.....

.....

Günahı nə idi, günahsızların?-Rəqsanə Tapdıqlı (şeirlər)

Günahı nə idi, günahsızların?-Rəqsanə Tapdıqlı (şeirlər)

“Hər şey yaxşı olacaq!”


Daha yoxam həyatda
Xatirəm qaldı yadda,
Salamat qalmasam da,
Sizlər salamat qalın!
“Hər şey yaxşı olacaq!”


“Kəmərləri bağlayın”
Məni yadda saxlayın,
Sakit olun, qorxmayın.
Məni də unutmayın!
“Hər şey yaxşı olacaq!”


Bizə qənimdir zaman,
Kömək ol, Allah, aman.
Darda qalsaq da yaman,
Çəkilər qara duman,
“Hər şey yaxşı olacaq!”


Bu nə ağır gün idi…
Üzməyək biz ümidi.
Bu təsginlik şeiridi,
Höküməniz deyir ki…
“Hər şey yaxşı olacaq!”


Yerin, göyün şahidi,
Müəmmalı sirr idi.
Dayanmadan deyirdi;
Hər an yadda qalacaq,
“Hər şey yaxşı olacaq!”


Günahı nə idi, günahsızların


Səmalar da qənim kəsildi bizə,
Hava gəmisinə, tuş gəldi nizə.
İnsanlar kül olub səpildi düzə,
Günahı nə idi, günahsızların?!


Niyə bəla bizdən sıyrılmadı yan?!
Vaxt-vədəsiz köçdü neçə cavan- can.
Matəmə qərq oldu can Azərbaycan.
Günahı nə idi, günahsızların?!


Təyyarədə neçə ümidlər yandı,
Fələk səssiz gəlib hay-haray saldı.
Necə arzular da yarıda qaldı,
Günahı nə idi, günahsızların?!


“Hamı sakit olsun!” Dedi- Hökümə.
Bilmədi taleyin acı hökmü nə!
Bəla baş əymədi, onun hökmünə.
Günahı nə idi, günahsızların?!


Kimin kəm gözünə gəlib millətim?!
Fitnəsi bitməyir, xəbis-xilqətin.
Allah, xeyir eylə son aqibətin.
Günahı nə idi, günahsızların?

Od ələr
(TƏCNİS)
Könüldən bir ev tikdim ki, canana,
Alışanda bacasından od ələr.
Həmdəmim o kəsdir o da canan a,
Alışanda bacasından od ələr.

Könlümü bənzətdi eşq qalasına,
Çətin izin verə, bu qala sına.
Ərk eylədi o doğma qalasına,
Ona xor baxan gözləri o, dələr.

Baxıb, süzdüm mərdanə, yerişi nə…
Mərd olanın söz yoxdur yerişinə.
Xəyalım göydə, ordan yer işinə,
İnciyəndə göydən yerə od ələr.

Od ələr
(TƏCNİS)
Könüldən bir ev tikdim ki, canana,
Alışanda bacasından od ələr.
Həmdəmim o kəsdir o da canan a,
Alışanda bacasından od ələr.

Könlümü bənzətdi eşq qalasına,
Çətin izin verə, bu qala sına.
Ərk eylədi o doğma qalasına,
Ona xor baxan gözləri o, dələr.

Baxıb, süzdüm mərdanə, yerişi nə…
Mərd olanın söz yoxdur yerişinə.
Xəyalım göydə, ordan yer işinə,
İnciyəndə göydən yerə od ələr.

Eyləyim

Məni məndən xəbər al, mən sənə bəyan eyləyim,
Qəlbimi riqqə gətir, könlümü bəyan eyləyim.

Gör ki nə halə düşüb, qəmli-pərişandı Mələk,
Deki nədir bu kədər?! Halımı bəyan eyləyim.

Gecə Ay ilə batılb, gündüzü Günəşlə doğar,
Gətir ümidə pənah, ömrümü bəyan eyləyim.

Nurumdan yağsa yağış eyləmərəm mən ahu zar,
Belə heyran buraxıb, səbrimi bəyan eyləyim.

Mənə cənnətdi zaman, səninlə hər nə olsa da,
Qıymaram ki, sənə mən dərdimi bəyan eyləyim.

Bir olaq, bizimləşək.

Gözlərimdəki sevinc qürurumun aynası,
Gözlərimdəki yaşlar bəzən sevinc sonrası.
Mürəkkəbdir insanın cismindəki təlatüm,
Gəl indi söylə görüm, nədir bunun mənas?!

Bir ad qoyaq buna biz,bir ad verək yaraşan.
Varmı bu hisslər ilə o sinirləri aşan?!
Bəzən elə asandır, bəzən də elə çətin…
Söyləyirlər- zəifdir səbr kasası daşan.

Gəl səbirdən başlayaq, əvvəli var,sonu var,
O da bəlli deyildir,çox rəngarəng donu var.
Qatlaşanda genişdir, qatlaşmasan sıxıcı…
Onun bir ömür qədər, hər çeşidli anı var.

Söhbət açaq həlimdən,bir az da həlimləşək,
Qıraq inad-eqonu, bölək bərabərləşək.
Onda maraqlı olar həyatda yaşamaq da,
Sənin -mənim olmasın,bir olaq bizimləşək.

Sevgi umma hər kəsdən, bacar sevgi verməyi
Əlində çıraq etmə çirkinləşən küsməyi.
Gülüş bir sədəqədir, paylaşanda gözəldir,
Bol eylə təbəssümü, qənim bilmə gülməyi.

Dərya kimiyəm

Məndən soruşsalar havanı, suyu,
Söylərəm bilinməz, onların huyu.
Yer üstə çeşmənin mənbəyi quyu,
Quyu dibindəki dərya kimiyəm.

Məna axtarıram, mənasızda mən,
Mənanın üzünü örtüb duman, çən.
Qulaq cingildədir içimdəki mən,
Sakit ormandakı səda kimiyəm.

Buluda boylandım qaraldı üzü,
Qorxdu söyləməyə gerçəyi, düzü,
Gurlayıb leysanla söylədi sözü,
Leysanda islanan ada kimiyəm.

Toyuğa kiş dedim, sındı ayağı,
Təkləndi köməyi, getdi dayağı,
Düz yolu göstərdim bir dostsayağı,
Boşuna yorulmuş fəda kimiyəm.

Əyriyə düz desəm yanılar dilim,
Düzün düz olduğun bəs necə bilim?
Palazdan qiymətli olsa da kilim,
Düzəni pozulmuş qayda kimiyəm.

Qurunun oduna quru yanmadı,
Yaşlar sızqa-sızqa od-alovlandı,
Onların qədrini bilən olmadı,
Qədri bilinməyən adam kimiyəm.
Rəqsanə Tapdıqlı