.....

.....

Gördüm kimin dünyasıymış bu dünya… – Sakit İlkin

Gördüm kimin dünyasıymış bu dünya… – Sakit İlkin

GÖRDÜM KİMİN DÜNYASIYMIŞ bu dünya…

Sapand atdım, o daş dağa dəymədi,
Dil qurudu, yaş damağa dəymədi…
Ha çarpışdım, yaşamağa dəymədi,
Gördüm kimin dünyasıymış bu dünya….

Ölüm çıxır yaxşıların ovuna,
Mənim könlüm çətin bir də ovuna….
Çox çalışdım, yenə düşdüm toruna,
Gördüm kimin dünyasıymış bu dünya…

Bu dünyanın qışı qar yox, dərd yağır,
Ömrə sevinc dost dolanır, dərd…yağı…
Qəgəh-qədəh ürək içir dərd yağı.
Gördüm kimin dünyasıymış bu dünya…

Allah bilir bu dünyada tək,nədi…
Mən doldurdum, o boşaltdı təknəmi,
Tək atanı, tək oğulu təklədi,
Ğördüm kimin dünyasıymış bu dünya….

Gecə keçir, ulduz səssiz,Ay…sakit,
Ömrün keçir ahu-vayla, say…sakit…k
Bu dünyaya bel bağlama, ay SAKİT,
Gördün kimin dünyasıymış, bu dünya….

KƏNDÇİ KƏNDDƏN NİYƏ QAÇIR, BİLİRSƏN?

Öz yurdundan, öz elinnən kim qaçar?
Dədəsinnən, nənəsinnən kim qaçar?
Öz xoşuynan öz kəndindən kim qaçar?!
Kəndçi kənddən niyə qaçey, bileysən????

Səmasıda, havasıda gözəldir
Dərmanı da, davası da gözəldir…
Dəryazı da, yabası da gözəldir,
Kəndçi kənddən niyə qaçey, bileysən???

Bağ-bağatın ağ alması.. gözəldir
“Üç bacısı”, buğlaması gözəldir
Boz inəyin bulaması gözəldir
Kəndçi kənddən niyə qaçey, bileysən???

Həsrət qalıb indi kəndə çoxusu
Burnundadır çörəyinin qoxusu
Bal kimidir gecələrin yuxusu
Kəndçi kənddən niyə qaçey, bileysən???

Beşikləri, bələkləri kənddədir
Arzuları, diləkləri kənddədir
Cismi gedib, ürəkləri kənddədir…
Kəndçi kənddən niyə qaçey… bileysən???

Sakit İlkin.dərin-dərin bir düşün…
Nədən gözəl nənələrin biş-düşü?
Cavab yazan, düz cavaba beş düşür..
Kəndçi kənddən niyə qaçey, bileysən???

Alışır sinəmin vulkan dağları,
Az qalır qaynayıb daş, daşa mənnən.
Qorxuram, nə vaxtsa soyuya bilə,
Qorxuram sevgim də daşdaşa, mənnən…

Dağlara baxıram, daşları mamır,
Qayalar ağlayır, daşdarı damır…
Mənə daş atmağa daş da darımır,
Nəsə pıçıldayır.daş, daşa.,mənnən…

Əynimə geydiyim qəm çuxasıdı,
Sevinc ək könlümə,qəm çıxasıdı…
Şair çıxmayanda nə çıxasıdı,
Yalçın qayalari daş-daş əmənnən???!

Kimdi eşq dəlisi,., dəli, sən de,di!…
Dəliyə söylədim, dəli, sən dedi..
Bəxtimnəm pay umdum,.. dəlisən,.. dedi.?
Az qaldı daş atıb, daşdaşa mənnən ..

TƏCNİS

Qəlbimi islatdın göz yaşlarıynan,
Sər mənim qəlbimi,dərdə sər,indi…
Daha dərd eləmə,qəlb qurutmağa,
Yağış ayazıyar,dərd əsər,indi…

Gözəl,varmı görən dərdindən gözəl?!
Dərd imannan gözəl,dərd dinnən gözəl.
O qədər çəkmişəm dərdindən,gözəl,
Olmuşam dərdindən dərdəsər indi…

Mənəm həm tufanı,ayazı yazan,
Ay çoxa göz yumub,ay azı yazan…
Bəxtəvər başına a YAZIYAZAN,
Bu Sakit ən böyük dərd əsərindi…

MƏNİM NAĞILIMI DANIŞACAQSAN…

İnsan ömrùnùn payızında anlayır ki,onun tam xoşbəxt olmasi úçùn kimsə,…nəsə çatmir.Ele həmişə xəyallarinda o xoşbəxtliyi axtarır….

….Qaçıb uşaqlarin əlinnən bir gùn,
sizin qapınıza gələsi olsam,
Döyùb qapınızı yumruglarımnan,
dəli qəhqəylə gùləsi olsam,
mənə dəli demə.sərsəri demə,
agıllı gùlùslə qarşıla məni…
Mən səni hamidan çox istəyirəm
bu dəli istəknən alqışla məni…
Bağısla…bağısla…bağışla məni,
Bənövşə qoxulu,reyhan ətirli
yadıma həmayıl saçlarin dùsùb,
beləcə gəlmişəm qapınıza mən,
dilimdə qəhqəhə,ùrəyimdə qəm,
Mən hələ bilmirəm,hələ bilmirəm.
Nələr deyəcəksən.nə deyəcəksən.
Bir onu bilirəm,..önùndə sənin,
dərsini bilməyən uşağlar kimi,
başımı sallayib bùkúləcəyəm,
sonra ilmə-ilmə sökùləcəyəm….
Sonra da bir axşam,payız axşamı.
Soyuqdan üşüyən yarpaqlar kimi,
sizin qapınıza tökùləcəyəm.
Onda biləcəksən nə çəkmişəm mən….
Onda biləcəksən….
Ağlayacağsan.
Sıxıb göz yaşını o yarpaqlara,
sonra qurutmaga çalışacaqsan….
Sonra da bir axsam…
Bir qış axşamı…
nağıl istəyəndə körpələr sənnən,
mənim nagılımı danışacagsan….
Sevgi nagılımı….danışcagsan…