.....

.....

YURD OĞULLARI-Simuzər Paşayeva

YURD OĞULLARI-Simuzər Paşayeva

YURD OĞULLARI

(Vətən uğrunda canını fəda etmiş qəhrəmanlara həsr olunmuşdur)

Bu gün dalğalandı zəfər bayrağı,
Dünyaya car çəkdi yurd oğulları.
Bu əziz vətənin tarixin yazdı
Müsəlman xalqının mərd oğulları.

Ən ali məqama siz sahibsiniz,
Qüdrətli ölkənin qəhrəmanları.
Bir ömür yaddaşda həkk olunacaq
Şanlı ordumuzun vəfadarları.

SEVGİ NAĞILI

Bir sevgi nağılı yaşandı, bitdi,
Bütün arzularım onunla getdi.
Bu sevgi elə bir sevgi oldu ki,
Ömürlük qəlbimə imzasın çəkdi.

Bir sevgi nağılı yaşandı, bitdi,
Gülən gözlərimdə sevincim itdi.
Sevinclə xəyallar qurduğum anda
Qurduğum xəyalı yerlə bir etdi.

HƏMİN GÜN

Bu gün həmin gündür, gəl, gör, əzizim,
O səsli küçənin dili lal olub.
Dünən xoş anılar yaşanmış evin
Bugünkü qonağı əzrail olub.

Bu gün həmin gündür, gəl, gör, əzizim,
Yarpaqlar tökülür, çiçəklər solur.
Bir övlad yarası almış bu qəlbin
Ən qatı düşməni ağ kəfən olur.

Bu gün həmin gündür, gəl, gör, əzizim,
O qəmli baxışlar çarəsiz qalıb.
Boğazda düyünlü qalmış hər bir söz
Bir bilsən, qəlblərdə necə iz salıb…

Simuzər Paşayeva