.....

.....

İlişib qal ürəyimdə daş kimi – Firəngiz Sabirqızı (şeirlər)

İlişib qal ürəyimdə daş kimi – Firəngiz Sabirqızı (şeirlər)

***

Mən səninçün darıxmıram ki
Xatırlamıram bir qram da…
Görsəm ki yadıma düşürsən-
Yadıma düşürsən…..düşürsən…
Ən ucuz tünd arağ içirəm…
içirəm…içirəm…
100 qram da….

Mən səninçün darıxıram ki…
Eh ,dodaqların nə rəng idi…
Göy idi …qırmızı idi…
Yoxsa elə…
Yoxsa elə mənlə həmahəng idi…

Darıxmıram …hava yaman ağırdı
Boğazında…xırda xalın solubmu?…
Ehtirasdan axıb gedən gözlərin…
Bi gecə də dərya kimi dolubmu…?

Kəsib atan saçlarında mən varam.
Mən varam..???…Xatırlamıram qram da ..
….səninçün darıxmıram …darıxmıram
…bax içirəm şəkil olan adamla…

***

Mən səni unutmaq istəmirəm
ilişib qal ürəyimdə daş kimi…
Bax bu adam tənhadır ,deməsinlər,
Desinlər ki ,daş kimidir daş kimi…

Eh mən səni unutmaq istəmirəm,
Ağrıların sıyrılmasın canımdan.
Qoy tapsınlar damarımdan dadını,
Nikatin tək qarışıb ax qanımdan…

Yox mən səni unutmaq istəmirəm…
istəmirəm yuxularım boş olsun…
Əllərini uzat Quba yoluna
Xəyallarım sərçələnsin quş olsun…

Ehh mən səni unutmaq istəsəm də…
Yağışlarım dənə-dənə dağ olar…
Eh,mən səni unutmaq istəmirəm
İstəsəm də ta gecdi eee ağ olar…

***

Darıxma düzələcək
Kəsdiyin tellərin də…
İsinəcək cibində
Üşüyən əllərin də…

Darıxma düzələcək
Əyri döngələr, tinlər.
Töküləcək içindən
O qəzəblər..o kinlər…

Darıxma…darxdırır
Bu darıxmağlar məni..
Hər şey düzələn kimi,
O qayıtmağlar məni…

Darıxma…darıxıram
Sən darıxan kəs üçün.
İşıq gələndə susan,
İt hürəndə səs üçün.

Darıxma düzələcək
Əyri döngələr tinlər.
Töküləcək içindən,
O şeytanlar O cinlər.