.....

.....

Odlar yurdu – Rəqsanə Tapdıqlının şeirləri

Odlar yurdu – Rəqsanə Tapdıqlının şeirləri

Şuşam

Məni də seyrinə çağırdın, Şuşam.
Cənnətin içində sandım özümü.
Sənsiz elə bil ki, quru bir daşam.
Çəkə bilməyirdim səndən gözümü.

Səndə təbiət də başqa aləmdir,
Sanki Tanrı fərqli yaradıb səni.
Torpağının gözü hələ də nəmdir.
Həsrət yaralayıb, ağladıb səni.

Ağaclar dil açıb dərdin danışdı,
Kölgələr çəkildi üzərimizdən.
Günəş şəfəqindən yandı, alışdı…
Yeni nəfəs aldım şəhərimizdən.

Füsunkar yaranıb dağların, düzün,
Çəməni bəzəyir, mor Xarıbülbül.
Qoynunda şad idi oğulun, qızın
Adını zikr edib, saydım elə bil.

Bir başqa aləmdir İsa Bulağın,
Büllur tək süzüldü dodaqlarıma.
Şəlalətək bizə açır qucağın,
Xoş gəldiniz deyir qonaqlarına.

Zümzüməsin duydum, şırıltısıdan.
Bizə müjdə verdi, Xanın səsindən.
Gözlərim qamaşdı parıltısından,
İlhama gəlmişdi, doğma kəsindən.

Hər qaya bir igid heykəli idi.
Hər daşda bir şəhid ruhu sezirdim.
Torpağın ruhunu incitməkçün
Sanki ayaqlarım göydə gəzirdim.

Cıdır düzündəki o kahkəşanlıq,
Hələ də gözümdən getməyir, inan.
Dedim ki, İlahi daş et bir anlıq,
Bu Cıdır düzündə əbədi qalam.

Həm seyr eyləyirdim, həm də ibadət,
Paksan, müqəddəsdir daşın, torpağın.
Şəhidimin qanı səndə əmanət,
Hünərlə qaldırıb Ulu Bayrağın!

Sevgin, hərarətin hopmuşdu cana,
Qeyrət qalasısan, qeyrət qanından.
Uğruna ididlər susadı qana,
Zəfərə qol çəkdi sənin şanından!

Rəqsanə, arzundur Şuşanı görmək
Əl qaldır göylərə, duanı çatdır.
Səcdə et, gərəkdir torpağı öpmək,
Azadlıq, qələbə ən uca addır!
Azadlıq duyğusu ən şirin daddır!

SUQOVUŞAN İGİDLƏRİ

Uzun illərin acısın,
Dərd eylədik bu Vətəndə.
Pozulmaz tale yazısı
Yazılmış neçə bətndə.
Bizlər torpaq həsrəyiylə,
Ümidlərin vəhdətiylə,
Etdik ömrümüzü yarı.
Axmayaydı nahaqq qanlar,
Olmayaydı qan-qadalar,
Addım ata Sülhə sarı.
İnadından dönməz yağı,
Nifrətindən keçmədi yan.
Haqq davamız haqq qazandı,
Qurban getdi neçə cavan.
Yarı olmuş ömrümüzdə
Yeni-yetmə igidlərin
Qalib soğağını aldıq,
Şükür Rəbbim, Zəfər çaldıq.
Azad oldu Qarabağım qarş-qarış.
Mügdə verdi Suqovuşan
Ey torpağına qovuşan,
İgid Şəhidimə alqış.
Alqış Zəfərinə alqış.
Alqış qazim, sənə alqış.
Alqış Əsgərimə, alqış,
Suqovuşan igidləri,
Belə qazandı Zəfəri.
Araz, Elşən, Elməddini,
Haqqsız düşmənə həddini,
Bildirib məhv edənlərə,
Vətən üçün gedənlərə
Əli, Natiq, İbrahimə,
Cavid, Hüseyin, Pərvinə,
Ramilə, Ülviyə alqış.
O uca məqamınıza,
And içib amalınıza,
Yüksəkdə Bayrağınıza,
Şəhidim, Emil, Turala
Vətənin nəbzitək vuran,
Emil, Şükürə, Ceyhuna,
Balazadəyə, Turana,
Xalid, Səttara, Kənana,
Söyləyək min kərə alqış.
İxtiyar, Məcid, Xaliqə,
Ataməlitək şəhidə,
Alqış, igidlərə alqış.
Yarım qalsada ömrünüz,
Əbədi yaşar oldunuz.
Uca məqamın namına
Qovuşub bəşər oldunuz.
Tarix sizi unutdurmaz!
Sizsiz Vətən, Vətən olmaz!
Sizsiz Vətən, Vətən olmaz!

Odlar yurdu

Torpaq altında çeşmələr qarışıldı duzlu suya,
Məzarları, səmaları bəzədi üçrəngli boya.
Dünyaya bəyan edildi zəfərə ucalan soyad.
Bax budur Odlar ölkəsi, bax belədir Odlar yurdu,
Son sözünü belə dedi “Dəmir yumruq”, nida vurdu!

Cəhalətdən, əsarətdən uzaq oldu diyarımız,
Otuz illik bir həsrətdən qurtuldu Qarabağımız.
Hər kəsə bəllidir artıq, cürətimiz, şüarımız,
Bax budur Odlar ölkəsi, bax belədir Odlar yurdu,
Son sözünü belə dedi “Dəmir yumruq”, nida vurdu!

Milli Ordum var olduqca bu Vətən bir də basılmaz!
Birliyimiz qorunduqca, elim kəməndə salınmaz!
İnşallah bu torpaq bir də, göz yaşıyla suvarılmaz!
Bax budur Odlar ölkəsi, bax belədir Odlar yurdu.
Son sözünü belı dedi “Dəmir yumruq” nida vurdu!

Nə durmusan, Oğuz elim?! Ayağa qalx, məşəl yandır!
Şəhidinə, igidinlə sən “Zəfər marşı”nı çaldır!
Ali Baş Komandan dedi, “Qarabağ Azərbaycandır!”
Bax budur Odlar ölkəsi, bax belədir Odlar yurdu!
Son sözünü belə dedi “Dəmir yumruq” nida vurdu!