.....

.....

Qar yağır – Mina Rəşid Şıxova

Qar yağır – Mina Rəşid Şıxova

QAR YAĞIR

Bax, qar yağır, qar yağır,
Yağır çöllərə, düzə.
Yağır damlara, yerə,
Yağır həyətimizə.

Yağır…yağır aləmi
Ağ örpəyə bələyir.
Elə bil, ağ ulduzlar
Havada rəqs eləyir.

Nənəm də pəncərədən
Bayaqdan qara baxır.
Deyir, xəstəlik olmaz,
Göydən bərəkət yağır…