.....

.....

Ruhumun bədəndə ,vədəsi dolmur – Nübar Mustafayeva

Ruhumun bədəndə ,vədəsi dolmur – Nübar Mustafayeva

Oyan ey, insan oyan!

Zamanın çənbərində, solub itir ömrümüz,
Bu həyat bir nağıldır, oyan ey, insan oyan.
Düzülübdür sraya , boşa ötür ömrümüz,
Bu həyat bir nağıldır, oyan ey, insan oyan.

Düşüb əhdi ilqarın, fırlanır başında çən,
Səbəbsiz deyildir ki,bu qədər saçında dən,
Min möhnətə qatlaşıb, qabardan çatlamış tən,
Bu həyat bir nağıldır, oyan ey, insan oyan.

Qaranlıq gecələrdə ,yandırıb göz nurunu,
Dünya da vecsizləşib, əydirməz qürurunu,
Sevgiylə sarar bəlkə, qırıq qəlb vücudunu,
Bu həyat bir nağıldır, oyan ey, insan oyan.

Günlər aparır bizi , zamanın axışına,
Daha ümidlər belə, süzülmür baxışına,
Fələk də ,aman vermir, salıb dar naxışına,
Bu həyat bir nağıldır, oyan ey, insan oyan.

Dünya böyük səhnədir, hər gələn baxar, gedər,
Əli çıraq gəzənlər, şimşək tək çaxar gedər,
Bu oyunda çoxları, özünü yaxar, gedər,
Bu həyat bir nağıldır, oyan ey, insan oyan.

Şəhidim

Ucalıb zirvəyə, sənin vüqarın,
Mərdliyin dastan tək, şandı Şəhidim.
Qartal tək dayanıb, o iftixarın,
Bağrımı sökəydin qandı, Şəhidim.

Susar min dodaqda, bir anlıq sükut,
Torpağın harayı ,olub bir süqut,
Səngərdə qoydun sən, sonuncu sübut,
Qəhrəman adını ,andı Şəhidim.

Köksündə al bayraq, nura boyanar,
Bülbülün çəməndə, şövqə oyanar,
Məhşərin od tutub, ərşə dayanar,
Qanından keçənim ,candı Şəhidim.

Sönməyir odumuz, qalxır hər anla,
Şöhrətin ucalır ,göylərə qanla.
Döyünür ürəklər, behiştdə canla,
Sənsiz bu torpaq da ,yandı ,Şəhidim.

Qəlbimə iz salan ,közdü baxışın,
Həqiqət yolunda , söndü axışın.
Qürurla bitdi o ,zəfər naxışın,
Zamana həkk olan, sandı Şəhidim.

Həsrət Qonşusu

Min qalaq həsrətə, ömür tükənib,
Gözümün qorası, sapa düzüldü,
İstədim gələsən, çatım murada,
Baxışım yoluna, yaş tək süzüldü.

Gecələr susqundu, yuxum da küsüb,
Ürəyim dərdini, yelə söyləməz,
Qapımda əzrail, elə tor qurub,
Aparsa kimsələr , elə söyləməz.

Sənsiz bu dünyada ,donub nəfəsim,
Hər sükut içimdə, olub həmdəmim,
Dodağım titrəyir, adın gələndə,
Bir sənli xəyaldır, qalan dərt qəmim.

Gözlədim gəlmədin, ruhum qocaldı
Səssizcə dolandı ,sinəm dağladı,
Bir vaxtlar gül açan , könül baharım,
Viranə şəhərdir, möhür bağladı.

Lənət olsun belə həyata

Susuram gecələr , qəlb evim viran,
Nə işıq görünür, nə də ,bir güman,
Yorulmuş ruhumla ,çəkirəm zülüm,
Qalmayıb canımda, ümidə iman.

Dağılmış xaraba ,həyat yox olsun,
Aparsın əlimdən, karı illəri,
Göz yaşım danışır, yetmir sözlərim,
Lənətim dünyaya, salıb dilləri.

Sevgidən gül açmaz, bağa dönmüşəm,
Qəddar bu zamanı, dostum bilmişəm,
Xəyalım didərgin, çöllər gəzmişəm,
Yanmayan ocağın, külün silmişəm.

Dərt yükü çiynimdə, daşın sallayıb,
Yalqızlıq ömrümdə, qışdan qocalıb,
Könlümün harayı, tüğyan qopardıb,
Baharda arzular, sanki, qoc alıb.

Qaranlıq içimdə ,quyu qazaraq,
Yandırır canımı, bax yavaş–yavaş ,
Əllərim göydədi, yoxdur ki ,cavab,
Fanilər sürünsə ,bitməz bu savaş.

Kölgələr xoş niyyət, insanlar daşdan,
Gözlərim qan ağlar, hər bir baxışdan.
Zülmətin odunda, qalxan olmadın,
İlməyi toxuyub , qara naxışdan.

Üzümdə gülüşüm , qəmə çevrilib,
Kirpiyin telləri, batıb qınağa,
Zəhrimar qalası , yaman ağrıdır,
Çəkildim hər dəfə ,böyük sınağa.

Günəş də, doğmayır , hər səhər çağı,
Nə vaxtsız gəlmişəm,?_ Getsəm də olmur,
Yatdığım döşək də, qəbir kimidir,
Ruhumun bədəndə ,vədəsi dolmur.

Kamanın Simi

Nə zaman dinləsəm ,qəlbimin səsin,
İçimdə inləyən, neyə bənzədin ,
Yorğun ürəyimi ,viran eyləyib ,
Ətrafın naləylə ,niyə bəzədin?

De, niyə qaladın ,odu sinəmə?
Yandırıb qəlbimi ,külə çevirdin ,
Sən bu saf sevgimi,bəsitmi sandın?
Dünyamı başıma ,yaman devirdin .

Sönməz bir alovla, yandırdın məni ,
Cəhənnəm odunun ,zəbanəsitək ,
Aldığım nəfəsi ,zəhər eylədin ,
Yüklədin qəlbimə, dərd ətək-ətək.

Bir quru səhrada, yaşıl ağacdım,
Kölgəmdə sevginə, cənnət yaratdım,
Bir acı fırtına, aldı canımı ,
Özüm öz dünyamı ,yaman qaraltdım .

Mən sənin eşqini ,ümman sanmışdım ,
İçində yelkənsiz ,gəmi kimiydim ,
Bir ömür səninlə, birgə yaşayan,
Sevdanın bihudə ,dəmi kimiydim .

Gözəl bir nağıldır, yaşadım bitdi ,
Bitəndə özüylə, bitirdi məni ,
Bu eşqin odunda, yanan bir mənəm ,
Sonunda yavaşca, itirdi məni.