.....

.....

Yurdum mənim – İlhamə Bağırova

Yurdum mənim – İlhamə Bağırova

Yurdum mənim

Deyirəm,
sevdalıyam
mən yurdumun yazına,
gözəl baharına;
sarı bülbülün nəvasına,
dağlarda bitən nərgizinə, laləsinə,
al-əlvan çiçəkli çəməninə, yaşıl düzünə…
Yığıb təmizləyir, atıram daşlarını
atam becərən yonca tarlasının…
At belindəyəm.
Dolanıram qoynunda dağlarımın…
Səma üzərində qanad açaraq
süzən qartalımın kölgəsindəyəm…
Rüzgar dalğalandırır saçlarımın telini…
Bərk yapışaraq cilovından atımın
dayanmışam Qaraqaya başında,
göz gəzdirirəm Kərəmbiçənimə,
dərə ilə axan çayıma.
Yalın ayağımı basıram şehli otlarına
çəmənində yurdumun.
Gül dəstəsi toplayıram
diyarında atamın…
Xəyal dünyasındayam.
Göyçə gölümün sahilindəyəm.
Addım-addım ataraq sərin suyuna
qovuşuram dalğalarına ay işığında.
Mən öz yurdumdayam-
ana qoynundayam!..