.....

.....

Firəngiz Sabirqızının yeni şeirləri

Firəngiz Sabirqızının yeni şeirləri

Göyün bulud qatından,
Uçan təyyarə kimi.
Keçib getdin ömrümdən,
Yerlərdən aya kimi…

Ürəyimdən kosmosa,
Uçan ilk adam oldun.
Ən iri ulduz idin,
Sönüb sonra heç oldun..

Qalaktika kimiydin,
Kəhkəşanı bəzəkli.
Böyüdüb baxdım gördüm,
Hər şey uzaq qəşəngdi…

Əllərimi sildim ta,
Hər səhər günəş üstə..
Ekvatorda kəsişən,
Üç nöqtəli səs üstə…

Planetlərdən mənə,
Yad adamlar gələcək.
Sən bıçaq vuran yerdən,
Hər gün biri öpəcək…

Gedəcəm uzaqlara,
Allahın evinəcən.
Bəlkə qayıdıb gəldim,
Göylərin yerinəcən…

Göyün bulud qatından,
Uçan təyyarə kimi…

***

Boş kimsəsiz qatarlar,
Taqqıldayır başımda.
İçimdə ayrılıqlar,
Əllərini yelləyir.

Külək vıyıldadıqca,
Qulağlarım üşüyür.
Adın dodağlarımdan,
Badələrə süzülür….

Çəkib ağrılarımı,
Damağımda əzirəm…
Tüstülü şərab qoxan,
Əllərimdən bezirəm…

Boş kimsəsiz qatarlar,
İçimdən yollar aşır…
Səni unuda bilmir…
Qırılan qollar çaşır…..

Sarılır ehtirasın,
ən vəhşi kürəyinə.
…sonra yenə qatardan
Düşürsən Ürəyimə..

***

İndi sənsiz içimdə,
Qara ilan ,ağ ilan-
Dolaşıb sarmaş dolaş.

Quyruqları zolaqlı,
Piyada keçidi tək.
Gözlərimdən tökülür,
Payız yarpaqları tək.

Gedənlər qayıtmayır,
Geriyə yolu yoxdur.
Bu boyda darıxmağın ,
Qırmağa qolu yoxdur…

Zəhər axır dilimdən,
Boğazıma od kimi.
Güzgülərdən gözlərim,
Mənə baxır yad kimi…

İlan soyuqluğunu,
əllərimdən uduram.
Təzə ulduz doğanda,
Son arzumu tuturam.

****

Mən səninçün yalan dolu nağılam,
Birii vardı…biri yoxdu,. Biri yox…
Nağılların sonu 3 cə almadır ,
Biri vardı …biri yoxdu..biri yox..

Papağların qırmısızı getdii ta..
Şəngülümü ,məngülümü itdi ta..
Qoca baba turpu alıb getdi ta…
Biri vardı,biri yoxdu…biri yox.

Küpəgirən qarı nənə uçmadı ,
Qurd yoruldu dovşan daha qaçmadı,
Fələk bağlı qapıları açmadı,
Biri vardı…biri yoxdu, biri yox…

Ha səslədim yeddi gecə ,yeddi gün
Tonqalımız söndü qaldı toy düyün.
Firəngizin nağlına di gülün…
Biri vardı…biri yoxdu …,biri yox.

Daha qopuz çalma kiri a qoca,
Tüstüləməz hər evdə ta hər baca .
Nağılları əvəz edir tapmaca,
Biri yoxdu… biri vardı, biri var.

***

Onda gözlərimin yuxusu idin,
indi kirpiyimin çəni olmusan.
Onda tellərimdə sığal əkirdin,
indi saçlarımın dəni olmusan.

Onda qibləgahım,haqq yolum idin,
indi haram,günah,tövbə kimisən.
Onda Qureyşlərdən gələn ağ mələk,
indi Lut peyğəmbərin qövmü kimisən.

Onda saatlarım çıqqıldamırdı,
indi əqrəblərim ding daşı olub.
Onda bu sevgimi gün qovururdu,
indi o məhəbbət baş daşın olub.

Onda gözlərimin yuxus idin…