.....

.....

VƏTƏN AŞİQLƏRİYİK – Nəsibə İsrafilqızı

VƏTƏN AŞİQLƏRİYİK – Nəsibə İsrafilqızı

VƏTƏN AŞİQLƏRİYİK

Torpağa Kəbə dedik, ağ libasa büründük,
Azadlığın yolunda bir öldük, beş dirildik.

Öpüb bayrağımızı, anda sadiq qalmışıq,
Xocalı yarasının qisasını almışıq.

Fəxrimiz, qürurumuz, ürəyimiz Vətəndir,
Arzumuz, istəyimiz, diləyimiz Vətəndir.

Vətənin göylərini qoy almasın duman, çən,
Fəda olsun canımız, təki sağ olsun Vətən.

Sərkərdəmiz “Vur!” dedi, düşmən bağrını dəldik,
Ali Baş Komandana sədaqətlə yüksəldik.

Millətin duasıyla yetdik qalibiyyətə,
Dünyanı heyran etdik bu əzmə, bu vüsətə.

Koroğlunu, Babəki, tarixi saldıq yada,
Hər zəfərdən möhtəşəm zəfər çaldıq Şuşada.

Hökm etdi rəhbərimiz: Şuşa Azərbaycandır!
Durmuşuq xidmətində, hökmünə can qurbandır.
Vətən, millət unutmaz torpağa can verəni,
Ay-ulduzlu bayrağa “kəfənimdir” deyəni.

Min-min qazi yetirdik, min-min igid itirdik,
Vətənin üzərindən dərd-bəlanı götürdük.

Qaziləri öymüşdür uca, müqəddəs “Quran”,
Qazi “Vətən Aşiqi” hər biri bir qəhrəman.

Biz Azərbaycan adlı bir can aşiqləriyik,
Biz Türk sevdalısıyıq, Turan aşiqləriyik.
Vətən aşiqləriyik!
Vətən aşiqləriyik!

Şanlı Ordum Zəfər Çaldı!

Azad oldu Qarabağım
Xəbər yetdi Xan Rəvana.
Gülür müqəddəs bayrağım,
Yol alırıq İrəvana.

Hoydu dəlilərim, hoydu!..
Yeridik düşmən üstünə.
Dağlar sıyrıldı dumandan,
Gün düşdü çəmən üstünə.

Ay-ulduzla butasıyla
Dalğalandı ulu Bayraq.
İgidlərin hünərinə,
Alqış dedi ana Torpaq.

Ulu Rəhbər-xan Bayandur,
Dəmir Yumruq-Oğuz Xaqan.
Şanlı Ordum zəfər çaldı,
Öygü gəldi Atilladan.

Torpağın şah damarında,
Şəhidimdir nəbzi vuran.
Göy səmaan şəfəq yağdı,
Gülümsədi qoca Turan.

Gülümsədi elim, obam,
Gülümsədi Azərbaycan.
Vətənin son hecasına,
Həkk olundu yeni bir “can!”

MÜBARƏKDİR ZƏFƏRİM

Ulduzuma ağuş açan Ayımdı,
Mavi səma qürur çəkən boyumdu.
Babam Qorqud ozanımdı, soyumdu
Gülür Vətən, gülür kəndim, şəhərim,
Mübarəkdir, mübarəkdir zəfərim!

44 günlük qəhrəmanlıq dastanı,
Heyran etdi el-aləmi, dünyanı,
Azərbaycan – qələbənin ünvanı.
Öndə durub dəmir yumruq rəhbərim,
Mübarəkdir, mübarəkdir zəfərim!

Dağım-daşım bahadırlar səngəri,
Basılmazdır Azərbaycan əsgəri,
Duamızdır el-obanın nəzəri.
Əbədiyyət soraqlıdır səhərim,
Mübarəkdir, mübarəkdir zəfərim!

Bu xoş günüm Haqdan paydı, bağışdı,
Dil əzbərim ərənlərə alqışdı,
Eşqim, sevgim torpağıma naxışdı.
Bu sevgimdə səadətdir bəhərim,
Mübarəkdir, mübarəkdir zəfərim!

Mən də o kənddən….

Elimiz, obamız, kəndimiz birdi,
Bizlər də birləşib,
olmuşuq sirdaş.
O yerlər, o yurdlar ocaqdı, pirdi,
Mən də o kənddən, o kənddən qardaş.

Göynəyir burnumun ucu o kəndçün,
O çolçün, çəmənçün, bərəyçün, bəndçün.
Neynirəm yag- balı, ölləm o qəndçün
Mən də o kənddənəm, o kənddən qardaş.

Getmək istəyirəm Avşara sarı,
Boylanam Xalsaya bir kərə barı.
Görən sovulubmu heyvası, narı,
Mən də o kənddənəm, o kənddən qardaş.

Hər tərəf susubdu, təbiət almış,
Əzətin bagının armudu kalmış.
Qərib quş lələyin Agrıda salmış
Mən də o kənddənəm, o kənddən qardaş.

Bir kərə gedəydim Şidli yoluyla,
Tamlanaydım o ag, qara balıyla.
İslanaydım yagan yagış, doluyla,
Mən də o kənddənəm, o kənddən qardaş.

İçim yanır, gözü leysan aparır,
Ömürdən günləri illər qoparır.
Yenə varlıgımı həsrət, qəm sarır,
Mən də o kənddənəm, kənddən qardaş.

Kaş olaydım qızılgülün butası,
Sovuşaydı elin – günün xətası.
Ay Xalsanın Şidli adlı qudası
Mən də o kənddənəm, o kənddən qardaş.

Qəriblikdə yaman dolub ürəyim,
Dadını itirib düzüm, çörəyi.
Könlümfə yurd salıb arzu – diləyim,
Mən də o kənddənəm, o kənddən qardaş.

“Taharın armudu”, “Əsgərin tutu”
Hər tərəf sir dolu baglı bir qutu.
Çagırım rəisi, partkomu, sudu?
Mən də o kənddənəm,o kənddən qardaş.

Otaraydı qoyun quzu uşaqlar,
At çapaydı Dəvəliyə qoçaqlar
“Güllə – güllə” atıb qaçan qaçaqlar
Mən də o kənddənəm, o kənddən qardaş.

Alışa bilmirəm qürbətdə dəbə,
Meylini salındı canım da həbə.
Könlüm xatirələr toxunmuş gəbə
Mən də o kənddənəm, o kənddən qardaş.

Harda bir ürəyi xallanmış görsən,
Çöhrəsi, gül üzü allanmış görsən.
Həsrəti gözündən sallanmış görsən
Yaxınlaş, söylə ki gəl quraq bardaş
Mən də o kənddənəm, sən də a qardaş.
Mən də o kənddənəm, o kənddən qardaş

VEDİMİZƏ

Hanı o baxça lar, hanı o baglar,
Hanı o dərələr, hanı o daglar
Xəyala dönübdü bəxtəvər çağlar,
Vedimə qaytarın, qaytarın məni.

Qonaq qardaş bircə kərə dolan gəl,
Süfrəsi nemətlə bol Vedimizə.
Gör bir haralarda düzəlib gəlir
Karvan Vedimizə, yol Vedimizə.

Dünyamızı heç də yiyəsiz sanma,
Namərdin adını mərd üçün anma.
Özgəyçün dogulub özgəyçün yanma,
Dogul Vedimizə, öl Vedimizə

Sevib çiçəyinin, sevib gülünü
Eşit ləhcəsini, eşit dilini
Öyrən tarixini, lap keçmişini..
Biləsən neçədir, yol Vedimizə

Əsən külək, dəli rüzgar aglama,
Dolandın yer göyü ayaq saxlama,
Yenə ürəyimə qara baglama
Səhər mehi olub, dol Vedimizə.

Göy donlu Agrının başına qurban
Aysız günsüz keçən yaşına qurban,
Ay qardaş atılmış qaşına qurban,
Yenə agı deyir el, Vedimizə.

Yoxdu bərabəri, tayı bu yerin
Torpagı, havası, suyu da sərin
Şıkərdi, şirindi payı bu yerin
Gələn söyləyərdi “bal” Vedimizə

Məlhəmdi dərdimə gülümsər üzlər
İncə dodaqlarda süzülən sözlır
Açıbdı Lalələr, bəzənib düzlər
Nə gözəl yaraşır al Vedimizə

Namərdlər əlimdən aldı çörəyi,
Gülmədi könlümün arzu diləyi
Min yerə böldülər neçə ürəyi
İndi aglar olub, qal Vedimizə

Əzabı zülüm batır, ay Allah
Məni öz yurduma yetir, ay Allah
Qəzanı qovganı götür, ay Allah
Mehri məhəbbəti sal Vedimizə

Yagdı başımıza amansız dolu
Haraya səslədi sag ilə solu
Bagladılar bizə uzanan yolu,
Aclıq qonaq oldu, bol Vedimizə.

Göz yaşımız axar oldu silmədik,
Nə bişirdik, necə yedik, bilmədik.
Bayram oldu danışmadıq, gülmədi,
Qan qada gətirdi il Vedimizə

Yollarını zaman zaman yazıblar,
Ömrümüzə ölüm hökmü yazıblar
Öldürməmiş məzarı da qazıblar
Xəbər gətiribdi yel, Vedimizə

Çox dolandı döndük dərdin başına,
Namərd qiymət qoydu mərdi başlna
Baxıb torpağına, baxıb daşına
Nəgmə deyəcəkdi dil Vedimizə

Barlı payız qərib quşa köç dedi
Özün üçün isti yuva seç dedi
Çaylar daşdı bəndlər məndən keç dedi
Dərd bəla gətirdi sel Vedimizə

Alışıram bir Arzuyla yanıram,
Olanı keçəni tez tez anlram.
Buna varlıgımtək mən inanıram,
Bir gün yıgışacq, el Vrdimizə