.....

.....

Mənə Təbrizdən demə – Mərcan Mənafzadənin şeirləri

Mənə Təbrizdən demə – Mərcan Mənafzadənin şeirləri

Qarışqa olaq

Dərin quyulardan,
Sərin üfüqlardan,
Bir xəbər olmadı.
Gəlin özümüz bir açışqa olaq.
Biz ki inək-inək sağilmalıyq!
Gəlin alın-alın lap qaşqa olaq.
Vaz keçək yadların minnətlərindən,
Vətən yuvamiza qarışqa olaq.
Sındıraq mürgülü dev şüşəmizi
Saxta huş əsrinə bam-başqa olaq.
Nə noxtamiz olsun iş atı kimi
Nə fayton, nə palan, nə daşqa olaq.

Mənə Təbrizdən demə

Mənə Təbrizdən demə!
Heyvaların yarpağından budrəyər sarılıq.
Kitab tonqalı qurular,
Yatsiğimin qanlı kəhlik lələk toyunda!
Çinar ağacı dil tökər gilənarın ətəyinə!
Qunut əllərimin ağ kəpənəkləri
Əsli yolu gedər ərzrumda!
Mənə Təbrizdən demə!
Silmə daş qazıntılardakı şəkilləri
Silmə göylərdən köhlən atlı şuaları!
Daha keçdi o zaman ki
banlayan toyuğu kəsərdilər.
İndiki dicital it də
Öz dilində ulayır.
Qatırın da kimliyi vaer.
Sarmaşıq da öz könlüylə dolaşır sevgisini!
Mənə Təbrizdən demə!
Sən deyən sərhədlərin tikanlı telkərini
Mən çərşənbə yumurtasıla dərmişəm!

Yollar

Yollar
Gahdan səni mənə yollar.
Gahdanda,
Səni uzaqlara tollar!
Yol hərdən ürəkdən-ürəyə dir.
Hərdən zirvədən dərəyə dir.
Yol qırağında bitən kollar
Olmasa nəolar?
Gahdan O sumuk əllər
Yollara körpü salinir.
Gahdan nişan barmağı
Bir şüşədə şəhid olur.

***

Yumruğumda əkilmiş qorxularim
Gecənin qaramtil saçlarinda asildi.
Qadınlığım Özgurlüynu yalli gedir orta duğuda.
Günəşdə Ərköyün-Ərköyün gülümsəyir çinar qizliğima.
Fidanlar sevincək yaşıl çiçəklərinə bürünürlər
Sürgün gedən qaranquşlara müştülüq verin höruklərimi.
Hörüklərim
Hər biri bir kotəlməz baltadir,
Ormanlarin sərgisini qurumağa.
Anaların gözündən ələnən ulduzlar
Hərəsi bir gecənin sonudur.
             Əl-Ələ düymə dələ
Anam gedibdir savaşa
Dolub daşa
Qaranlığa üstün gələ
Bütün güneylə barışa
Son qoya şaxtaya, qişa.

Yuxu

Sərxoş istəkanimdan ötən
Ağ gəmilər yuku
Toy busati dir,
Çərşənbə tabaği.
Gəlinin belinə bağlanan göy görşağinin
Qulağından
Bir oğlan, bir qiz aslanib.
Tabağin həsrətində,
Yarisi dişlənmiş bir heyva var.
Gülləri sarmaşıq havasi uynayer .
Heyyyyyyy…..
Nə deyimolsun xoruzu!
Nə vaqtsiz banladi bu gün!
Səhəriniz xeyir olsun
Yoxulariniz toylu……