Göz Yaşımı geyəsən..!
Qünəşi yollarına kipriyimlə ələsəm,
Sığalımı görməyən, telində mürgüləsəm…
Rəssam fikirlərimi, soyuğa bürələsəm.
Bir qucağ yol gəlmişəm, məndən sənə tələsən,,
Fırça arzularımla, çəkilirsən Ayasən..!
Ruhum uçubdur sənə, izində qayıtmışam,
Aparmısan özünlə, gözündə qayıtmışam.
Mənə Sənlə qəlmişəm, özündə qayıtmışam.,
Sərçə arzularımız, çovğun, qardı biləsən.
Ovucların yuvamız, bir budağda Deyəsən..
Önündə kölgən mənim, özünə oxşuyarsan.
Məndən uzaq surətin, Ruhuma daşıyarsan.
Qorxuram kiçikgələr, xəyalım üşüyərsən,
Sıxdım ovuclarına, gözlərimi giləsən..
AĞLADIMKİ BU GECƏ GÖZ YAŞIMI GEYƏSƏN..
Dünyamızı Gilə Çəkdim..
Qanad açıb pərvaz etdin, küləylərin yoxuşunda,
Arzuların rəngbə rəngdir, göz oxşadın naxışında.
Qanadlandım iç dünyana bir kəpənək baxışında,
Ətrin gələn bu Şəhəri, Şeh üstündə gülə çəkdim.
Fikirimdə dolaşan sən, küçələr izində gəzir.
Bircə tutam işıq saçan, lanpanı dirəkdən üzür,
Sən dənizsən kölgəm üstə, tellərimi sənə düzür,
Bircə ovuc alıb Səndən, özümü O gölə çəkdim.
Sən Məndəsən Məndə Səndə, bu Şəhərə qoşa gəldik,
Huşa döndük yol boyunca, uzağlardan başa gəldik.
Çıxdıq Eşqin Zirvəsinə, ürəyindən qaşa gəldik,
Yuvarlandıq yanağında, Dünyamızı gilə çəkdim.
Düzünə məni.
Yoxdur bir mənzərəm, özündən qeyri,
Gözəldir kiprikdən, üzünün seyri.
Tutaram ağından, qaranı ayrı,
Köçür baxışınla, gözünə məni.
Darıxdım istəyin, sən tərəfində,
Bir dağsan, görünməz, çən tərəfində,
Köhnədi bu dünya, mən tərəfində,
Sən çək bu astarın, üzünə məni.
Çəkildi gözümə qarası, hisi,
Ruhum görünmədi, qaldı istisi,
Düşdü çərçivəyə, ancaq tüstüsü,
Külüylə bələdi, közünə məni.
Gəzdi xəyalımda zamanı, anı,
Sənli saatına keçit, yol hanı.?
Tərsində gizlədib, Sənə hicranı,
Geyindir həsrətin, düzünə məni.
Dənəm ki.
Bu zamanın çuxasıyam, sökülər,
Ömür fəsil – fəsil,məndən tökülər.
Məndən mən ayrılar, torpaq bükülər,
Necə deyim axı mənə, mənəmki.
Bu xırmanda tale yolum izlənir,
Gözətçidir, varlığımda gizlənir.
Dönəş sənə, səndə yolum gözlənir,
Nəfəs – nəfəs üyünürəm, sənəmki.
Ovucladım, gözlərimi sıxmadım,
Günəş baxışında bir kəz yaxmadım.
Bu dünyanın çölü varmı, çıxmadım,
Fikirini quş daşıyan, dənəmki.
İzinə düşsəm.
Arılar bal çəksin, şirinliyindən,
Eşq ki, bir çiçəkdir, dərinliyindən.
İsti yaddaşının, sərinliyindən,
Yadından süzülüb, sözünə düşsəm.
Ruhumu səninlə, dolu istəyim,
Bütöv varlığının, solu istəyim,
Odunda başlayan, yolu istəyim,
Səndə alovlanıb, közünə düşsəm.
Başlayım ovcundan, cığırın seç sən,
Gəlməyən yuxumu, bu yola biç sən,
Gözətci gözümdə, mürgüdən keçsən,
Yalın ayağlarla, izinə düşsəm.
Müəllif :Minayə Abdullayeva.