Kirpiyindən yaş düşüb
Div zülməti Şüşə edib, Ürəyinin üstə Sərib,
Ağlım gəlir, Nuh Nəbidən üzü bəri, Simruq görüb.
Yandırdığım lələk Günəş, Leyli Saçın Quma Hörüb,
Məclun qəzən səhralara, Dərviş Olub Qış Düşüb.
Dağ mürgülər dərə üstə, yuxum qaçar ay üzünə,
Gözlərimi cığırlara kölgə salar, ay izinə.
Xəyalımdan bircə baxış ulduz süzər ay gözünə,
Xal çəkilər yanağıma, Kirpiyindən Yaş Düşüb.
Panbıq bulud budaq üstə, Sərçə gözlü yuva tikib,
Bir Yarpağın boyu səhər, hicranımda danı söküb.
Duyğulardan ələnmişəm, Ruhum duman Sənə çöküb,
Varlığına Uçub Ürək, Qəfəsinə Quş Düşüb.
Gəldim
İdrakımı xəyalında izləyib,
Asiman Toz ulduzdan təmizləyib,
Günəş doğan ovcunu əzizləyib,
Çəkdiyin Şəkilə baxışda gəldim.
Bağlı hicrana, saatım səndədir,
Əqrəb quş dimdiyi zaman dəndədir.
Düşüb taqətimdən yolda gendədir,
İzinə çəkilib naxışda gəldim.
Qoxun topalanıb buluddur göydə,
Arzumuz qönçədir yaşıl ətəydə,
Çəmənə səpilən şehsən pətəydə,
Süzülüb telindən yağışda gəldim.
Özünü Aparım.
Uzağlar tor çəkib qözlərim düşüb,
Hörümçək yolları dağlara tikib.
Qarışqa cığırı zamandı keçib,
Şələ yaddaşından, Söznü Aparım.
Tacdırmı hicranın çəkilib narda,
Çiçək səpələnib yaz düşüb qarda.
Yarpağ baxışların qalıb Çinarda,
Əsirəm küləklə, Gözünü Aparım.
Aşiqəm dünyamın Sən Günəşinə,
Pərvanə Ürəyim Yar Gəlişinə.
Mən çata bilmədim bu görüşünə,
Gəldim bu Şəhərdən İZNİ APARIM
Varağ ovucunda xətdir küçələr,
Binalar ruhumu qoxun bürələr.
Məhəmməd gözünə hopub gecələr,
Ulduzlu Dünyama ÖZNÜ aparım.
Kölgəndə daşıyıram..
Çəkildim izlərinə, sənin gəzdiyin yerəm,
Hansı sözdə axtarım, bəlkə gözünü görəm,
Əllərin bircə varaq, bax bu misraya hörəm,
Toxuduqca şeirimi mən- sənə oxşayıram.
Eşqinlə məndən çıxıb ruhuna yol alıram,
Sən izlə gəlişimi gözünə dolanıram.
Kök salıram qəlbinə boyunda ucalıram,
Bircə yarpaq evimsən küləylə yaşayıram.
Ətrin gələn dünyanı gözlərimə sərmişəm,
Qönçələnib asiman Günəşini dərmişəm.
İndi bildim köksündə ay sığınan yermişəm,
Mən özümü hər gecə kölgəndə daşıyıram.
GÜNƏŞİNƏ QALANAM..
Gözünü yum gözümdə, xəyalımız əl-ələdir,
Xurcun arzularımız- yığmışam bir şələdir.
Yol almışam səhrana istəyim O gülədir,
Susuzluğum tək sənə, bürünüb, səndə qalam.
Ətrin çökən dodağlar cığırına calanam.
Yolların gözlərində, boynu bükük duranım,
Sığınıbdır kölgəmə, məndə xəyal quranım.
Tufanıyla həsrəti hər nəfəsdə yoranım,
Yolur ləçəylərini, küləylərə səs salam.
Bir dərviş ədasıyla, varlığında dolanam.
Görürəm görünməzi O eşq sehrinlə sənin,
Əsirəm küləklərdə, həzin mehinlə sənin.
Çökəm çəmənə, çölə kirpik şehinlə sənin,
Bir bənövşə boyunda gözlərinə yol alam.
Ömür adlı dünyanın Günəşinə qalanam.