.....

.....

Xocalı – Nargilə Yusifqızı

Xocalı – Nargilə Yusifqızı

Xocalı

Bəzən elə dərd olur ki
Önündə insan qocalır
Dəhşətli mənzərə idi
Yandırılanda Xocalı

Körpə, uşaq demədilər
Qırıldı qarı- qocalı
Ürəklərdə özün boyda
Yara oldun, can Xocalı

Anaların ah-naləsi
Səmaya, ərşə ucalır
Tarixdə qara hərflə
Yazıldı adın, Xocalı

Ordum düşməni məhv etdi
Elin gücündən güc alıb
Bu gün azaddı torpağım
Bayram elə sən, Xocalı