Gəl…
Gəl ki, içək dumanlanaq,
Yağdıraq göy üzümüzü.
Bu masanın üstünəcə,
Qoyaq gedək özümüzü…
Gəl, Allaha dua qılaq,
Şeytana daş ataq getsin.
Gəl, min ilin yuxusunu,
Bu gecədə yataq getsin.
Əllərim buz salxımlayır,
Gəl ki, qızınım istinə.
Öpüm yovşan saçlarını,
Səpim sinəmin üstünə.
Gəl sənə gün kimi çıxıb,
Ay kimi batmaq öyrədim.
Gəl ki, gedən ayağına,
Geri qayıtmaq öyrədim…
Gəl ki, içək dumanlanaq,
Yağdıraq göy üzümüzü.
Bu masanın üstünəcə,
Qoyaq gedək özümüzü…