Çırpınan ürəklər
Yasandı, bitir bu ömür,
Nələr, nələr yarım qaldı.
Sevinclə qurduğum xəyallar dağıldı.
O qaynar arzular, xəyallar
İndi buz parcalarıdır.
Yasandı, bitir bu omür,
Nələr, nələr yarım qaldı.
Nə rəssam çəkə bilər,
Nə yazar yaza bilər.
Bəzən musiqilərdən
İnləyən arzular var.
Yasandı, bitir bu omür,
Yarım qalanlar var,
Uzaq-uzaq yerlərdə
Bir-biri üçun çırpınan ürəklər var.
Yorğun ruh
Qəm bardağım dolub-daşır, ay Allah,
Gəl rəhm elə, qəlbimdəki yasa bax.
Mənim boynum incələrdən incədir,
Vermə daha, çəkəmmirəm, incəlir.
Közərdikcə ürəkdəki sancılar
Yenə gözdən qaynar gəlir damcılar.
Bu nə taleh, bu nə cıxmaqaralar?
Bəsdir daha qəlbdə bu cür yaralar!
İçin-için çəkdim ağrı-əzabı,
Dərd yoğurdu, qəlbin qalmadı tabı.
Sinə gərdi hər əzaba, darıldı,
Qoy nöqtəni, daha ruhum yarıldı.
Gecələrim
Dərd ortağım,
səssizliyinə sığındığım,
rəngində boğulduğum gecələrim.
Titrək qəlbim,
əzgin ruhum,
Çırpınar hey yarım qalmış arzularım.
Hər şey səndə gizli qalar,
Gün doğular, sabah olar.
Sənə qovuşmaq gün boyu arzum olar.
Mən gecənin aşiqiyəm,
Yarım qalmış arzuların şahzadəsi,
Dalğaların sahilə çırparaq atdığı
su pərisiyəm.
Gecələrdən yoxdur qorxum,
Gecələrim aşiqiyəm.
Səssizlik çökər o anda,
Boğularam xəyallarda,
İçimdə qopar tufanlar.
Baş-başayam mən özümlə,
Sirli gecə aləmində
Nə möcüzə, nə gözəllik?!
Kaş ki belə donub qala,
Kaş gecələr uzun ola…
Mən gecənin aşiqiyəm,
Nazik ayın,
parlayan ulduzların,
Dolğun ayın,
axan ulduzun dəlisiyəm.
Həsrətli ruhların qovuşduğu an,
Ruhumu dinlədiyim o məqam,
Sehrinə daldığım,
sirlərindən
boğulduğum gecələr.
Həsrət axar qəlbdən-qəlbə,
Gün doğular, sabah olar,
Hər şey səndə gizli qalar…
Rüzgar adam
Hər nəfəsimdə qəlbimdə döyünənim,
Misralara sığmayan ən ülvi hissim.
Rüzgara çevrilib ruhumu saran,
Qəlbimi qəm məskəninə döndərən adam,
Sənə təsəkkürlər,
sənə minnətdaram.
Sən mənə dəyərimi öyrədən adam.
Dünənim, bu günüm, məğlubiyyətim.
Həm də ən böyük qalibiyyətim.
Qəlbimdə çırpınıb gözümdən axan,
Axdıqca yenidən qəlbimə dolan,
Nifrətim, sevincim, qəmim, kədərim,
Ömür boyu həsrətini çəkdiyim.
Əllərim əlinə uzanıb qalan,
Rüzgara çevrilib ruhumu saran,
Bütün duyğuları mənə yaşadan,
Var olduğumu duyduran adam,
Sənə minnətdaram!
Gülnarə Nağıyeva