.....

.....

“SİRLƏR XƏZİNƏSİ”NDƏN SEÇMƏLƏR

“SİRLƏR XƏZİNƏSİ”NDƏN SEÇMƏLƏR

NİZAMİ GƏNCƏVİ
“SİRLƏR XƏZİNƏSİ”NDƏN SEÇMƏLƏR

  1. Kim ki sözə söz qoşub, tapar haqqın səsini,
    Sözlə iki aləmin açar xəzinəsini.
  2. Şair ilə peyğəmbər – bir nigarın mərhəmi,
    Peyğəmbərlə şair haqq, qalanlar haqq görkəmi.
  3. Ürəyin dişlərilə qoparılmış söz, fikir
    Torpağın dimdiyilə cilalanmış incidir.
  4. Şairin ilham adlı cəsur bir atası var,
    Dünyada oğul kimi ər misralar bağışlar.
  5. Yer üzündə hər kəsin dosta ehtiyacı var,
    İllah, elə dosta ki, dar gündə dada çatar.
  6. Ey torpaq oğlu, yalnız torpaq örtər eybini.
  7. Od kimi iti getmək, yanıb kül olmaq asan,
    Bəxtəvərlik odur ki, yolda yorulmayasan.
  8. Sakit axan su kimi yaşamağı seç peşə,
    Yüngül suyun qiyməti ağır olur həmişə.
  9. Tikan olma, aldanma qızılgülün hüsnünə,
    Önə bax, bənövşətək baş əymə öz köksünə.