin qırağındakı təpədə yanaşı uyuyan, üstünü kol-kos basmış babamla nənəmin məzarı gecə-gündüz sahibsiz qalan evlərinə baxıb qəriblik çəkir.

Küsüb taleyindən, küsüb bəxtindən,
Üstünə özündən ağır dərd çöküb.
Açsam qapısını qopar yerindən,
Düşər ayağıma göz yaşı töküb,
Bu evlə mən necə görüşüm Allah?..

Ağlasam ağlayar, ovutmaq olmaz.
Bir himə bənd
kimi bənndi səsimə.
Desəm anam ölüb məni qınamaz,
Qıyaram bu evin son
nəfəsinə,
Bu evlə mən necə görüşüm Allah?..

Tökülüb suvağı qardan,
yağışdan,
Bu yurdun oğuldan payı olmayıb.
Açmayıb qapısın dostdan,
tanışdan,
Sağının, solunun tayı olmayıb,
Bu evlə mən necə görüşüm
Allah?..

Yox-yox bu dəhşətə dözə bilmirəm,
Bu evlə üz- üzə durmaq
çətindir,
Babamın nənəmin qəbri baxımsız,
Orda da anamın qəbri yetimdir,
Bu yurda dərd oldu gəlişim Allah!
Bu evlə mən necə görüşüm Allah?..

Səndən məndə qalan…

Bu bayram səninlə birgə olmadıq
Sözün ünvanıma buz kimi gəldi.
Külək pəncərəmi döydü yağışla,
Bu bahar başqa bir yaz kimi gəldi…

Kəsdim sənə olan son ümüdümü,
Əkdiyim güllərdən tutan olmadı.
Sənin telefona baxmağa vaxtın-
Mənim də başımı qatan olmadı.

Onsuz da yolumuz hamar deyildi,
Üstəlik çiskin də, duman da çökdü.
O şirin, o kövrək xatirələrin
Üstünə yaxşı da, yaman da çökdü…

…Səndən məndə qalan nə varsa sildim,
Uyudum fikirli, qalxdım tək kimi.
Bu səhər görürəm gəlib bağçama,
Bitmisən bağçamda bir çiçək kimi…
02.04.2025

Ömür davamıdır ayrılıqların

Vaxt gələr bu günlər əlçatmaz olar,
Ardıyca baxarsan gedən qatarın.
Bir anlıq dərindən düşünə bilsən-
Ömür davamıdır ayrılıqların…

Bunu bilə- bilə nə deyə billəm,
Gördünmü üz dönsün ümüd verəndən?
Mən sənə bir sözü söyləyə billəm,
Həyatı dərk etdim səni sevəndən…

Vur, öldür, as məni, nə istəsən de,
Təkcə bir sözümü unutma amma-
Sevginlə yumaram gözümü bir gün,
Məni sevməyinə peşiman olma…
23.09.2022