.....

.....

Nübar Mustafayevanın şeirləri

Nübar Mustafayevanın şeirləri

Puç olan Arzum

Dalmışam arzumun ,bitən yoluna
Qırılıb tökülüb, qanadım,qolum.
Çəkilmir dumanım, inad eyləyir
Sürünüb dizlərim, ağlardır solum.

Düşüncəm aparır ,məni uzağa,
Əllərim qopammır salıb qınağa,
Qoymayıb illəri , çəkib sınağa ,
Hər yan mühasirə,əngəldir yolum.

Tənha bir kimsəyəm, azıb qalmışam,
Uğruna ömrümü, qışa salmışam,
Ətrini küləkdən,mehdən almışam
Bəlkə qayıdasan , qurbanın olum.

Yalanlar yandırıb, yaxar canımı,
Keçib çox zamanım, qaytar anımı,
Həsrətin ağrıdır, o sol yanımı ,
Rəvamı ,dərdindən saralım,solum?

Heç nədən ağlayıb, qəlbi didirəm,
Bəlkə də talehə üsyan edirəm
Bilmədən könlümü çox incidirəm,
Qıyma bulud kimi hicrana dolum.

Harda qaldın

Səslədim əzizim, asiman boyu,
Gözlərim axtarır, səni hər yanda,
Könlümə yad imiş ,qəmli baxışın,
Öldürüb həsrətin, məni hər yanda.

Gəlib bir görsən bu, yaşlı qəlbimi,
Hicranın şəmində, solan arzumu,
Ağarıb saçlarım, salıb dənini,
Vüsala yetməmiş, qalan arzumu .

Harayım yetişmir, uca dağlara,
Kimsələr bilməyir, yanan ocağam
Tüstüsü başında, külünü silər,
Yükünü ağırdan, sanan ocağam.

Dərdimi içimdə, çəkib saxlaram,
Fələyin əlində , dərtli sınağam,
Asılıb qalsamda, sevda ipində,
Deyərəm dəryada, batan qınağam.

Həsrət qaldım

Baxıram sən gedən ,uzaq yollara,
Həsrətin çəkirəm, itən illərin,
Sarılıb bu qərib ,tənha qollara,
Gətirə bilmirəm, ötən günləri.

Əhdimiz var idi, səninlə qalan,
Ürəyi bitirib , yaşlı gözlərim,
Qalmayıb o eşqdən, bircə də yalan,
Adını qəlbimə , yazar sözlərim.

Gəzirəm bəxtimi, harda itirdim?,
Salmışam izimi , qara deyəsən,
Kor olan taleyi, özüm bitirdim,
Görməyib kimsələr, gəlib biləsən.

Çırpınır dəlicə ,qopur harayım,
Əs! ey, boz küləyim, yoxdur amanım,
Dağılar köksümdə, könül sarayım,
Yanaram içimdən, qalmaz gümanım.

***

Sual verdim yağışa…
Nə çox belə yağırsan? Hönkürərək dilləndi ,
Qəlbimi sən yaxırsan!

İstədim coşum ,daşım, deryalara qarışım,
Duyanlara danışım.

Deyim ki, mən bir qızın ,gözlərində kədərəm ,

Talehinə yazılmış bir qüssəli qədərəm
Həsrətindən alışıb, yollarına baxıram, şimşək olub çaxıram.

Mən sənsiz darıxıram, heçnədən karıxıram

Bir gün belə gülmədən, yaşadığım həyatda,
Bu taleyin verdiyi, amansız xəstəliklə
Məcburən barışıram.

Yox artıq üzümdəki, o parlaq işıq daha
Yaşam eşqi ilə, həyat mənə çox baha

Qaranlıq otağına, çən salan bir dumanam,
Sənsizliyin odunda alovlanan gümanam.

Nə çox dərdin var imiş,
dedim : Həzin yağışa !
Bu qədər göz yaşları, dəyərmi o baxışa?

Dedi : Mən onun üçün ,yolunda ölərəm
Canımdan can qoparıb ayağına salaram.

Soruşdum ki,demisən,?
O yar ,bilsin bunları?…
Çəkdiyin ah -naləylə, unutsun olanları?

Dedi ki, mən razıyam,, uzaqdan uzağa da
Sevgimi yaşatmağa.
Yetərki, o baxışlar dolmasın bulud kimi,
Razıyam ki, kədəri ürəyimdə daşıyım ,
Arzumu umud kimi,həsrətimdə yaşayım

Soruşdum! Bəs nə qədər,
Yağacaqsan belə sən?
Dedi : Gözlərindəki, kədər bitənə qədər…!

Nübar Mustafayeva