Gəl… həsrətin içindən,
Sıyırım,alım səni.
Ciyərimə düşmüsən,
Qəlbimə salım səni.
Gəl …əllərim gül açsın,
əllərinin içində.
Ağ geyinmiş çiçəksən,
Tellərimin içində.
Gəl… izinə yol olum,
əzib keç dilim üstən.
Günlər,həftələr,aylar
dolanır ilim üstən.
Gəl… gòzünə dolanım,
Kipriyin ox olmasın.
Mənə elə sarıl ki,
Firəngiz yox olmasın.
Uduzan taleyim düşər zərimdən,
ataram Dü gələr Sə əvəzinə.
Dilçəyim gizlənər dilimin altda,
çox vaxt yox deyerem hə əvəzinə.
Yumsam yumruğumu ovcum qanayar,
dırnağım uzanıb deşər ətimi.
Gülüşüm paslanıb axar gözümdən,
çox vaxt od çilərəm SU əvəzinə.
Sürünər arxamca qəm veyil-veyil,
gederem özümdən çox uzağlara.
Üzüyüm boş qalar itər barmağım,
çox vaxt sil deyerem YU əvəzinə.
Sıxaram çiynimi qulağlarıma,
üşüyən boyuma kəndir dolaram.
Durna qatarları halay vuranda,
çox vaxt qarğa dönər QU əvəzinə.
Bu yaz da ölərəm o qışın üstə,
sürüyüb bahara aparan olmaz.
İçimdə bir yetim adam dolaşar,
çox vaxt O deyerem BU əvəzinə.
Mənim bu dünyada kimim var axı,
İlişib qalmışam dar qapılarda.
Daha pəncərələr çiçək bitirmir,
İndi cövlan edir qar qapılarda.
Çıxıb getməyədə üz olsun gərək,
mən hələ tapmıram gəldiyim yolu.
Kim tutub çırpacaq barmaqlarına,
Yolların üstünə sərdiyim qolu.
Duz kimi səpildin taleyim üstə,
fırladıb başıma atan olmadı.
Òzüm öz dərimdə çoxdan ölmüşəm,
Məni dirilərə qatan olmadı.
Sıxım kədərimi kipriklərimə,
Gòzlərim boyda ol çoxu görməyim.
Yastıqım altında nəzir kimisən,
Mən necə yatım ki,yuxu görməyim..?
Sənə ulduzlardan işıq gətirim,
Zülmət gecələrə ay düzəldərsən.
Buluddan bir topa yağış gətirim ,
Gəmi üzdürməyə çay düzəldərsən.
Bir qarlı, şaxtalı qış gecəsinə,
Sırsıra buzları çələng edərəm.
İsti nəfəsimlə, dağ ətəyində,
Özünə ipisti yay düzəldərsən.
Ətirli əllərin kəkotum olar,
Qoxlyaıb çəkərəm ciyərlərimə.
Heçnə istəmirəm səndən ,əzizim
Mənə bir limonlu çay düzəldərsən.
Köhnə, sınıb- uçulmuş,
uzaq qapı kimisən.
Qeyri-adi nəyin var,?
sən də hamı kimisən…
Sənin də iki əlin,
qırış tutub biləkdən.
Səndə sevib atmısan,
Hamı kimi ürəkdən.
Sənin də gözlərində,
Yalançı göz yaşın var…
Hamı kimi öləndə,
Bir bəstə baş daşın var…
Səndə Hamı kimisən,
Ayağların iz qoyur..
Sənin də başın altda,
Biri gəlib diz qoyur…
Səndə Hamı kimisən,
Soyuğda titrəməyin,
Əlini ovmağın var…
Yaxında it görəndə,
Daş atıb qovmağın var…
Özgələrdən nə fərqin,?
Fikirləşib tapmıram…
Ən uzaq yollarımsan
Gedib-gedib çatmıram…
Sən də hamı kimisən,
Hamı da sənin kimi…
Səni kimlər sevəcək,?
Bir də bax..mənim kimi…
Bir də bax mənim kimi.