***
Bilmirəm ki, qarışığam
Ya da qarmaqarışığam.
Beləcə başlamışdı hərşey.
Yerbəyersiz,alatoranlıq,
Toz-duman içində pərən-pərən düsmüş duyğularıma necə ad tapım ki,
Bu pəncərə darıxmaqlarıma təsəlli olsun.
Her sentyabr özündən sonra bir hüzün bağışlayır soyunmuş agacların saralan ümidlərinə.
Sən ümidlərinə sarıl mən isə götürüm səndən,məndən,bizdən ibarət darıxmaqlarımı gedim təqvimin yaddaşına pıçldayım.
“MƏNİ GÖZƏL XATIRLA”
Radioda həzin musiqi,yağan yağışın,
Sonuncu ayaq izlərim….
Beləcə başlamıştı hərşey.
Yarı-yarımçıq,yerbəyersiz,alatoranlıq…
Bizlər ölümün nişanlısıyıq.
Həyatla ölümün astanasında
Gözümüz yaşılıdır,arzular sınıq.
Yeganə cənnətdir,ümiddir xəyal,
Bizlər də ölümün nişanlısıyıq.
Adaxlar adayıb,yola salırıq,
Bəxtsiz gəlinlərin bəxtin açırıq
Bəzən də fəxr ilə deyirik bunu,
Bizlər də ölümün nişanlısıyıq.
Dalğalar içində batıbdır qayıq,
Bu qədər yaxınkən nədən ayrıyıq?
Əl çalın ölümə küsməsin bizdən
Bizlər də ölümün nişanlısıyıq.
Kainat bütövdür bizsə yarıyıq.
Birimiz günəşik,birimiz ayıq
Həqiqət acıdır unutmayaq ki,
Bizlər də ölümün nişanlısıyıq…
Bəsdir mənə.
Baxışların buz dağıdır,
Hərdən alır məni-məndən.
Dondurulmuş eşqin kimi,
Dil açır bu məhəbbətdən.
Nə həsrətəm sənsizliyə,
Nə sənsizlik həsrət mənə.
Al apar bu həsrətini,
Tək sənsizlik bəsdir mənə.
Qışda yağan qarmı deyim?
Dolu vuran barmı deyim?
Üzüdönük yarmı deyim?
Bu sənsizlik həsrətinə…
Ömürdən gedir.
Çağlayan dənizdim,kükrəyən çaydım,
Özüm-özlüyümdə gizlənən aydım
Başımı qaldırıb göyə boylandım,
Gördüm ulduzlar da Ömürdən gedir.
Dərd verib,qəm alıb ağladım nahaq
Beləcə,adladım ömrü baş-ayaq,
İynəni birlikdə götür saplayaq,
Yaş ötür,cavanlıq Ömürdən gedir.
İlləri salmadıq çərçivərə
Özümüz çərçivə adamı olduq.
Nələri itirib,nələri tapdıq,
Suallar içində əsdik,sovrulduq.
Gedirsən sən də get ömürlər kimi,
Gethaget dünyası bumuymuş Məgər?
Çərçivə içindən çıxart şəklimi ,
İtən yaddaşında qalsın nöqtələr…
Əzizə Həsənova