HƏDİYYƏ
Qara bir eynək almışdın mənə ilk görüşəndə
O eynəyin pəncərəsindən buludları çox sevirdim
Günəşidə o eynəyin pəncərəsindən sevirdim
Və sənidə
Nə biləydim!
O eynək gözlərimin üstündə bir keşikçimiş
Qoymasın dünyanı görüm
Mənə hədiyyə bir şal almışdın
Düşünürdüm,qışın bütün soyuqların kəsərdən salır
Və düşünürdüm,günəşi boynumda gəzdirirəm
Nə biləydim!
Boynumun yüklü olmağın sevirsən
Mənə bir maşın aldın bəyaz rəngində
Nə qədər tənhalığımı o maşında gəzdirdim
Nə qədər o maşının camından irəli baxdım
Və nə qədər o maşının aynasından arxanı gördüm
Sonralar…
Maşın da casus çıxdı
Getdiyim yolları sənə satırmış
Mənə hədiyyə bir ev aldın
Qapıları bağlansaydı da gün batana doğru
Gün çıxana doğru açılırdırlar pəncərələri
Ətəyimə bir uşaq qoydun o evdə
Ovuclarıma bir dəsmal
Gündüzlər,camları sildim
Gecələr،yanaqlarımı
Ad günümdür
Məni aldadacaqsan_bilirəm
Ad günümdür
Bilirəm_mənə hədiyyə alacaqsan
Alma!
Kameranı söndür
Səsi bağla
Hərəkəti dayandır
Bu yarımçıq filmin adın Hədiyyə qoyarsan
OTAQ 37
-dön divara…
-adın nədir?
Anam adımı MƏHƏMMƏD qoymuşdu peyğəmbər olam,maləsəf şair oldum Alicənab
-ÇALĞIN nə deməkdir?
Gecələr,uzaqlardan yerkürəsinə göz vuran olduzdu ÇALĞIN
Gündüzlər,günəşi əridən buzdu ÇALĞIN
ÇALĞIN qu-quş deməkdir,dənizin ortasında ölümə meydan oxuyur axşam üstü
ÇALĞIN aşiqdir Alicənab,aşiq deməkdir
17 yaşımda məhləmizdə Rüqəyyə adında bir qıza vuruldum
Saçları,qaranlığı raklam edirdi günün günorta çağı
Gözləri bir cüt şəvə muncuq,kəsərdən salırdı bədnəzərləri
Əlləri,əllərində xəyanət virusu varıydır zalim qızının
Yapışıb dayısı oğluna Tehrana yayıldı
Heç üstünü vurmadım
Ardıncan su səpdim xoşbəxt olsun
-yetər bu qədər yetər
Ooooooof…
Qadının suç olduğunu
unutmuşdum,bağışlarsan Alicənab
-SƏLİM BABULLAOĞLU kimdir?
SƏLİM müqəddəsdir Alicənab,SƏLİM pirdir
İnsan kimi insandır-şair kimi şairdir
-QƏNİRƏ PAŞAYEVAyla nə əlaqən var?
QƏNİRƏƏƏ??????
“Oturubsan milli məclisin göy səndəlində əlində siyasət qələmi
Və mən anamın dizlərinə söykənmişəm evdə,əlimdə şeir qələmi
Bu iki qələmi barışdırmaq üçün
Hansı məhkəmənin qarşısında and içməliyəm?
Keçən il özümü qoruyurdum pandemi adında şeirdən
Bu il, özümü yaxalamışam ki şeir kimdir?
Gəl!
Səni siyasət adında deyingən qocatmadan
Və məni,şeir bundan artıq ucaltmadan gəl
Bizim bu qədər yazıq olduğumuzu sənə kim söyləyibdir?
Atam da siyasətçi deyildir
Ama ANGELA MERKELə vurulmuşdur
Bunu,hər axşam çağı televezyada siyasət xəbərlərini izləməsindən düşünürdüm
Yumşaq olduğuma əl aparıbsan-bilirəm
Mənim su olduğuma and iç-qorxma
Əynində ki paltarların içi dolu balıqdır
Uçuşlarını SƏLCUK BAYRAKTARa göndər
Görsün…
Elə uçuşlarda var ki…
Uçanları yenidən tikir
Təşərliyindən astanada durub üstümə gərnəşmə möhtəşəm senator
Mən,qanadlarını toprağa sərmiş bir quşam
Qapını ört lütfən
Üşüyürəm
QƏNİ….
-kəs səsini axmaq adam,sən bir femenistsən
Xeyir-deyiləm
Mən qadınların tərəfindəyəm
Qadınların gözlərində ki aynalar danışanda
Bütün kəlmələr susur
Eşqin məhzərində kim danışa bilər?kim?
-bağlayın bunun gözlərin
-şaraq şaq şaq
-taraq taq taq
Yaşasın qadınlar
-Tatataq taraq
Yaşasın qadın
Qadın…
Qad…
Qa…
Qa…
Qaaaa…
Cəng(muharibə)
camlar qırılırlar
kərpiçlər bir_birlərindən ayrılırlar
sonuncu qat əyilib,zirzəmini öpmədə
ata sal tavanın altında، ayaqları tərpənmir
ana,mətbəxdən səsi gəlmir
əşyalar,elə bil heç yoxumuşlar
süfrə, siment parçaları ilə döşənibdir
qırıq armaturların arasından uşaq bağırır
ata!
sabah, məktəblər tətildirmi????
Birləşmiş Millətlər Təşkilatında Beyrutun çıxışı
Beyrutam
suyu boş oğlanlara dən səpən bir ərəb qızı
nə çox oğlanlar mənə xatir yatmayıblar axşamlar
nə çox oğlanlar”səni sevirəm”şeiri yazıblar mənə
nə çox oğlanlar intihar ediblər astanamda
və nə çox qızlar…
məni qısqanan qızlar az olmayıblar
illər boyu,
Usman oğlunu süründürdüm küçələrimdə/
səsi çıxmadı
illər boy
Usman oğlunun qolları boynumda oldu/
məni yıxmadı
sonra…
Fransa adında burnu xoruza bənzər oynaşım oldu
və indi,
İran adında bir xalam var
axşam yeməyini mənimlə bölər illərdir
illərdi,
İran xalanın əllərində dolanıram Livanda
illərdir,
ölümdən utanıram
və illərdir,
göz yaşlarım
tərcümə olunmuş şeirlərdirlər
oxuyursunuz
gözlərimdən göz olsaydım
qarğaların bu qədər hucumuna şahid olmazdım
saçlarımdan göz olsaydım
vətənimin bu qədər pərişanlığın görməzdim
və ağ yaylığımı ölkəmin uca dağından assaydım
vətəndə, sülh yaranardı
diri qalmağım üçün
səhyunistlərin paltarın geydim
diri qalmağım üçün
yəhudların yorğanına büründüm
paltarın üstündən qan qoxusu gəlirdi
yorğanın altından,təcavuz səsi
diri qalmağım üçün
təcavuzkarların kənarında, təbəssümlə foto çəkdirdim
diri qalmağım üçün
vay_vay
nə qədər alçaq yaşadım,diri qalmağım üçün
nifrətim var Beyrut adında şəhərdən
ölüm olsun Beyrut kimi şəhərlərə
Beyrut nəfəs çəkməsəydi yerkürəsində_
əriyib yerə girməzdim
Beyrutun cəsurluğunu alqışlamasaydı dünya_
arımdan ölməzdim
Beyrutun ailəsinə bağlı olduğunu görməsəydilər_
mənim fahişəliyim üzə çıxmazdı
nə qədər Beyrutun varlığı məni təhqir etsə də
nə qədər Beyrutdan nifrət etsəm də
Beyrut olmaq istəyirəm
Beyrutam
suyu boş oğlanların güdazına gedən bir ərəb qızı
Beyrutam
məni yaxşı dinləyin
hey!!!
qarşımda oturan bəylər,bayanlar
bizim evdən yəhud adlı şərri götürün lütfən
yoxsa…
əynimə kəlimələrdən bir don geyəcəm
yaxasında qəfiyələr düzülmüş
bir ətək şeir adlı bombayla
birləşmiş millətlər təşkilatını partladacağam
Bilqamısın Monoloqu
mənəm,mən
bilqamıs
hardadır hasarlanmış uruk şəhərim?
hardadır əziz dostum Enkidu?
hardadır Otnapiştim?
çoxda bu göylərdə yazılan vədələrə aldanma
tanrıların ciblərindən,
ölümdən başqa ,heç nə tapa bilmədim
şeir sulaləsinin birinci soltanı idim yerkörəsində
bu qədər sədr ağaclarının başlarını mənə kim kəsditdirdi?
dənizin dibində ölümsüzlük çiçəyini yadıma kim saldı?
məni o gəmiyə kim mindirdi?
o ilan hardan çıxdı?
yersiz yerə ayaqlarımla dağların başına döydüm
yersiz yerə səsimi dənizə atdım
bu həyat bir filimimiş
hamımız ölümə məhkum olunmuş oyunçular bu filimdə
hey!
dədə qurqud
sənin ağ çadırda nə işin var?
nə işin var boz çadırda?
o qədər qara çadıra zilləndin
sonsuzlara çəkdin,anana çəkmədin
yerkürəsində əkdiyin insan adlı saatlı bombalarından əl çək
ölümdən qorxan dəli dümrülünü yolla çərşənbə yaylağında qoyun otarsın
daş düşsün o igidin başına
bir ovuc qanından qorxa
mənəm,mən
bilqamıs
şeir sulaləsinin lap qədim sultanı
ölümsüzlüyü özündə daşıyan bir şeir,
heç bir kitabda gizlənə bilməz
ölümsüzlüyü özündə daşıyan bir nütfə,
heç bir ananın bətnində gizlənə bilməz
ölümsüzlüyü ovuclarımda gizlətmişəm
yavaş ol!
barmaqlarımı sındlrdın
səs salma!
tanrılar yatıbdırlar
tanrılar yuxudan oyanandan sonra
ölümsüzlüyü oğurlarlar