Azərbaycan Ordusu —
Qarabağın səsini dünyada yüksəldən,
Ali Baş Komandanın dəmir yumruğu ilə
gələcək quran, vətənin qürur mənbəyidir🇦🇿🇦🇿🇦🇿
ORDUM VƏTƏNDİR🇦🇿
Ordum…
təkcə silah tutan əllər deyil,
o, torpağın nəfəsidir,
sabahın ümididir,
səngərlərdə çırpınan ürəklərdir.
Ordum…
dağların sükutunda yatmış səslər,
dərə-dərə, yol-yol iz salan addımlar,
sınmış daşların altında qalmış dualar…
Vətənin hər qarışı
onların iziylə danışır.
Göz yaşıyla sulanan torpaq,
şəhid qanıyla yazılan tarix,
bayrağın rənglərində çırpınan həyat…
Bilirəm…
Hər nəfəsdə bir əsgər var,
Hər ağac kökündə bir and,
Hər dağ zirvəsində bir söz:
“Vətən!”
Ordum…
mənim dilimdə bir dua,
ürəyimdə bir titrək səs,
qorxmaz gözlərdə
bir parlayan günəş…
Sən varsan…
ona görə bu torpaq azaddır,
bu xalq başı dikdir,
və hər səhər
günəş bir az daha Vətən qoxur…
Çünki…
Ordum vətəndir…
Vətən – Ordumdur…
SƏADƏT QƏRİB