.....

.....

QİSMƏT CƏLALIN ŞEİRLƏRİ

QİSMƏT CƏLALIN ŞEİRLƏRİ

***

Uşağıydığ, daşlaşardığ küçədə,
Bir-birinin göz başını yarardığ.
Bu ağrıdar, bu incidər deyərdik,
Atmağa balaca daş axtarardığ…

Kiminin qolunda, ya üz-gözündə,
Atılan daşların çapığ izi var.
Kimi tərgitmədi, heç bu oyunu,
Daş atır arxadan, hələ üzü var…

Təmiz ürəklilər, təmiz qəlblilər,
O vaxtdan daşların tuşuna gəldi.
Uşaq vaxtın əyləncəsi bir yana,
Adam var, daş atmağ xoşuna gəldi…

O vaxtdan, bu vaxta çox şey dəyişdi,
Böyüdük, uşaqlar yolların əydi.
Bir zaman o daşlar başa dəyirdi,
İndi atdığları topuğa dəydi…

***

Səni necə inandırım, sevgimə?!
Yalançılar içən kimi, and içim?!
Yoxsa vurum uşağlığa özümü?!
Gözə girmək üçün başqa yol seçim?!

Gecə-gündüz ağlayımmı, dalınca?!
Özümü öldürüm, cavab alınca?!
Başımı hər söykəyəndə balınca,
Düşünürəm bu talehdi, ya seçim?!

Düşüncələr dəli edir, azdırır,
Qaçırdır yuxumu, şeir yazdırır,
Bu eşqim yoluma quyu qazdırır,
Mən onu nə cürə adlayım, keçim?!

Ay Qismət, bu çuxur elə, qəbirdir,
Mən ora çatınca məhəbbət birdir,
Bu bir müəmmadır, maraqlı sirdir,
Böyüyür qəlbimdə biçimbəbiçim…