***
Yanar atəşdə, çün cismim alovlarsa usanmazı,
Gedərsə ahım əflakə, nədən əflak yanmazmı.
Çəkilmiş darə çün cismim, duşub, sevdaya Məcnun tək,
Cununun içrəiəm hətta, məni məcnun da sanmazmı.
Gecəm zülmət, günüm zülmət, hayandan gəldi bu zillət,
Dolub, sinəmdə qəm möhnət, cəfakarım inanmazmı.
Tükənməz fəsli şeydalıq, nəsibim oldu sevdalıq,
Oyaqdır cümlə ərkanım, nədən bəxtim oyanmazmı.
Qəmi hicranə tuş oldum, nə sevdadır ki, mən tuşdum,
Məni dərdə salan zalım, bu halımdan usanmazı.
Mir Əsgər sönməz atəşdir, yanar daim alovlar tək,
Usansa atəşi düzəx, mənim canım usanmazmı.
Sirri-pünhandan çıxıb, çün nuri-rəxşan olmuşam,
Bilməzəm pünhan mənəm, dillərdə dastan olmuşam.
Nəbzi dünyanı buraxdım, canda nəbzim seyr edə,
Yıxmışam könlüm evin,çün qəlbə tufan olmuşam.
Məsləkim oldu məhəbbət, çün qələndər dünyada,
Ol səbəbdəndır ki, daim, didə-giryan olmuşam.
Fürqəti-dildarı çəkmək səhl sanmaz kimsə ki,
Görsə ki, əhvalımı, mən yerlə-yeksan olmüşam
Mən xərabat əhlyiəm, düymam cəhanın ləzzətın,
Qaneəmsə nəfsimə, mülkümdə sultan olmuşam .
Ləili zulmətdə yanan şəməm, düyan yox sirrimi,
Bilməzəm dillərdə dastan, yaki pünhan olmuşam.
Şakirəm mən, Xaliqimdən ey Mir Əsgər, qəm yeməm,
Var fərəh Könlümdə, çün bəzmində mehman olmuşam.
OLMUŞAM
Mən də mehmanam cahanda,bəzmə ehzar olmuşam,
Bir güləm əfsus ola,möhtacı min xar olmuşam .
Sanki bazarım dayanmış ləlimi daş sandılar,
Ol səbəbdəndir cahandan cümlə bizar olmuşam .
Türfətül eynəm vəliykən görmürəm insanları,
Söz diliycən söyləyim ki,daşda mismar olmuşam.
Mən bu bazari-cahanda hər nəyə verdim dəyər,
Çün rumuzun bilmədimsə, zatən əsrar olmuşam.
Dərdi-möhnətdən keçib,çün yüklənib çiynimdə qəm ,
Duymaz aləmlər məni bilməzlə bimar olmuşam.
Kim sözün ustadıdır,dildən tökər gövhərləri,
Mən hələ bir fəhləyəm, sən sanma, memar olmuşam.
Kimdir ustadı suxən, yazsın Mir Əsgər dərdini,
Dərdi-aləm məndədir,çün dərdə muxtar olmuşam
İZAH:BƏZM-QONAQLIQ,EHZAR-ÇAĞIRILMAQ,XAR-TİKAN MƏNASINDA, TÜRFƏTÜL-EYNƏN VƏLİYKƏN–YƏNİ BƏSİRƏT GÖZÜM OLMASINA BAXMAYARAQ, RUMUZ-RƏMZ,KOD;SUXƏN-SÖZ
Toxunma
Yox hissin əgər qəlbidə dildarə, toxunma,
Dərmansız olan yarəli bimarə ,toxunma.
Məhrəmdisə gər, kimsə olubdur sənə qəmxar,
Bil qədrini ol məhrəmi-əsrara, toxunma.
Gül zövq alacaq bülbülün ol nəğmələrindən,
Xarsanmı.., gedib gülşəni-gülzara, toxunma.
Peykani-bəladır görü(r)sən kipriki ox tək,
Aqilsən əgər qəmzəli ol yarə, toxunma.
Mən dərdinə düşdümsə, bəlalardan usanmam,
Qoy boynuma minnət gedib əğyarə,toxunma.
Çün var xəbərin dildə olan nalələrimdən,
Ey gülşəni ömrüm,daha ol xarə, toxunma.
Məhzun bu halım yandırıb aləmləri yaxmış,
Sinəmdə olan qəmli bu ah-zarə ,toxunma
Cism oldu xəzan,birdə Mir Əsgər bara gəlməz,
Qəmdən yaranan qəmli bu ruxsarə ,toxunma.