.....

.....

Əsas yaş deyil… – Mehri İbrahimbəyli

Əsas yaş deyil… – Mehri İbrahimbəyli

Əsas yaş deyil…

Əsas yaş deyil,
Ruhun neçə yaşda olduğudur.
Bəziləri gənc ikən yorğun,
Bəziləri qoca ikən arzulu olur…

Əsas illər deyil,
Onları necə keçirdiyindir…
Bir anlıq sevinc bir ömrə bəs edər bəzən
Bəzən də silinmir
Bir ömrün peşmançılığı…

Əsas zaman deyil,
Kimlə keçirdiyindir.
Doğru insanla bir saniyə
Sonsuzluğa bərabər olar…

Əsas yollar deyil,
O yolların səni hara apardığıdır.
Bəzən bir səhv dönüm
Ən doğru yerə çıxarar insanı.

Əsas sözlər deyil,
Onların qəlbdə buraxdığı izdir.
Səssiz bir baxış,
Min kəlmədən daha çox danışa bilər.

Əsas göründüyün deyil,
İçində yaşatdığındır.
Bəziləri gülümsəyər acı ilə,
Bəziləri susar min fəryadla…