.....

.....

Qəlbimin Səsi – Nübar Mustafayeva (şeirlər)

Qəlbimin Səsi – Nübar Mustafayeva (şeirlər)

Qəlbimin Səsi

Nə olub yenə də?_Sənə ay ürək,
Dəlicə çırpınıb, köksü sıxırsan.
Səbəbsiz yerədir, hoyrat duruşun,
Sinəmə şimşəyi , vurub çıxırsan.

Bilmirsən hər şeydən, məna axtarıb?,
Əlimlə yükümü, sənə atıram.
Uzaqdan baxıram ,saf xəyallara,
Gülməyi yalandan qəmə satıram.

Gəl sən mənim ilə, çox da savaşma,
Tükənən ömrümə, zaman azaltma,
Yoxlayıb hərdənbir, vaxtsız səbrimi,
Ümidsiz günləri aman,azaltma !

Onsuzda yox olub,bitən həyatın,
Nərdivan deyilən ,o son pilləsi,
Aparıb dünyanın, şirin dadını,
Çəkdirib dağını, qışın çilləsi.

Sarı Sim

İçimdən çağırır , çılğınca bir səs,
Oyadır qəlbimin, sarı simini,
Əlacım olsa da, didsəm bağrımı,
Çıxarıb atardım, o kar timini.

Duymadın bircə gün, səssizliyimi,
Gündən günə solan, gülə bənzəyir,
Yox olan zamanda, itib qalmışam,
Varlığım yoxluğum, külə bənzəyir.

Nə deyim fitrət’siz, insan əqlinə,
Yeyirəm ətimi, döz milim milim ,
Boş yerə çəkirəm, xiffət nazını,
Möhnəti qoynumda, kəs dilim dilim.

Fəqirlik xislətə, sığmaz bilirəm,
Bildiyim doğru da, dönüb yalana,
Olmuşam əlində, qul kimi zayi,
Nimdaşı biçilmiş, zərli palana.

Dəymişi saxlayıb, kalı tökdürüb,
Atalar sözündən ,misra düzdürüb,
Qarədir qaralıb, gözümdə dünya,
Dişində zəhəri, bala süzdürüb.

Qəzəl

Dünya boyda dərdim var, yer göy duydu gəlməz oldun,
Hərdən ürək dayanar, həsrət vurdu bilməz oldun.

Qalaq -qalaq sevdaya, saldım ömrün yollarını,
Hicran dolub içimdə, sellər sular görməz oldun.

Yandım külüm qalanar, de kimlər baxıb ağlayar,
Çılpaq ayaq gəzirəm ,tikanlara dəyməz oldun.

Solub ümid çiçəyim, sabah doğmur ay gecəyə,
Baxıram hey vüsala, bir gün üzə gülməz oldun.

Sən də atıb getmisən, başqa eşqi yar seçmisən,
De, indi mən neyləyim , sevən qəlbim dözməz oldun.

Könlü qübar Nübaram, hər yaz açan ilk baharam,
Dalıb gözüm yollara, uzaq düşüb gəlməz oldun.

Bəxt yazan qələm

Ey !-bəxt yazan ,qələmim,
Harda düşüb, qalmısan,
Sıra mənə ,çatanda,
Niyə yolda ,azmısan?.

Bəxti görüb, soran var,
Yolda görüb, tapanlar,
Yoxsa yolun ,tıkandı,
Ünvan deyib ,qaçanlar.

Sən bəxtimə, şəriksən,
Gəlmə canmı, çəkirsən?
Yaşla dolu ,gözümə,
Hicran dağı, əkirsən.

Niyə məndən ,qaçırsan?
Odun qəlbə ,saçırsan,
Quru yazan, mürəkkəb–
Bəxti sənmi ,yazırsan?.

Yazsan artıq, yaxşı yaz ,
Sən bəxtimə ,gül biraz,
Ömür bitib, tükənir,
Azda olsa, uç pərvaz.

Deyir bəxti, olanlar,
Üzə gülüş, hopanlar,
Bilməz nədir, yanmağı,
İçi tufan ,qopanlar.

Doyub gözü, boşamır,
Dərtsiz başım, yaşarmı,
Səndə yaman , qəddarsan ,
Yazıq bəxtim, çaşarmı.

Etmə məni, bihudə,
Könül salar, qəlbə zar,
Görsən necə ,solmuşam?
Yordu qərib, intizar.